2.MAL VƏ ÖVLADLA –«Həqiqətən mal-dövlətiniz və oğul-uşağınız sizin üçün ancaq bir sınaq vəsitəsidir. Ən böyük mükafat (Cənnət) isə Allah dərgahındadır». (ət-Təğabun 15). «Xeyr, insan azğınlıq edər özünün dövlətli olduğunu gördüyü üçün». (əl-Ələq 6-7). İbn Kəsir – rahmətullahi aleyhi – deyir ki: «Mallar və övladlar fitnədir. Allah tərəfindən qullarının hansının itaətkar və hansının üsyankar olduğunu ortaya çıxarmaq üçün imtahan vasitəsidir»87. Uşağın imtahan vasitəsi olduğunu ifadə edən bir hədis də: Peyğəmbər – sallallahu aleyhi və səlləm – məsciddə səhabələrinə xütbə verərkən nəvələri Həsən və Hüseyn (Allah hər ikisindən razı olsun) oynayaraq gəldilər. Peyğəmbər – sallallahu aleyhi və səlləm – minbərdən düşərək onları qucağına aldı və: «Bu iki uşağı gördüm ki, gah qaçırlar, gah da yıxılırlar. Səbr edə bilmədim. Sözümü kəsdim və onları minbərə çıxardım»88. İbn Məsud - radıyallahu anhu – deyir ki: «Sizdən biriniz – Allahım! Fitnədən sənə sığınıram deməsin – Çünki sizdən fitnəyə məruz qalmayan heç kimsə yoxdur»89.