QADININ ƏTİRLƏNMƏSİ
Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Gözəl ətir vurub onu hiss etdirmək üçün bir qrup insanların yanından ötən qadın zinakardır»737. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Ətirləndikdən sonra ətrinin iyini hiss etdirmək üçün məscidə girən qadının cənabətdən qüsul aldığı kimi qüsl etməyənədək namazı qəbul olunmaz»738.
QADININ MƏHRƏMİ OLMADAN SƏFƏR ETMƏSİ VƏ ÇÖLƏ ÇIXMASI
İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qadın yanında məhrəmi olmadan səfər edə bilməz»739. Bu bütün səfərlərə o, cümlədən də həcc ziyarətinə də aiddir. Qadınla birgə səfərə çıxmağa haqqı olan şəxs dörd şərtə cavab verməlidir. Müsəlman, həddi-buluğa çatmış, ağıllı və kişi olmalıdır. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «…Atası, oğlu, əri, qardaşı və ya ona məhrəm olan başqa bir kişi»740. Peyğəmbər - səllallahu aleyhi və səlləm – buyurdu: «Ərinin evindən izinsiz çıxan qadın dönüncəyə qədər və ya tövbə edincəyə qədər mələklər ona lənət edər»741.
Dostları ilə paylaş: |