SəLƏFİ saliHİN ƏQİDƏSİ qadağalardan çƏKİNMƏk bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 20 Dekabr 2008-ci İl Tarixli İcazəsi Əsasında Çap Edilmişdir №dk-169/H



Yüklə 3,12 Mb.
səhifə219/330
tarix02.01.2022
ölçüsü3,12 Mb.
#2786
1   ...   215   216   217   218   219   220   221   222   ...   330
NƏMMAMLIQ (SÖZ GƏZDİRMƏK)

«Onlar insanlardan gizlətsələr də Allahdan gizlədə bilməzlər. Onlar Allaha xoş getməyən sözləri ürəklərində tutduqda belə yenə Allah onları bilir. Allah onların etdiklərini biləndir». (ən-Nisa 108). İnsanların birindən digərinə, özünü onlara yaxın göstərmək üçün, insanlar arasında kin-kudurət və düşmənçilik yaratmaq. Əri arvadından ayırmaq məqsədilə söz gəzdirmək və s. «Və həm də itaət etmə hər and içənə, alçağa, qeybət edənə, söz gəzdirənə». (Nun 10,11). Həmmam deyir ki, biz Huzeyfə - radıyallahu anhu – ilə birlikdə idik. Bir nəfər: «Bir kişi xəbərləri Osmana çatdırır». Huzeyfə - radıyallahu anhu – dedi ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Nəmmamlıq edən kimsə Cənnətə girməz»1062. İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – iki qəbrin yanından keçərkən buyurdu: «Onlara qəbrlərində əzab verilir. Onlar bu günahların böyüklüyü haqqında düşünmürdülər. Onlardan biri sidiyiə çıxdıqdan sonra (sidiyin) üstünə sıçramasından özünü qorumazdı. Digəri isə (insanlar arasında) söz gəzdirən idi. Peyğəmbər – sallallahu aleyhi və səlləm – hər iki qəbrin başına yaş çubuq basdıraraq buyurdu: «Bu çubuqlar quruduqca onların əzabları da yüngülləşəcəkdir»1063. Əsmə b. Yezid - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Sizə ən xeyirliniz barədə xəbər verimmi?». Səhabələr: «Bəli» deyə cavab verdilər. Peyğəmbər: «O, kəslər ki, onları gördükdə Allah yada düşər! Sizə ən pisiniz barədə xəbər verimmi?». Onlar: «Bəli» deyə cavab verdilər. Peyğəmbər: «Söz gəzdirənlər, dostların arasını vuranlar, bir-birilərindən ayrı olmaqla fəsad törətmək istəyənlərdir»1064. Mücahid – rahmətullahi aleyhi - rəvayət edir ki: «Təbbət surəsində keçən: HAMMƏLƏTƏL HATƏB (odun daşıyacaqdır) qəsd edilən Əbu Ləhəbin zövcəsi ara vurmaq üçün insanlar arasında söz aparıb-gətirirdi».

Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   215   216   217   218   219   220   221   222   ...   330




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin