«Həqiqətən sağa-sola səpələyənlər şeytanın qardaşlarıdır. Şeytan isə Rəbbinə qarşı nankordur». (əl-İsra 27). Muğira b. Şöbə – radiyallahu anhu – nun katibi Vərrad rəvayət edir ki, Muaviyə – radiyallahu anhu – Muğirə – radiyallahu anhu – ya məktub yazır ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən eşitdiyin şeydən mənə yaz. Vərrad deyir ki, Muğira mənə yazdırdı, mən də əlimlə bu sözləri yazdım: «Mən Peyğəmbər – sallallahu aleyhi və səlləm – in çoxlu (faydasız) suallar verməkdən, malı israf etməkdən (lazımsız yerə xərcləməkdən) və dedi-qodudan (Başqa rəvayətdə: Valideyinlərə itaətsizlikdən, qız uşaqlarını diri-diri basdırmaqdan) çəkindirdiyini eşitdim»773. Peyğəmbər – sallallahu aleyhi və səlləm – Allah sizin üç əməlinizdən xoşlanır, üç əməlinizdən isə xoşlanmaz. Ona ibadət etməyinizdən, Ona heç bir şeyi şərik qoşmamaq-dan, Allahın ipindən birlikdə ayrılmayaraq sarılmanızı xoşlayır. Dedi-qodu etməyinizdən, çox sual verməyinizdən və malı israf etməkdən (lazımsız yerə xərcləməyinizi) xoşlamır»774. Muaz b. Ənəs - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Hər kimin malı olduğu halda Allah üçün təvəzökarlıq göstərərək (bahalı) paltar geyinməyi tərk edərsə Allah Qiyamət günü onu bütün insanları hüzurunda çağırır və iman əhlinin zinnətlərində dilədiyini seçib geyinməkdə onu sərbəst buraxır»775. İbn Məsud - radıyallahu anhu – deyir ki: «İsrafçılıq malın düzgün olmayan yolda sərf edilməsidir». Mucahid – rahmətullahi aleyhi - deyir ki: «Əgər insan özünün bütün varını haqq yolda xərcləyibsə, bu israfçılıq deyil. Əgər o, heç olmasa bir kq əyri yolda xərcləyibsə o, israfçı hesab olunur»776.