QİYMƏTİ QALDIRMAQ VƏ SALMAQ
Əbu Hureyrə - radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Bir-birinizə həsəd aparmayın, hərracda almaya-cağınız malın qiymətini qaldırmayın, bir-birinizə nifrət etməyin, bir-birinizdən üz döndərməyin, bir-birinizin ticarətinə müdaxilə etməyin. Allahın qardaşlıq edən qulları olun! Müsəlman-müsalmanın qardaşıdır. Ona zülm etməz, onu tək buraxmaz, ona yalan danışmaz, ona xor baxmaz (alçaltmaz). Üç dəfə sinəsinə işarə edərək təqva buradadır. İnsana şərr olaraq müsəlman qardaşına xor baxması kifayyət edər. Hər bir müsəlmanın qanı, malı və namusu digər bir müsəlmana haramdır»769. İbn Ömər - radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Bir-birinizin ticarətini vurmayın. Qardaşınızın nigahlandığı qadına nigahlanmayın. Əgər qardaşınız buna izn verərsə bu müstəsnadır»770. Ukbə b. Amir - radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Mömin möminin qardaşıdır. Heç bir mömin qardaşının ticarətini vurmasın. Müsəlman qardaşın nigahlandığı qadından əl çəkmədikcə o, qadına nigahlanması halal deyildir»771. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Hiyləgərlik və fırıldaqçılıq Cəhənnəmdədir»772.
Dostları ilə paylaş: |