SəLƏFİ saliHİN ƏQİDƏSİ qadağalardan çƏKİNMƏk bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 20 Dekabr 2008-ci İl Tarixli İcazəsi Əsasında Çap Edilmişdir №dk-169/H



Yüklə 3,12 Mb.
səhifə29/330
tarix02.01.2022
ölçüsü3,12 Mb.
#2786
1   ...   25   26   27   28   29   30   31   32   ...   330
13. ŞEYTAN Adəm – əleyhissəlam – dan günümüzə qədər insanlığın ən azğın düşməni şeytandır. O, hər insanın ən amansız düşmənidir. Hər ibadət, itaət və saleh əməllərə görə insanlara kin duyar. Şübhələrdən, şəhvət və digər fitnə, fuhuş və bəlalardan doğan bütün günahları onlara sevdirir. «O, sizə pis və murdar şeyləri görməyi və Allaha qarşı bilmədiyiniz şeyləri deməyi əmr edir». (əl-Bəqərə 169). «Sən məni azdırıb yoldan çıxartdığın üçün mən də sənin düz yolunun üstündə oturub insanlara mane olacağam. Sonra onların qarşılarından və arxalarından, sağlarından və sollarından gələcəyəm və Sən onların əksəriyyətini şükr edən görməyəcəksən». (əl-Əraf 14-17). İbn Abbas - radiyallahu anhu – deyir ki: «Sonra onlara qarşılarından – onları axirətləri haqqında şübhəyə salacağam, sonra onlara arxalarından gələcəyəm – yəni onlara dünyanı çox sevməyə təşviq edəcəyəm, sağlarından gələcəyəm – yəni dinlərində onları tərəddüdə salacağam (yaxşı əməllər tərəfdən), sollarından gələcəyəm – yəni onları günah etməyə həvəsləndirəcəyəm. Şeytan üstlərindən demədi. Çünki bilirdi ki, üstlərində nəzarətçi Allahdır. İmam Şabi – rahmətullahi aleyhi – deyir ki: «Uca və Böyük olan Allah rəhməti onların üzərindən enər»103. «Sənin izzətinə qüdrətinə and olsun ki, onların hamısını azdıracağam. Yalnız Sənin sadiq bəndələrindən başqa». (Sad 82). «İblis dedi: Ey Rəbbim! Məni azdırmağına and içirəm ki, mən də insanlara (günahlarını) yer üzündə yaxşı göstərib onların hamısını yoldan çıxardacağam». (əl-Hicr 39). «Ey iman gətirənlər! Şeytanın yolunu tutub getməyin. Kim şeytanın getdiyi yolla getsə o, sizi çirkin və pis işləri görməyi əmr edər». (ən-Nur 21). «Şeytan Adəmə vəsvəsə edib dedi: Sənə əbədiyyat ağacı və köhnəlib xarab olmayacaq bir mülkü göstərimmi». (Ta ha 120). «Ey insanlar! Yer üzündəki şeylərin təmiz və halalından yeyin. Şeytanın izi ilə getməyin. Həqiqətən şeytan sizin açıq-aydın düşməninizdir. O, sizə pis və murdar şeyləri görməyi və Allaha qarşı bilmədiyiniz şeyləri deməyi əmr edir». (əl-Bəqərə 168-169). «Həqiqətən şeytan sizin düşməninizdir, onu (özünüzə) düşmən tutun. O, özünə uyanları Cəhənnəm əhli olmağa çağırır». (Fatir 6). Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Şeytan Adəm oğlunun yollarında oturur. Onun İslam yoluna oturaraq deyir: «Müsəlman olub öz dinini, atalarının, babalarının dinini buraxacaqsan. Adəm oğlu ona qarşı çıxaraq müsəlman olur. Sonra şeytan hicrət yolunda oturur və: «Hicrət edirsən, öz yurdunu, ölkəni tərk edirsən. Ömür boyu at belində gəzən birisimi olcaqsan» deyər. Adəm oğlu ona qarşı çıxaraq hicrət edər. Sonra şeytan onun cihad yolunda oturar və: «Cihad edirsən. Bu canını və malını çətinliyə salma, təhlükəyə atma. Vuruşaraq öldürüləcəksən. Zövcən başqasına nigahlanacaq, malın dağıdılacaq». Adəm oğlu ona qarşı çıxaraq cihad edər. Kim belə edərsə onu Cənnətə qoymaq Allah üzərinə bir haqdır. Kim şəhid olarsa onu Cənnətə salmaq Allah üzərinə bir haqdır»104. İbm Qeyyim – rahmətullahi aleyhi – ən-Nəs asursinin təfsirini edərkən şeytanın təhlükəsini, vəsvəsəsini və şərrini belə açıqlayır: «Şeytanın şərri altı mərtəbədir. Adəm oğullarını bu mərtəbədən birinə salmaq istəyər. 1. Şirk və Küfr şərri. Allah və Rəsuluna düşmən olma şərri. 2. Bidət mərtəbəsi. Bu mərtəbə şeytan üçün fısq və günah mərtəbəsindən daha sevimlidir. 3. Böyük günahlar mərtəbəsi. 4. Kiçik günahlar ki, çox edildikdə sahibini həlak edir. 5. Savabı və günahı da olmayan mübah əməllərlə məşğul etmək. Qulun vaxtını boş şeylərə keçirməklə məşğul edər. 6. Daha fəzilətli əməl varkən, ondan aşağı olan fəzilətli əməli etməklə məşğul edər»105.

Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   330




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin