SəLƏFİ saliHİN ƏQİDƏSİ qadağalardan çƏKİNMƏk bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 20 Dekabr 2008-ci İl Tarixli İcazəsi Əsasında Çap Edilmişdir №dk-169/H



Yüklə 3,12 Mb.
səhifə174/330
tarix02.01.2022
ölçüsü3,12 Mb.
#2786
1   ...   170   171   172   173   174   175   176   177   ...   330
ƏRAZİ ZƏBT ETMƏK

İbn Ömər - radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim haqqı olmayan bir torpaq parçasını alsa (zəbt) etsə Qiyamət günü yeddi qat yerin dibinə keçrilir»787. Yəla b. Mərra - radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim bir qarış torpağı belə haqqı olmadan alarsa yeddi qat yerin dibinə qədər torpağı qazmaqla əmr ediləcəkdir. Sonra Allah Qiyamət günü insanlar arasında hökmünü verənə qədər Allah o, torpağı həmən şəxsin boynuna yükləyəcək (keçirəcək)»788. Əli - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – mənə dörd şeyi buyurdu: «Allah lənət etsin ərazilərin sərhədlərini dəyişdirən kimsəyə»789. Səid b. Zeyd - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim bir parça ərazini haqsız yerə alarsa, qarşılığında Qiyamət günü yeddi qat yer onun boynuna dolanacaqdır»790. İbn Həcər rahmətullahi aleyhi - Xattabi – rahmətullahi aleyhi - dən rəvayət edir ki: «Boynuna dolanacaqdır – ifadəsinin iki mənası vardır: BİRİNCİ Bu şəxs Qiyamət günü haqsız yerə aldığı yeri məhşərə daşımaqla yükümlü olacaqdır və beləcə o, yer onun boynunda halqa kimi olacaqdır. İKİNCİ yeddi qat yerin dibinə keçirilməklə cəzalandırılacaqdır. Hər yer qatı onun boynuna halqa şəkilində keçiriləcəkdir».



Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   170   171   172   173   174   175   176   177   ...   330




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin