SəLƏFİ saliHİN ƏQİDƏSİ qadağalardan çƏKİNMƏk bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 20 Dekabr 2008-ci İl Tarixli İcazəsi Əsasında Çap Edilmişdir №dk-169/H



Yüklə 3,12 Mb.
səhifə168/330
tarix02.01.2022
ölçüsü3,12 Mb.
#2786
1   ...   164   165   166   167   168   169   170   171   ...   330
FAİZ YEMƏK (SƏLƏMÇİLİK)

«Ey iman gətirənlər! Sələmi qat-qat artırıb yeməyin. Allahdan qorxun bəlkə rəhm olunasınız». (Ali İmran 130). «Sələm yeyənlər qəbrlərindən ancaq cin vurmuş kimi qalxarlar. Bunların belə olmaları alış-veriş də sələm kimi bir şeydir dedikləri ucundandır. Halbuki Allah alış-verişi halal, sələm almağı isə haram etmişdir. İndi hər kəs Rəbbi tərəfindən gələn nəsihəti qəbul etməklə (bu işə) son qoyarsa keçmişdə aldığı (sələmlər) onundur (ona bağışlanar). Onun işi Allaha aiddir. Amma qayıdanlar Cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar. Allah sələmi məhv edər, sədəqələri isə artırar. Allah kafir və günahkarları sevməz. Ey möminlər! Əgər doğurdan da iman gətirmisinizsə Allahdan qorxub sələmdən qalan məbləğdən vaz keçin. Əgər belə etməsəniz o, zaman Allaha və onun Peyğəmbərinə qarşı müharibəyə girişdiyinizi bilin. Yox əgər tövbə etsəniz sərmayəniz sizindir. Beləliklə nə siz zülm edərsiniz, nə də sizə zülm olunar. Əgər sizə borclu olan şəxs çətin vəziyyətdə olarsa ona vəziyyəti yaxşılaşıncaya qədər möhlət verin. Əgər bilmək istəyirsinizsə (borcu) ona bağışlamağınız daha yaxşıdır. Allaha tərəf qayıdacağınız gündən qorxun. Hər kəs gördüyü əməlin əvəzi veriləcək və (haqsız yerə) zülm olunmayacaqdır». (əl-Bəqərə 275-281). Bu qədər bəs edər ki, bu günahın nə qədər çirkin olmasını anlayaq. İbn Məsud - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah riba yeyəni, verəni də lənət etsin. Dəllalada və iki şahidədə»757. İbn Məsud - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – bu günahın çirkinliyini (böyüklüyünü) bəyan edərək buyurdu: «Faiz yetmiş üç hissədən ibarətdir. Ən sadəsi insanın anası ilə evlənməsi (Başqa rəvayətdə: Zina etməsi) kimidir. Faizin ən pisi isə müsəlman olan bir şəxsin namusuna toxunmağa (dil uzatmağa) bərabərdir»758. Abdullah b. Hənzələ - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «İnsanın bilərəkdən yediyi bir dirhəm faiz otuz altı zinadan da pisdir»759. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Faiz çoxluq gətirsə də şübhəsiz ki, nəticədə (sonda) bir azlıq olacaqdır»760. Səmura b. Cundəb - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – sübh namazını qıldıqdan sonra hər dəfə səhabələrdən soruşardı: «Sizdən yuxu görən varmı?» Görən öz yuxusunu Allahın izni ilə ona danışardı. Bir gün səhər o, bizə buyurdu: «Həqiqətən bu gecə mənim yanıma iki nəfər gəldi və mənim onlarla getməyimi xahiş etdilər. Mən də onlarla getdim. (Bir müddətdən sonra) bir gölün yanına çatdıq. (Ravi deyir: «Zənn edirəm ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm - gölün suyunun qan rəngində olduğunu buyurdu). Baxdıq ki, göldə bir nəfər üzür. Sahildə isə biri yanında bir topa daş ilə dayanıb. Üzən adam bacardığı qədər üzdükdən sonra yanında daş topası olan adamın yanına gəlib ağzını açar. O, da daşları onun ağzına atardı. O, hər dəfə üzüb onun yanına gəldikdə ağzını açar o, da daşları onun ağzına atardı. Mən: «Subhənəllah! Bunlar kimlərdir?» dedim. Onlar: «Gedək! Gedək!» dedilər. Mən onlara: «Bu gecə qəribə mənzərələr gördüm. Bu gördüyüm şeylər nədir?» dedim. Onlar: «İndi sənə onları başa salarıq» dedilər. Göldə üzən insan isə faiz yeyəndir. Bu da onun Qiyamətə qədər görəcəyi əzabdır» dedilər761. Faizdən gələn gəliri sədəqə kimi də vermək olmaz. Çünki Allah pakdır və təmiz olanı da qəbul edir. Eynilə yeməkdə, içməkdə, geyimdə və s. xərcləmək olmaz.

Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   164   165   166   167   168   169   170   171   ...   330




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin