LƏ İLƏ İLLƏLLAH! Mirvarini sataraq peyin alanın, Allahın nemət verdiyi kəslərin Peyğəmbərlərin, siddiqlərin, şəhidlərin, əməlisalehlərin yoldaşlığını Allahın qəzəbinə gələnlərin yoldaşlığı ilə əvəz edənlərin ağlı necə də naqisdir. Allah onlar üçün Cəhənnəm hazırlamışdır. Ora necə də pis bir yerdir.
43. Günahlar bəndə ilə Rəbbi arasında əlaqənin qırılmasına səbəbdır. Əgər bu qırıqlıq yaranarsa bütün xeyir səbəbləri kəsilər, bütün şərr səbəbləri birləşər. Bütün xeyir yolları bağlanmış, qırılmış bir göz qırpımı belə Ondan möhtacsız qala bilməyəcəyi, yerini də heç bir şeyin doldura bilməyəcəyi dostu və Mövlası ilə arasında olan bağlantılar kəsilmiş, bunun yerinə isə hər cür şərr qapıları açılmış, düşməninə yaxınlaşmış və onu dost etmişdir. Düşmənilə üz-üzə qalmış bir kimsənin hansı qurtuluşundan, hansı ümüdündən və hansı yaşayışından bəhs edilə bilər? Buna görə də heç bir nəfs bilmir ki, bu qırıntıda nə qədər dözülməz ağrılar və əzab vardır. Sələflər deyirlər ki: «Mən bəndənin Allah ilə şeytanın arasına atıldığını görürəm. Əgər Allah ondan üz döndərərsə onu şeytan dost tutar. Əgər onu Allah dost tutarsa şeytan onu dost tutmağa qadir olmaz: «Xatırla ki, bir zaman mələklərə: Adəmə səcdə edin – demişdik. İblisdən başqa hamısı səcdə etdi. O, cinlərdən idi. O, öz Rəbbinin əmrindən çıxdı. İndi siz Məni qoyub onu və övladını özünüzə dostmu tutursunuz? Bu zalimlər üçün necə də pis dəyiş-düyüşdür! Mən onları nə göylərin, nə yerin yaradılışına, nə də öz yaradılışlarına şahid etmədim və Mən (insanları haqq yoldan) çıxardanları Özümə köməkçi də tutmadım». (əl-Kəhf 50-51). Allah – subhənəhu və təalə – buyurur ki: «Mən sizin atanıza ikram etdim, onun dərəcəsini qaldırdım, onu başqasından üstün etdim və mələklərimə əmr etdim ki, ona səcdə etsinlər. Onlar da mənə itaət etdilər. Mənim və onun düşməni mənə asi oldu. Mənim itaətimdən çıxdı. Bundan sonra sizə necə yaraşır ki, Məni buraxaraq onu və zürriyətini dost tutasınız? Mənə üsyanda ona itaət edəsiniz? O, sizin ən qəddar düşməninizdir. Siz Mənim düşmənimi dost tutdunuz. Artıq Mən sizə onunla düşmənçilik etməyi əmr etmişdim. Əgər bir insan Padşahın düşmənini özünə dost tutarsa artıq o, insan ilə düşmən padşahın gözündə eyni olar. Padşahın düşmənini dost tutduğuna görə. Məhəbbət və itaət nə vaxt tamamlanır? Nə vaxt ki, insan itaət etdiyinin düşmənlərini düşmən tutar, sevdiklərini də sevər. Amma sən Padşahın düşmənlərini dost tutasan və sonra da iddia edəsən ki, mən padşahı sevirəm. Bu qeyri mümkündür. Hətta bu padşahın düşməni sizə düşmən olmadığı halda. O, ki qaldı şeytana o, həm sizin, həm də Allahın düşmənidir. Ağıllıya necə yaraşar ki, öz düşmənini və Allahın düşmənini dost tutsun. O, Allah ki, ondan başqa Rəbb yoxdur. Şeytan həm Rəbbimizin, həm də bizim düşmənimiz olduğu üçün bizdən tələb olunur ki, biz də onu özümüzə düşmən tutaq. (Allah) Mən İblisi düşmən tutdum. Nəyə görə? Çünki o, mələklərlə birlikdə Atanıza səcdə etmədi. Mənim onu düşmən tutmağım sizə görə idi. Sonra bu düşmənçiliyin aqibəti nə oldu? Sizlər onunla saziş bağladınız.
44. Günahlar din və dünyanın bərəkətini silər. Həmçinin də ömrün, ruzinin, əməlin, elmin və itaətin bərəkətini də silər. Ümumilikdə isə o, dinin və dünyanın bərəkətini silir. Görürsən ki, Allaha asi olan kimsənin nə dinin də, nə dünyasında, nə də ömründə bərəkət vardır. Yer üzündən bərəkətin qaçmasına səbəb yalnız insanların günahlarının səbəbidir. «Əgər o, məmləkətin əhalisi iman gətirib (pis əməllərdən) çəkinsəydilər, sözsüz ki, onların başlarına göydən və yerdən bərəkət yağdırardıq. Lakin onlar (öz Peyğəmbərlərini) yalançı hesab etdilər. Biz də onları qazandıqları günahlara görə məhv etdik». (əl-Əraf 96). «Əgər onlar o, yolda doğru-düzgün olub sabit qalsaydılar, Biz onlara bol yağış verərdik ki, onları bununla imtahana çəkək. Kim öz Rəbbini yad etməkdən üz çevirsə, Allah onu məşəqqətli bir əzaba düçar edər». (əl-Cinn 16-17). Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kişi etdiyi günahı üzündən ruzisindən məhrum qalır»207. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Ruhul Qudus qəlbimə, heç bir nəfsin ruzisi tamamlanmadan ölməz» deyə üflədi208. O, halda Allahdan qorxun və halal yolla əldə etməyə çalışın. Allah sevinc və rahatlığı qədərə rıza və inamda, hüzn və kədəri isə şəkk və şübhədə qoymuşdur. Bundan əvvəl İmam Əhməd «Zuhd» kitabında rəvayət edir: «Mən Allaham! Razı qalsam bərəkət verirəm. Bərəkətimin isə sonu yoxdur. Qəzəb etsəm lənət ediərəm. Lənətim isə yeddininci nəsilə qədər çatar».
Ruzinin və əməlin genişliyi onun çoxluğu ilə deyildir və həmçinin də ömrün də uzunluğu ayların, illərin çoxluğu ilə deyildir. Bunların genişliyi onda olan bərəkətlədir. Allahdan üz döndərərək başqası ilə məşğul olanın həyatı yoxdur. Əksinə heyvanların həyatı onun həyatından daha da xeyirlidir. İnsanın həyatı onun qəlbinin və ruhunun həyatıdir. Qəlbin həyatı isə? Onu yaradana ibadətlə, Onu sevməklə, Ona qayıtmaqla, Ona tövbə etməklə, Ona zikr etməklə rahatlaşmaqdadır. Əgər bir kimsə bu həyatı itirərsə artıq bütün xeyiri itirmişdir. Hətta onun əvəzinə dünyadan hər bir şey verilsədə onun yerini verməz. Hətta bütün dünya bütövlükdə bu həyatın yerini vermir. Çünkü insanın itirdiyi hər bir şeyin əvəzi vardır. Lakin insan Rəbbini itirərsə onun əvəzi yoxdur. Möhtac, fəqir möhtacsız olanla, ölü diri ilə, aciz qadir ilə, məxluq da Xaliq ilə necə eyni ola bilər?
Allaha asi olmaq ruzinin və ömrün bərəkətinin silinməsinə səbəbdir. Çünki günahkarların üzərində şeytan müvəkkəldir. Hökmüranlığı onların üzərindədir. Allah onu günaha və günahkarlara həvalə etmişdir. Bu üzdən də şeytanla əlaqəli və onunla birlikdə olan hər şeyin bərəkəti qaldırılmışdır. Buna görə də insan yediyi, içdiyi, miniyə mindiyi, yaxınlıq etdiyi zaman Allahı zikr edərək - Bismilləh - deməsi əmr edilmişdir. Çünki Allahın adı zikr olunduğu zaman şeytan qaçar və bununla bərəkət hasil olar. O, şey ki, Allah üçün deyildir onun bərəkəti çıxarılmışdır. Çünki tək bərəkət verən Allahdır. Allaha nisbət edilən hər bir şey bərəkətlidir. Kəlamı mubarək, Rəsulu mubarək, mömin qulu mubarək, Beyti haramı mubarək və kitabında altı ayədə bərəkətlə zikr etdiyi Şam torpaqları da mubarəkdir. Elə isə bərəkətli olan sadəcə Odur, sadəcə Ona nisbət edilən bərəkətlidir. Yəni Onun sevgisi, qulluğu, rızası bərəkətlidir. Kainat Onun Rububiyyətinə və yaratmasına mənsubdur. Ondan uzaq olan sözlərdə və əməllərdə heç bir bərəkət və heç bir xeyir olmaz. Ona yaxın olan hər bir şey isə yaxınlığına görə bərəkətlidir.
Bərəkətin də əksi lənətdir. O, şey ki, Allaha yaxındır onun bərəkəti vardır, o şey ki, Allahdan uzaqdır ondan bərəkət götrülmüşdür. Allahın lənət etdiyi yer, insan, əməl bunlar bərəkətdən və xeyirdən uzaq olan şeylərdir. Bunlarla bağlı olan hər bir şeydə də bərəkət yoxdur. Artıq Allah – subhənəhu və təalə – İblisi lənətləmişdir və yaradılanlar içərisində də Özündən ən uzaq etdiyi də odur. Ona görə də ona yaxın olan hər şey ona yaxınlığı və onunla əlaqəsənə görə lənətlidir. Buna görə də elmin, ruzinin və ömrün bərəkətinin silinməsində günahların böyük təsiri vardır. O, vaxt ki, Allaha üsyan edilir malla, bədənlə, elmlə və s. şeylərlə bu əməllər sahibinin əleyhinədir leyhinə deyildir. İnsanın əməlindən, elmindən, şöhrətindən, ruzisindən, ömründən yalnız Allaha itaət etdiyi sayılır. Eyni ilə namazda da xuşu ilə qıldığın hissənin savabını qazanırsan. Buna görə də yer üzündə elə insanlar vardır ki, 100 yaş yaşıyır. Lakin onun yaşı 20 yaşa çatmır. Elələri də vardır ki, miliyonlarla pulları vardır lakin həqiqətdə isə 4/1-də çatmır (pulun bərəkəti olmur). Beləliklə də şan-şöhrət və elm də belədir. Əbu Hureyrə - radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Dünya lənətlənmişdir. İçində olan hər bir şeydə lənətlən-mişdir. Yalnız Allahı zikr etmək və (elm) öyrənən və öyrədəndən başqa»209. Bərəkətin olduğu şeylər bunlardır. Allahdan yardım diləyirik.
45. Günahlar insanın alçalmasına, zəlil olmasına səbəbdir. İnsan hər nə qədər yüksək səviyyəli bir kimsə olsa da belə onu alçaq səviyyəli edər. Çünki Allah yaratdıqlarını iki təbəqədə yaratmışdır. Bir qismi uca, digər qismi isə alçaqlardır. Ən uca olan İLLİYUNU uca olanların yeri, ƏSFƏLƏ SƏFİLİNİ isə aşağı olanlar üçün etmişdir. Allah – subhənəhu və təalə – itaət əhlini dünyada və axirətdə ən yüksək mərtəbədə olanlardan etmişdir. Günah əhlini isə dünyada və axirətdə ən aşağı təbəqədən etmişdir. Həmçinin də Allah itaət əhlini öz yanında ən hörmətlilərdən etmişdir, günah əhlni isə ən dəyərsiz olanlardan etmişdir. İzzəti itaət əhli üçün, zəlilliyi isə günahkarlar üçün etmişdir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Mən Qiyamətin qarşısına qılıncla göndərildirm. Mənim ruzim nizəmin kölgəsində, zəlillik və alçaqlıq isə mənim əmrimə qarşı çıxanda edildi»210.
Bəndə hər dəfə günah işlədikdə aşağı dərəcəyə düşər. O, qədər düşməkdə davam edir ki, ən aşağı mərtəbədə olar. Hər dəfə də itaət etdikdə dərəcəsi qalxar. O, qədər qalxmaqda davam edər ki, ən yüksək mərtəbədə olar. Bəzən bəndənin həyatında elə bir vaxtlar olur ki görürsən ki, həm enmək, həm də qalxmaq cəmləşir. Onların hansı üstün gəlsə insan onun əhlindən olar. Təbii ki, 100 dərəcə qalxıb bir dərəcə enən ilə bunun əksini edən eyni olmaz. Bəzən insan elə bir tərzdə enər ki, məşriq ilə məğrib, göy ilə yer arası qədər bir məsafədə enər. Bu bir tək eniş onun min yüksəlməsini belə qarşılamaz. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «İnsan (əhəmiyyət vermədən) elə bir kəlimə söyləyər ki, onun səbəbi ilə məşriq ilə məğrib arası qədər bir məsəfədə Cəhənnəmə düşər»211.
Enmək və qalxmaq bu insanlara xas olan bir şeydir. Lakin insanlardan elələri də vardır ki, onların düşməyi qəflətə doğru olur. Əgər bu insan qəflətdən ayılarsa öz dərəcəsinə qayıdar. Yaxud da ondan da yuxarı dərəcəyə qalxar ayılmasına görə. Bəzilərinin də enməsi günaha doğru olur. Ya böyük günaha, ya da kiçik günahlara. Belə bir kimsənin öz dərəcəsinə çatması üçün səmimi tövbəyə və sadiq qayıtmağa ehtiyacı vardır. Alimlər bu barədə ixtilaf ediblər ki, insan günah edib və ondan sonra tövbə edərsə əvvəlki vəziyyətinə qayıdır yoxsa yox! Tövbə günahın izini silir və onun varlığını yoxluğu kimi edir. Bəziləri də deyirlər ki, tövbə sadəcə o, cəzanı silmək üçündür. İtirdiyi dərəcəsinə isə çatmaz deyə ixtilaf etmişlər.
Bir qrup bunu belə açıqlamışlar: Bir tacir ki, hər gün öz malı ilə qazanır və malı artıqca da qazancı artır. O, günah günlərində isə onun qazancı dayanır. O, kimsə yenidən ticarətinə başlayarsa yenə də aşağıdan yuxarıya qalxır. Bundan əvvəl isə (günahı işləməmişdən qabaq) yuxarıdan-yuxarıya qalxırdı. Bu kimsədə günah etdiyi vaxt əvvəlki əməlləriylə birlikdə yüksəlməyi qaçırmışdır. Günahdan sonra tövbə edib əmələ başladıqda aşağıdan yuxarıya yenidən başlamışdır.
Bir qrup da: Bu kimsələrin halını sonu olmayan nərdivanla yuxarıya qalxan iki kimsəyə bənzədirlər. Onlar eyni vəziyyətdə nərdivanı qalxırlar. Lakin biri bir pillə aşağı enir. Bu bir pillə aşağı düşdükdə artıq digəri bir pillə ondan üstə olur. Sonra bu aşağıda olan yenidən qalxmağa başlayır. Heç şübhə yoxdur ki, yuxarıda olan ondan irəlidə olacaqdır.
İbn Teymiyyə – rahmətullahi aleyhi – bu iki dəstə arasında hökm verərək deyir ki: «İnsan tövbə etdikdən sonra əvvəlki vəziyyətinə qayıdır, yoxsa yox? Tövbə edənlərdən bəziləri öncəki dərəcəsindən daha yüksəyə dönərkən, kimiləri eyni dərəcəsinə dönər, kimiləri də eyni dərəcəsinə çatmaz. Bu tövbənin güc və səmimiyyətinə, günahın qulda meydana gətirdiyi zillət, boyun əymək, Allaha qayıtmaq, Allahdan qorxmaq, çəkinmək, Allah qorxusuna görə ağlamaq hallarından aslıdır. Bəzən bunların hamısını əldə etməkdə qul güclü olur. Hətta tövbəkar əvvəlki halından daha yüksəyə çatır. Beləcə tövbədən sonra günah etmədən əvvəlki halından daha xeyirli olur. Əvvəlkindən də güclü imana qayıdır. Belə bir kimsələr haqqında günah bir rəhmətdir. Nəyə görə? Çünki günah onda o, qədər qorxu yaratdı ki, artıq onda nəfsi ilə razılaşmaq, özünə güvənmək hissiyatını ondan itirir. Rəbbinin və Mövlasının onu qorumasına, əff etməsinə və bağışlamasına nə qədər möhtac və məcbur olduğunu bildirir. İtaətlə qürurlanmasın deyə burnunu və qürurunu qırar. Özünü bu itaətilə başqalarından daha xeyirli görməsinin qarşısını alar. Beləcə etdiyi o, günah onu Rəbbinin qarşınında xətalı, günahkar-ların duruşu kimi başı önündə, ondan utanaraq, qorxaraq və ürpərək durdurur. Edilən bu günah itaətini kiçik, günahını isə böyük göstərir. Nəfsinin əksikliyini və qüsurunu ona tanıdır. Rəbbinin isə tərifdə, bağışlamaqda tək olduğunu öyrədir. Şair deyir: «Allah şükrü və tərifi özünə aid etdi, qınanmağı isə insana». Ona gələn hər bir nemətin onun üçün çox olduğunu və nəfsinin ona layiq olmadığını bilir. Başına gələn hər bir müsibətdə özünü o, müsibətə layiq olduğunu bilir. Bununla bərabər düşünür ki, Allah ona qarşı rəhimli olmuş günahının misli qədəri ona cəza verməyib. Hətta günahının yarısına görə də ona cəza verməyib. Onun günahını layiq olduğu cəzanı zəif və aciz qul bir yana qalsın, heç möhkəm dağlar da daşıya bilməz. Günah nə qədər kiçik olsa da çirkindir. Ondan başqa böyük heç bir şeyin olmadığı, hər cür nemətləri verən qarşısında bu günah hər şeydən daha çirkin, daha pisdir. İnsanların böyüklərinə və ağalarına qarşı bu cür şeylərlə qarşılıq vermək istər kafir, istər mömin olsun hər kəsə görə çirkin qəbul edilir. İnsanların ən aşağı olanı, ən şəxsiyyətsizi böyükləri pisliklərlə qarşılayandır. Onda göylərin və yerlərin böyügünə, göylərin və yerlərin sahibinə, göylərin və yerlərin İlahına belə çirkinliklə qarşılıq vermək necə olar?
Əgər Allahın rəhməti qəzəbini üstələməsəydi və məğfirəti cəzasını qabaqlamasaydı yer günah edənlərlə birlikdə dağılardı. Onun günahkar-ları cəzalandırmaması həlimliyi və bağışlaması olmasaydı qulların günahları üzündən göylər yox olardı. «Həqiqətən Allah göyləri və yeri zaval tapmasınlar deyə, tutub saxlayır. Əgər onlar öz mehvərindən çıxsalar Allahdan başqa onları heç kəs tutub saxlaya bilməz. Doğurdan da Allah Həlim və bağışlayandır». (Fatir 41). Ayənin sonu Allahın iki İsmi Həlim və Ğafur ismi ilə tamamlanır. Əgər Allahın Həlimliyi o, günahkalara qarşı olmasaydı və asi olanlara qarşı məğfirəti olmasaydı göylər və yerlər sabit qalmazdı. Allah bəzi qullarının küfrü haqqında buyurur: «Buna görə az qaldı ki, göylər parçalansın, yer yarılsın və dağlar yerindən qopub uçsun». (Məryəm 90). Artıq Allah valideyinləri-mizi Adəm və Həvvanı etdikləri bir günaha görə Cənnətdən çıxartdı. Həmçinin də Allah İblisi etdiyi bir günaha görə lənətlədi. Əmrinə müxalif olduğuna görə. Şair deyir ki: «Bizlər bir-birinin ardıyca günahları edirik və Cənnətdə uca dərəcələr arzulayırıq. Bilirik ki, ana-atamız ən uca dərəcədən bir tək günahdan ötrü çıxarıldılar».
Məqsəd budur: Qul bəzən tövbədən sonra günahdan öncəki halından daha xeyirli və daha yüksək dərəcədə olur. Bu da tövbənin gücünə və kamilliyinə görədir. Həmçinin o, günahın insanda buraxdığı təsirə görə olur. Bəzən də günah o, kimsənin himməsini, iradəsini, qətiyyətini və qəlbini zəiflədir ki, bu da tövbənin onun əvvəlki vəziyyətinə qayıtmasına imkan vermir. Əgər onun enməsi imanın əslinə ləkə gətirən bir şey olarsa şirk, küfr, nifaq və s. kimi günahlara enərsə bu da elə bir enməkdir ki, sahibinin qalxmasına umulmur. Yalnız o, kimsə İslamını başdan təzələməlidir».
46. Günahlar sahibinə qarşı müxtəlif növ məxluqları cəsarətləndirir. Görürsən ki, heç insana qarşı cürətlənməyən məxluqlar günah işləyən insana qarşı cürətlənirlər. Şeytanlar günah edən insana, azğınlıq, vəs-vəsə, qorxutmaqla, kədərləndirməklə, xatırlamaqda faydası, unutmasında isə zərərli olan şeyləri unutdurmaqda cəsarətli olurlar. Beləcə günahkarı Allaha qarşı asi olmağa təhrik etməyə daha çox fürsət qazanırlar.
Həmçinin insanlardan olan şeytanlarda ona qarşı əziyyət verməyə cürətlənirlər. Bacaqdıqları qədər ona əziyyət verirlər. Günah sayəsində ailəsi, övladları, qonşusu, hətta heyvanları da ona qarşı cürətlənirlər. Sələflər deyirlər ki: «Mən Allaha asi olduqda bunun təsirini yoldaşımın və heyvanımın əxlaqında görürəm». Əmirlərdə ona qarşı cəza verməkdə cürətli olurlar. Adil olsalarda Allahın təyin etdiyi hədləri yerinə yetirirlər. Həmçinin insana qarşı öz nəfsi də cürətlənir. Artıq o, kimsə nəfsini idarə edə bilmir. Nəfsini xeyirə yönəltmək istədikdə ona boyun əymir. Nəfsi onu həlakı olan şeylərə yönəldir o, kimsə bunu istəsə də, istəməsə də belə.
Bu nəyə görə belədir? Çünki itaət Allahın qalasıdır. O, elə bir qaladır ki, əgər insan ora girərsə əmin-amanlıq içində olar. Əgər insan o, qalanı (itaəti) tərk edərsə hər bir quldur, yol kəsən ona qarşı cürətlənər. İnsanın günaha olan cürətinə görə bir o, qədər də başqa məxluqlar ona cürətlənir və onda bu şeyləri dəf edəcək bir qüvvədə olmur. Həqiqətəndə Allahı zikr etmək, sədəqə, yaxşılığı əmr edib, pislikdən çəkindirmək bunların hər birisi maneədir. Qulu müdafiə edir. Bu da insanda xəstəliklərə qarşı olan bir müqavimətdir. Əgər insanda müqavimət olmazsa xəstəliklər gəldikdə artıq onda yerləşər və onu həlak edər. Günahlar ilə yaxşılıqlar da davamlı olaraq bir-biriləri ilə mücadələ edirlər. Hansı tərəf güclü olarsa o, da hakim olar. Yaxşı tərəf nə qədər güclü olarsa pislikləri uzaqlaşdırmaq da güclü olar. Allah iman edənləri pislikləri və pisliklərə qarşı daima qoruyur. İman isə söz və əməldir. İmanın gücünə görə Allahın qoruması da güclü olur. Kömək istənilən Allahdır.
47. Günahlar ehtiyac vaxtı sahibinə xəyanət edir. İnsanın özünə ən çox ehtiyacı olduğu vaxt günahlar ona xəyanət edir. Hər bir insan öz dünyası və axirəti üçün zərərli və faydalı şeyləri bilməyə möhtacdır. İnsanların ən xeyirlisi isə bütün bu xeyir və zərərləri təfsilatı ilə bilənlərdir. Onlardan ən qüvvətlisi və qazananı nəfsinə və iradəsinə qarşı güclü olan, nəfsini ona fayda verəcək şeylərə yönəldən və zərərinə olan şeylərdən çəkindirəndir. Bu mövzuda da insanların bilgisi, himməsi fərqlənir. Onlardan ən bliklisi xoşbəxtçilik və bədbəxçiliyin səbəblərini biləndir. İnsanlardan doğruya ən gözəl uyanı xoşbəxtçiliyi üstün tutanlar, ən səfehləri və bədbəxt olanları isə bədbəxtçiliyi üstün tutanlardır.
Bu elmi əldə etmək üçün günahlar ona ən çox ehtiyacı olduğu vaxt xəyanət edir. İnsan axirəti bu dünyadan üstün tutmaq istədiyi vaxt günahlar bunu etməyə imkan vermir. Günahlar bu elmi əldə etmək üçün ona bir maneə olur. Dünya və axirəti üçün ən xeyirli şeylərlə məşğul olmaqdan çəkindirər və ona mane olar. İnsan bir müsibətə düşdüyü zaman ondan qurtarmaq istər. Lakin bu vaxt qəlbi və əzaları ona xəyanət edərək onu tənha buraxarlar. Bunun məsəli qılıncından uzun müddət istifadə etmədiyinə görə qılıncı qınına yapışan kimsənin məsəlinə bənzəyir ki, ehtiyacı olduğu vaxt qılıncı oradan çıxardıb istifadə edə bilmir. Düşmən də ona hücum edərək ona qələbə çalır. Həmçinin də qəlb bu günahlarla pastlanır və xəstəliklərlə bürünür. İnsan qəlbi ilə düşmənə qarşı vuruşmaq istədikdə orada heç bir şey tapmır. (İnsan qəlbi ilə vuruşur və onunla da hücum edir). İnsanın əzaları isə qəlbə tabedir. Əgər o, qəlb bağlı və onda heç bir güc, qüvvə yoxdursa əzalar nə edə bilər ki?
Nəfis də belədir. Əgər nəfis MUTMAİN nəfisdirsə o, şəhvətlər və günahlarla dolur. Nəfsi Əmmarə isə güclənir və aslana dönür. İnsanın nəfsi günahlarla xəbisləşir və bütün idarəçilik (qəlbdə) NƏFSİ ƏMMARƏ – pisliyi əmr edən nəfsin əlinə keçir. Nəfsi əmmarə nə qədər güclənərsə mutmain nəfis bir o, qədər də zəifləyər. Bundan sonra nəfsi mutmain bir daha yaxşılaşması umulmayacaq şəkildə zəifləyərək ölür. Təbbi ki, bu dünyada da, bərzəxdə də ölməsidir. Axirətdə isə sahibinə heç bir faydası olmayacaq şəkildə canlı olmayan bir həyatda olur. Onun həyatı sadəcə ağrıları hiss edən bir həyatdan ibarət olur. Belə bir kimsə ölüdür, diri deyildir. Onun həyatı elə bir həyatdır ki, yalnız ağrıları hiss edir.
Bununla qəsd edilən nədir? İnsan müsibətə, dərdə, kədərə, qəmə düşdüyü zaman ona qəlbi və əzaları faydalı şeydə xəyanət edir. Qəlbi artıq Allaha təvəkkül, dua, yalvarmaq, qarşısında boyun əymək, zəlil olmaq üçün bir yerə toplanmır. Qəlbi dağınıqdır. Dili zikr üçün boyun əymir. Hətta dili ilə zikr etsə də qəlbi ilə zikr etməz. Nəticədə zikrin təsir etməsi üçün qəlbi dilə, dili də qəlbə bağlaya bilməz. Qəlb və dil zikr edəndə birləşməzlər. Zikr və dua etsə də belə qafil, ayıq olmayan bir qəlb ilə edər. Qul əzalarından itaət edə bilməsi üçün kömək istəsə əzalar onu rədd edərlər, istədiyini yerinə yetirməz və ona itaət etməzlər. Bütün bunların da təsiri günahlar və asiliklərdir. Belə birisi özünü düşməndən qorumaq üçün əskərləri olan, lakin əskərlərini yormuş, onlara zülm etmiş, yeməklərini kəsərək verməmiş əmirin halına bənzər. Əskərləri ilə belə bir müamələdə olan əmir bu hərəkətlərindən sonra onlardan heç bir güc və qüvvətləri qalmadığı halda düşməninə hücum etmələrini və onu qorumalarını istər. Günahkarın halı belədir.
Bütün bunlardan daha qorxulu, daha ağrılı və daha dəhşətli bir hal da vardır. Bu da ölüm anında, Rəbbinə köçən vaxtı dilinin və qəlbinin ona xəyanət etməsidir. Görürsən ki, ölüm anında ŞƏHADƏT KƏLİMƏSİNİ deyə bilmir. Ölüm anında olan çoxlarının bunu söyləmədikləri müşahidə olunmuşdur. Elə kimsələr olmuşdur ki, onlara ölüm anında LƏ İLƏ İLLƏLLAH – kəliməsi təlqin olunanda: «Ah! Ah! Ah!» deyərək həyatdan köçmüşlər. Bəziləri ölüm anında şer, mahnı, mənim günahlarım çoxdur bu kəlimənin mənə faydası nə, bəziləri də bu kəliməni deməkdən imtina edərək ölmüşlər. Bəziləri də demək istədikdə dili bu kəliməni söyləməyə dönmür, dili topuq vurardı. Allah bu və bunun kimi sonluqlardan bizləri qorusun. Amin!
Təsəvvür edin ki, əgər insanı şeytan ayıq, güclü, ixtiyarı əlində olan vaxtı ələ keçirirsə və onu Allaha üsyanda işlədirsə, onun qəlbini Allahı zikr etməkdən dayandırıbsa, əzalarını da itaətdən çəkindiribsə zəif və ölüm anında bu necə olar? Ölüm anında isə insan ruhun ağrıları ilə məşğul olur. Şeytan isə xüsusən o, vaxtı bütün qüvvəsini toplayır. Çalışır ki, axırıncı fürsətdir ki, onu bu dünyadan LƏ İLƏ İLLƏLLAH demədən köçürsün. Şeytanın da ən güclü olduğu vaxt o, vaxtıdır. İnsanın isə ən zəif və gücsüz olduğu vaxtıdır. Körəsən belə bir haldan kim salamat çıxacaqdır? «Allah iman gətirənləri dünyada da, axirətdə də möhkəm bir sözlə sabitqədəm edər. Allah zalimləri (haqq yoldan) sapdırar. Allah istədiyini edər!». (İbrahim 27).
Allah necə o, insanı gözəl sonluğa HÜSNÜ XATİMƏYƏ müvəffəq edə bilər ki, artıq Allah onun qəlbini Allahın zikrindən yayındırıb, onun bütün işləri ifrata varmaqdır. Əgər bir insanın qəlbi Allaha ibadətdən qafildirsə, öz havasına və nəfsi istədiyinə ibadət edirsə, öz şəhvətlərinin əsiridirsə, dili Allahın zikrindən, əzaları isə itaətsizlikdən quruyubsa və Allaha üsyanla məşğuldursa belə bir kimsə gözəl sonluğa müvəffəq olamaqdan uzaqdır. Elə isə pis bir sonluqla ölmək qorxusu MÜTTƏQİLƏRİN – Allahdan qorxanlar – ın bellərini qırmışdır. Zalım günahkarlar isə sanki imanla ölmək üzərə Allahdan vəd almışlar. «Və ya hökm edib istədiklərinizin sizin olacağına dair Bizdən Qiyamət gününədək davam edəcək əhd almısınız. (Ya Peyğəmbər!) Onlardan soruş ki, hansı biri buna zamindir?». (Nun 39-40). Şair deyir ki: «Ey etdiyi günahlarla arxayınçılıq içində olan kimsə, yoxsa sənə imzalanmış bir vəd mi verilmişdi? Arxayınçılığı və havanı bir yerdə cəm etdin. Halbuki bunlardan biri insanı həlak edər. Yaxşılar qorxu yollarında yeridilər. Sən isə heç bu yollara girmədin. Ağılsızlığından əkin zamanı heç toxum əkmədin. İnsanlar yığım zamanı sən nə yığacaqsan? Əlində tutduğun yaxında tərk edəcəyin həyatdır, əbədi olan həyatı isə tərk etdin. Allah xatirinə itirən kimdir, Sənmi?».
48. Günahlar qəlbi kor edir və onun bəsirətini zəiflədir. Əgər onun qəlbi zəifləyərsə artıq o, kimsə hidayət yolunu bilməyi və həmçinin də bu hidayəti öz nəfsində tətbiq etmək qüvvəsini itirər. Həmçinin başqasında da bunu həyata keçirə bilməz. Çünkü insanın kamilliyi iki əsas üzərindədir. 1) Haqqı batildən ayırd etmək. 2) Haqqı batildən üstün tutmaq. Dünya və axirətdə insanların Allaha qatında dərəcələrinin müxtəlif olması da bu iki şeyin müxtəlifliyinə görədir. Bu iki şeyə görə Allah öz Peyğəmbərlərini tərif etmişdir. «Bəsirət və qüvvət sahibi olan bəndələrimiz İbrahimi, İshaqı və Yəqubu da yad et! Biz axirət yurdunu anmaq xislətini onlara məxsus elədik». (Sad 45-46). Ayədə keçən ƏYDİ - haqqı kamil surətdə dərk edən və yerinə yetirən, ƏBSAR – isə dindəki bəsirətdir. Beləcə Allah onları haqqı kamil surətdə dərk edən və yerinə yetirən kimi vəsf etmişdir. Bu məqamda insanlar dörd qismə ayrılırlar: 1. Haqqı bilib və onu həyata keçirməkdə gücləri olan kimsələr ən şərəfli insanlar sayılır. 2. Bunlar birinci qismin tam əksidir. Onların dində nə bəsirəti vardır, nə də haqqı yerinə yetirmək gücləri. Bunlar insanların çox hissəsini təşkil edərlər. Onları görmək bir maneçilik, qəlbləri xəstələndirir, yurdları daraldır, qiymətləri qaldırırlar və onlarla söhbətdən insana yalnız ar və biabırçılıqdan başqa bir şey qazandırmaz. 3. Bunlar bəsirəti olan və hidayəti bilən kimsələrdir. Lakin haqqı tətbiq etmək və ona çağırmaqda zəif olan qüvvətsiz kimsələrdir. Bu da zəif möminin halıdır. Güclü mömin isə ondan daha xeyirli və Allaha sevimlidir. 4. Onların gücü və himməsi vardır. Lakin dində olan bəsirəti zəifdir. Onlar Allah dostları ilə şeytanın dotlarını bir-birindən ayrıd edə bilməzlər. Əksinə hər bir qaraltını xurma, hər bir bəyazı isə yağ hesab edir və hər bir mənfətli dərmanı da zəhər hesab edirlər. Bu siniflərdən dində imamlığa yararlı yalnız birinci qism olanlardır. «Səbr etdikləri və ayələrimizə ürəkdən inandıqları üçün Biz onlardan əmrimizlə (insanlara) haqq yolu göstərən rəhbərlər təyin etmişdik». (əs-Səcdə 24). Dində imamlıq yalnız səbr və yəqinliklə əldə edilir. Allah xüsrana düşənlərin içindən onları istisna etmişdir. Bütün insanlar uduzmaqdadırlar bu kimsələrdən başqa. «And olsun axşam çağına ki, insan ziyan içindədir. Yalnız iman gətirib yaxşı əməllər edən, bir-birinə haqqı tövsiyə edən və səbri tövsiyə edən kimsələrdən başqa!». (əl-Əsr 1-3).
İnsanlar haqqı bilib haqq üzərində səbr etmələri yetərli deyildir bir-birilərinə səbri tövsiyə etmədikcə, bir-birilərini haqqa təşviq etmədikcə ziyandan qurtulmayacaqlarını bildirmişdir.
Başa salındığı kimi güc və bəsirət sahibi olanlardan başqa hər kəs ziyana uğrayanlardandır. Məlumdur ki, günahlar və üsyanlar qəlbin bəsirətini kor edir. Qəlb kor olduqda isə haqqı olduğu kimi dərk edib qavraya bilməz. Onun gücü və qüvvəsi zəiflələdiyinə görə haqqa qarşı səbr də göstərməz. Günahlar qəlbdə elə duyğular yaradır ki, onun idrakına təsir etdiyi kimi yaşamasına. Gedişatına da təsir edir. Artıq belə bir qəlb haqqı batil, batili isə haqq, yaxşını pis, pisi isə yaxşı kimi tanıyıb qəbul edər. Atrıq belə bir qəlbin gedişatı tərsinə dönər. Artıq Allaha, axirət diyarına olan səfərindən batil nəfslərin yerləşdiyi yerə səfər edər. O, nəfslər ki, dünya həyatı ilə razı qalmış, onunla arxayınçılıq tapmış, Allahın ayələrinə qafil qalmış və Allah ilə görüşməyə hazırlığı tərk etmişlər. Əgər günahların bundan başqa bir cəzası olmasaydı insanın günahları tərk etməsinə bu kifayət edərdi. Kömək istənilən Allahdır.
İtaət qəlbi nurlandırır, təmizləyir, gücləndirir və sabitləşdirir. Hətta açıq, saf, nur kimi parlayan güzgü kimi olur. Şeytan belə bir qəlbə yaxınlaşdıqda nuru onu vurur. Necə ki, qalxan şeytanları ulduzlar vurduğu kimi. Şeytan bu qəlbdən qurdun aslandan qorxduğundan daha çox qorxar. Hətta belə bir qəlbin sahibi şeytanı üzü qoylu yerə səriləcək şəkildə elə vurur ki, şeytanlar yerə yıxılan bu şeytanın başına toplanaraq: «Buna nə olmuşdur?» deyə soruşduqda: «Bunu bir insan vurmuşdur» deyərlər. Şair deyir: «Nə qəribədir hur ilə nurun baxışı, nuru ilə yandıracaq şeytanı».
Belə bir qəlb ilə hər tərəfi zülmət içində olan, şeytanın vətəni, özünə məskən saydığı bir qəlb eyni ola bilərmi. O, qəlb ki, şeytan artıq oranı öz vətəni etmişdir. Belə bir qəlb hər səhərə çıxdıqda şeytan: «Nə dünyada, nə də axirətdə ayrılmayan yoldaşa canım qurban» deyər. Şair deyir: «Dunyadan sonra həşirdə yoldaşınam sənin, sən hər yerdə yoldaşımsan mənim. Əgər bədbəxtlik yurdundayamsa mən, birlikdə zillət içindəyik». «Hər kəs Rəhmanın zikrindən boyun qaçırsa Biz ona şeytanı urcah edərik və o şeytanın yaxın dostu olar. Şeytanlar onları doğru yoldan çıxardar, onlar isə özlərinin haqq yolda olduqlarını güman edərlər. Nəhayət o, hüzurumuza gəldikdə belə deyər: Kaş ki, mənimlə sənin aranda şərqlə qərb arasındakı məsafə qədər uzaqlıq olaydı. Sən nə pis yoldaş imişsən! Bu gün (peşmançılığınız) sizə heç bir fayda verməz. Siz birlikdə zülm etdiyinizə görə əzaba da ortaqsınız». (əz-Zuxruf 36-39).
Onun zikri Peyğəmbərinə nazil etdiyi kitabdadır, ona qarşı kor davranan, ondan üz çevirən, korluq edən, onu başa düşməkdə, düşünməkdə Allah belə edənə kitabından üz çevirməsinin cəzası olaraq bir şeytan göndərərək ona yoldaş edəcəyini xəbər vermişdir. Bu şeytan artıq o, kimsənin ayrılmaz bir yoldaşı olar. Oturduqda da, durduqda da onun yanından heç ayrılmaz. Artıq şeytan onun dostu və həmdəmi olmuşdur ki, o nə pis dost və həmdəmdir. Bu şeytan o, kimsəni Allaha, Cənnətə aparan yoldan sapdırar. O, azmış kimsə elə zənn edər ki, doğru yoldadır. Qiyamət günü gəldikdə onlardan biri digərinə deyər: «Kaş ki, mənimlə sənin aranda şərqlə qərb arasındakı məsafə qədər uzaqlıq olaydı. Sən nə pis yoldaş imişsən!». Sən dünyada da mənim dostumdan və mənə gələn hidayətdən məni sən sapdırdın. Məni haqdan uzaqlaşdırıb azdırdın. Nəhayət həlak oldum. Sən mənə bu gün də nə qədər pis bir yoldaşsan.
Başı bəlaya girən eyni bəlaya uğrayan birisini gördükdə bu ona təsəlli olur və bir növ ağrıları yüngülləşir. Allah əzabda ortaq olanlar üçün belə bir şeyin də olmayacağını xəbər verir ki, yoldaş digər yoldaşının əzabından ən yüngül bir rahatlıq da hiss etməyəcəkdir. Hər nə qədər dünyada dərdli (insanlar) bir-birilərinə təsəlli olsalar da burada belə deyildir. «Siz birlikdə zülm etdiyinizə görə əzaba da ortaqsınız». (əz-Zuxruf 36-39).
49. Günahlar insanın düşməni üçün bir yardımdır. Günahlar düşmənə kömək edir ki, özünə qarşı vuruşsun. Allah qulunu ondan ayrılmaz bir düşmənlə imtahana çəkib. İnsandan bir göz qırpımı belə ayrılmayan düşmən. Elə bir düşmən ki, insan yatsa da yatmayan, insan ona qarşı qafil olsa da, ondan qafil olmayan, tayfası insanı insanın görməyəcəyi yerdən görən və insana hər cür pisliyi, hiyləni etmək üçün bütün gücünü səfərbər edən, insana qarşı həm öz cinsi olan insan şeytanlardan, həm də cin şeytanlardan yardım alan bir düşməndir. Artıq bu düşmən insan üçün tələlər və hiylələr qurmuşdur. Bu tələ və hiylələr hər cür fəlakətləri gətirmişdir. Bu düşmən yoldaşlarına demişdir: «Siz baxın, diqqət yetirin bu düşməninizə. Atanızın (İblisin) düşməninə. Onu qaçırmayın. Elə etməyin ki, onun payı Cənnət olsun, sizin payınız isə Cəhənnəm, onun payı rəhmət, sizin payınız isə lənət olsun. Artıq siz bildiniz ki, bizim başımıza gələn bu rüsvayçılıq, lənət, Allahın rəhmətindən uzaqlaşmaq onun səbəbilədir. Elə isə bu bəlada sizə şərik olsunlar deyə əlinizdən gələni edinÇünkü onların salehlərini bunda şərik edə bilmədiyim izə görə Cənnətlik oldular.
Artıq bu kimi şeyləri Allah – subhənəhu və təalə – bizə bildirmişdir ki, sizin ən qəddar düşməniniz şeytandır və həmçinin də bizə əmr edib ki, ona qarşı hər cür hazırlığımızı görək. Allah insana düşməninə qarşı əskərlərlə və orduyla yardım etdiyi kimi, düşməninə də insanlara qarşı əskərlərlə və orduyla yardım etmişdir. Buna görə də bu cihad insanla şeytan arasında ölənə qədər davam edəcəkdir. Allah bunun üçün möminlərin canlarını və mallarını Cənnət müqabilində satın almışdır. «Allah şübhəsiz ki, Allah yolunda vuruşub öldürən və öldürülən möminlərin canlarını və mallarını Tövratda, İncildə və Quranda haqq olaraq vəd edilmiş Cənnət müqabilində satın almışdır. Allahdan daha çox əhdə vəfa edən kimdir? Etdiyiniz sövdəyə görə sevinin. Bu ən böyük qurtuluş və uğurdur!». (ət-Tövbə 111). Möminlər Allah yolunda vuruşaraq həm ölür, həm də öldürülürlər. Allah bunun ən şərəfli kitabları olan Tövrat, İncil və Quranda güclü bir vədlə vəd vermişdir. Sonra da vədinə Özündən daha sadiq keç bir kimsənin olmadığını da xəbər vermişdir. Sonra onlara əmr etmişdir ki, bu ticarətlə sevinsinlər. Kim də Allah yolunda vuruşmağın dəyərini bilmək istəyirsə bunu alana baxsın. Bunu alan da Allah – subhənəhu və təalə – dir. Allahın bu mala verdiyi qiymətə baxsın ki, bu malın qiyməti Cənnətdir. Bu saziş də kimin əli ilə bağlandığına baxsın. Bu da Peyğəmbər – sallallahu aleyhi və səlləm – dir. Bundan da daha böyük bir qazanc və bundan daha böyük bir ticarət ola bilərmi? «Ey iman gətirənlər! Sizə elə bir ticarət göstərimmi ki, o sizi şiddətli əzabdan xilas etsin? Allah və Onun Peyğəmbərinə iman gətirəsiniz. Allah yolunda malınız və canınızla vuruşarsınız. Bilsəniz bu sizə nə qədər xeyirlidir. (Əgər belə etsəniz) O, sizin günahlarınızı bağışlayar və sizi (ağacları) altından çaylar axan Cənnətlərə Ədn Cənnətindəki gözəl saraylara daxil edər. Bu ən böyük qurtuluş və uğurdur. (Sizi hələ) sevdiyiniz başqa bir nemət də – Allah dərgahından kömək və yaxın qələbə gözləyir. Möminlərə müjdə ver». (əs-Səff 10-13).
Allahın yaratdıqları arasında ən çox sevdiyi mömin quluna bu düşməni yollaması sadəcə cihadın Allah qatında ən çox sevilən əməl olması, mucahidlərin Onun qatında məxluqatın ən yüksək dərəcələri olmaları və Ona ən yaxın kişilər olmasına görədir. Allah bu döyüş bayrağını qullarını qurtarmaq üçün qaldırmışdı. İnsanda şeytana qarşı vuruşan qəlbdir. Təqva, ixlas, təvəkkülün yeri qəlbdir. Bu döyüşü Allah insana tapşırmış və onu yanından heç ayrılmayan mələklərdən ibarət olan ordularla dəstəkləmişdir. «İnsan üçün onu öndən və arxadan təqib edən mələklər vardır. Onlar insanı Allahın əmri ilə qoruyurlar». (ər-Rəd 11).
Bunlar onu təqib edərlər. Hər bir əskər getdikdə onun yerinə digəri gələr. Beləcə bir-birilərini təqib edərək onun ayağını xeyirdə sabitləşdirir və xeyrə təşviq edərlər. Ona Allahın ikramını xatırladaraq: Bu ancaq bir anlıq səbrdir. Ardıyca əbədi bir istirahətə çəkiləcəksən – deyərək səbrə təşviq edərlər.
Bunlardan başqa Allah öz vəhyi və kəlamı ilə insana şeytanla mübarizədə onu dəstəkləyərək Peyğəmbərini göndərmiş, kitablarını nazil etmişdir. Beləcə insanın qüvvəsinin üzərinə qüvvə, dəstəyinə dəstək və təchizatına təchizat əlavə olunmuşdur. Bundan əlavə insana vəziri və idarəçisi olan ağılı, nəsihət edici və mərifətlə, sabit edən, dəstəkləyən və yardımçı olan imanla, ona hər bir işin həqiqətini bəyan edən yəqinliklə də dəstəkləmişdir. Elə bil ki, insan Allahın düşmənləri ilə cihad edən dostlarına və tərəfdarlarına vəd etdiyi şeyləri gözləriylə görür kimi olur. AĞIL – insanın ordusunun işlərini səhmana salar. MƏRİFƏT – insan üçün döyüş işlərini səhmana salar. İMAN – insanı sabit, güclü və səbrli edər. YƏQİN – insanı düşməninə yönəldərək doğru döyüş səmtini seçməsində köməklik edər. Bunlardan başqa Allah bu döyüşü aparanları zahiri və batini güclərlə də dəstəkləmişdi. İnsanın gözünü kəşfiyatçı, qulağını xəbər çatdıran, dilini tərcüməçi, əllərini və ayaqlarını isə köməkçilər etmişdir. Mələklərini və ərşi daşıyanları da insan üçün məğfirət diləyən, onu pisliklərdən qoruyaraq Cənnətinə qoyması üçün dua edənlər etmişdir. «Ərşi daşıyanlar və onun ətrafında olanlar (mələklər) öz Rəbbini həmd-səna ilə təqdis edir, Ona inanır və möminlərin bağışlanmasını diləyərək belə deyirlər: «Ey Rəbbimiz! Sənin rəhmin və elmin hər şeyi ehtiva etmişdir. Artıq tövbə edib Sənin yolunla gedənləri bağışla, onları Cəhənnəm əzabından qoru. Ey Rəbbimiz! Onları da, atalarından, zövcələrindən və nəsillərindən əməlisaleh olanları da özlərinə vəd buyurduğun Ədn cənnətlərinə daxil et. Şübhəsiz ki, sən yenilməz qüvvət və hikmət sahibisən. Onları pisliklərdən qoru. O, gün (Qiyamət günü) pisliklərdən kimi qorusan, şübhəsiz ki, ona rəhm etmiş olursan. Ən böyük uğur və qurtuluş budur». (əl-Mumin 7-9). Həmçinin də onları qorumaq Allah öz üzərinə götürmüşdür. «Onlar mütləq qalib gələcəklər. Bizim əsgərlərimiz labüd olaraq (kafirlərə) zəfər çalacaqlar». (əs-Saffət 172,173).
Həmçinin Allah cihadın necə olacağını qullarına öyrədmiş və bunu dörd kəlimədə toplayaraq buyurmuşdu: «Ey iman gətirənlər! Səbr edin, dözün, hazır olun və Allahdan qorxun ki, bəlkə nicat tapasınız». (Ali İmran 200). Cihad yalnız bu dörd şeylə tamamlana bilər. Səbr etmək, dözmək, keşikdə durmaq və Allahdan qorxmaq (Təqva). Səbr ancaq düşmənə qarşı dirənmək, onunla üzbəüz dayanmaq, geri bir addım da belə çəkinməməklə əldə olunur. Bu halda olan insanın keşikdə durmağa ehtiyacı vardır. Düşmənin girməsi ehtimalı olan qəlbin və əzaların başında durub keşik çəkməli: Göz, qulaq, dil, əl və ayaq kimi düşmənin hücum edə biləcəyi postların başında durmalıdır. Düşmənin də əsas girdiyi yerlər bu postlardır. Düşmən bu postlardan girərək ifsad və fəsad törədərək bədən ölkəsini yıxar. Elə isə bu postlardan ayrılmamaq, onları boş buraxmamaq və düşmənin içəri sızmasına fürsət verməmək üçün əsla boş buraxmamaq lazımdır.
Peyğəmbərdən sonra şeytandan ən çox qorunan səhabələr idi ki, onlar da Uhud döyüşündə qorumaqları olduqları postları tərk edtdikləri üçün düşmən ora girərək fəsad və ifsad törətdi.
Bu üç şey və onların ayaq üstə dura bilmə dirəkləri təqvadır. Allahdan qorxmaq. Təqvasız nə səbr, nə keşik çəkmək, nə də dözmək olar. Təqva da ancaq səbrlə ayaqda durar.
Dostları ilə paylaş: |