ƏR VƏ ARVAD MÜNASİBƏTLƏRİNİ SAĞDA-SOLDA DANIŞANLAR
Əbu Səid əl-Xudri - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamət günü Allah qatında insanlar arasında ən böyük əmanət xaini (ən şərli insan) ər və arvad bir-birilə yaxınlıq etdikdən sonra qadının sirrini yayan kimsədir»744. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kişi xanımı ilə, xanımı kisi ilə olan münasibətləri sağda-solda danışırlarmı?» dedikdə orada olanlardan: «Ey Allahın Rəsulu! And içirəm ki, danışırlar» dedi. Peyğəmbər: «Belə şeyləri danışmayın. Çünki belə şeyləri danışmaq eynilə kişi və qadın iki şeytanın yolda xalqın gözü önündə münasibətdə olmasına bənzəyir» deyə buyurdu745. İbn Məsud - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «İcazə verilmir ki, bir qadın başqa bir qadına toxunduqdan sonra o, qadının xüsusiyyətlərini ərinin onu görmüş kimi ona təsvir etməsini»746.
Dostları ilə paylaş: |