SəLƏFİ saliHİN ƏQİDƏSİ qadağalardan çƏKİNMƏk bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 20 Dekabr 2008-ci İl Tarixli İcazəsi Əsasında Çap Edilmişdir №dk-169/H



Yüklə 3,12 Mb.
səhifə22/330
tarix02.01.2022
ölçüsü3,12 Mb.
#2786
1   ...   18   19   20   21   22   23   24   25   ...   330
3. ŞİRK FİTNƏSİ Bu fitnələrin ən şərlisi, ən pisi və ən qorxulusudur. «(Yer üzündə) fitnə (şirk) qalmayıb bütün din yalnız Allaha məxsus olanadək onlarla vuruşun». (əl-Ənfal 39).

4. QADINLARIN FİTNƏSİ Usamə b. Zeyd - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Məndən sonra kişilərə qadınlardan daha zərərli bir fitnə və imtahan səbəbi buraxmadım»90. Əbu Səid - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Şübhəsiz ki, dünya şirin və yaşıldır. Allah sizi dünyada xəlifə etdi və nə edəcəyinizə də baxar. Artıq dünyadan qorunun, qadınlardan da qorunun. Çünkü İsrail oğullarının ilk fitnəsi qadınlardan olmuşdur»91. «Ey iman gətirənlər! Zövcələrinizdən və övladlarınızdan sizə düşmən olanlar vardır! Onlardan özünüzü gözləyin!». (ət-Təğabun 14). Əsvəd b. Xələf və Həvlə b. Həkim - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Övlad – qorxaqlıq, simiclik, cahillik və kədər səbəbidir»92. 1. Övlad qorxaqlıq səbəbidir – Ata onu düşünərək haqqı söyləməz və cihada da getməz. 2. Övlad simiclik səbəbidir – Yenə də onu düşünərək malı xeyir yollarına sərf etməz. 3. Övlad cahillik səbəbidir – Ata övladım üçün ruzi qazanmağa çıxmışam deyərək elm öyrənməyə vaxt ayırmaz. 4. Övlad kədər səbəbidir – xəstələnərsə və ya başqa xoşa gəlməz bir şey olarsa valideyn kədərlənər.


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   330




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin