1) Riba yeyən, verən, yazan və iki şahid: İbn Məsud - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah riba yeyəni, verəni də lənət etsin. Dəllala və iki şahidədə»133. 2) Rüşvət alan və verən: (Abdullah b. Amr) Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah lənət edib rüşvət alana da, verənə də»134. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Məhkəmədə rüşvət alan və rüşvət verənə Allah lənət etsin»135. 3) Oğruluq edənə: Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Yumurta oğurladıqda və ip oğurladıqda əli kəsilən oğruya Allah lənət etsin»136. 4) Allahdan qeyrisinə qurban kəsənə: Amir b. Vəsilə - radıyallahu anhu – deyir ki: «Bir dəfə mən Əli b. Əbu Talib - radıyallahu anhu – nun yanında idim. Bir kişi onun yanına gələrək soruşdu: «Peyğəmbər – sallallahu aleyhi və səlləm – sənə sirr olaraq bir heç nə deməyib?». Əli - radıyallahu anhu – qəzəblənərək dedi: «Peyğəmbər – sallallahu aleyhi və səlləm – gizli olaraq mənə heç bir şey deməyib. Yalnız bu dörd şeydən başqa». Kişi: «Ey əmirəlmöminin onlar nədir?» deyə soruşdu. Əli: «Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allahdan qeyrisinə qurban kəsənə Allah lənət etsin»137. 5) Valideyinləri lənətləyənə: Əli - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – mənə dörd şeyi buyurdu: «Allah lənət etsin valideyinlərini lənətləyənə»138. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Valideynləri təhqir etmək ən böyük günahlardandır (Başqa rəvayətdə lənətləmək)». Səhabələr: «Ya Rəsulullah! Məgər insan öz valideynlərini təhqir edə bilərmi?» deyə soruşdular. Peyğəmbər: «Bu onun valideynlərini təhqir edir, o da qayıdaraq onun valideynlərini təhqir edir» deyə buyurdu139. 6) Yenilik edənə (bidətçiyə) sığınacaq verənə: Əli - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – mənə dörd şeyi buyurdu: «Allah lənət etsin yenilik edib dinini dəyişən (bidətçiyə, cinayətkara) sığınacaq verənə»140. 7) Yerin əlamətlərini dəyişənə (torpaq sərhədlərini): Əli - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – mənə dörd şeyi buyurdu: «Allah lənət etsin ərazilərin sərhədlərini dəyişdirən kimsəyə»141. 8) Bir-birinə bənzəmək istəyən kişi və qadınlara: İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – lənət edib kişiyə bənzər qadınlara və qadınlara bənzər kişilərə (və ya bir-birilərinə oxşamaq istəyənlərə)»142. 9) Bir-birinə geyimdə bənzəmək istəyən kişi və qadınlara: Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah lənət edib qadın paltarı geyinən kişilərə və kişi paltarı geyinən qadınlara»143. 10) Homoseksualizim: İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah Lut qövmünün əməli ilə məşğul olanlara lənət etasin (bu kəliməni üç dəfə təkrar etdi)»144. 11) Qəbirləri ziyarət edən qadınlar: (Əbu Hureyrə) İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah lənət edib qəbirləri tez-tez ziyarət edən qadınlara»145. 12) Qəbirlərin üstündə şam yandıran və orada məscid tikənlərə: İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah lənət edib qəbirlərin üstündə şam yandıran və məscid tikənlərə»146. 13) Qadının ərinə olan itaətsizliyi: Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Ər öz yoldaşını yatağa dəvət etdiyi halda qadın itaətsizlik edib gəlməzsə və əri bu (hala görə) qəzəbli yatarsa mələklər səhərə qədər o, qadını lənətlyərlər (Başqa rəvayətdə: Qadın yatağa qayıdana qədər)»147. 14) Müsəlmanın üstünə iti bir şey qaldırmaq: Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim bir müsəlman qardaşını (qorxutmaq niyyətilə) dəmir silah ilə işarə edərsə doğma qardaşı da olasa belə silahı əlindən buraxana qədər Allahın mələkləri ona lənət edərlər»148. 15) Döymə vuran və vurduran: İbn Məsud - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah lənət edib döymə vuranları və vurduranları»149. 16) Qaşlarını alanları: İbn Məsud - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah lənət edib qaşlarını didənləri»150. 17) Qadına arxadan yaxınlaşanları: Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qadınla arxadan əlaqədə olan lənətlənmişdir»151. 18) Dişləri seyrədənləri: İbn Məsud - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah lənət edib dişlərini seyrədənləri»152. 19) İki lənət gətirən: Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «İki lənət gətirən şeydən çəkinin». Səhabələr: «Ya Rəsulullah! Nədir o, iki şey?» deyə soruşdular. Peyğəmbər: «İnsanların gəlib-getdiyi (yolun üstündə) və dincəlmək üçün kölgələndikləri yerdə ehtiyacı ödəmək»153. 20) Şivən qoparan qadınlara: Əbu Usamə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah lənət edib üzünü və paltarını cıran və şivən qopararaq ağlayan qadınlara»154. 21) Səhabələri söyən: Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Mənim səhabələrimi söyənə Allahın, mələklərinin və bütün insanların lənəti çatar»155. 22) Qəbirləri qarət edənlərə: Aişə - radıyallahu anhə – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah lənət etsin qəbirləri qarət edən kişi və qadınlara»156. 23) Heyvanlara oxşamaq istəyənləri: İbn Ömər - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah lənət edib heyvanlara oxşamaq istəyənləri»157. 24) Heyvanları vurmaq: Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah lənət edib heyvanların üzlərinə vuranları və üzlərinə damğa qoyanları»158. 25) Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah lənət edib ərindən ayrılmış qadını öz ərinə qayıtmasını halal görənə və həmçinin də bu işi gördürənə»159. 26) İçki içənləri: Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah lənət edib içki içəni, süzəni, satanı, alanı, sıxanı, qarışdıranı, paylayanı, saxlayanı və ondan gələn gəliri xərcləyəni»160. 27) Surət çəkənlərə: Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah lənət edib surət çəkənlərə»161. 28) Canlı olan bir şeyi hədəf edənləri: İbn Ömər - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah lənət edib canlı olan bir şeyi hədəfə alanı»162. 29) Sala düzəldənlərə: Ömər - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah lənət edib Yəhudilərə hansı ki, onlar ölmüş heyvan yağları haram olunmasına baxmayaraq onları əritdilər və satardılar»163. Peyğəmbər – sallallahu aleyhi və səlləm –buyurdu: «Əgər Allah insanlara bir şeyi yeməyi haram edirsə, bununla yanaşı ondan gələn gəliri xərcləməyi də qadağan edir»164. 30) Dünya lənətlənmişdir: Əbu Hureyrə - radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Dünya lənətlənmişdir. İçində olan hər bir şeydə lənətlənmişdir. Yalnız (elm) öyrənən və öyrədəndən başqa»165. 31) Parik taxanlara: Aişə - radıyallahu anhu – rəvayət edir ki, cavan bir qadın ərə getdikdən sonra xəstələnir və bu xəstəlik nəticəsində saçları tökülür. İnsanlar da onun üçün parik düzəltməyi qərara alırlar və bu haqda Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən soruşurlar. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah parik taxana da, taxdırana da lənət etsin»166. 32) Ədalətsiz əmr: Əbu Burza - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Xəlifəlik Qureyşdən olmalıdır. Onlardan rəhm istənildikdə onlar mərhəmətli olmalıdırlar. Vəd verdikləri zaman vədlərini yerinə yetirməlidirlər. Hökm oxuduqda ədalətli olmalıdırlar. Əgər kimsə bu cür hərəkət etməzsə onun üzərinə Allahın, mələklərin və bütün insanların lənəti yağar»167. 33) Koru yolundan azdıranlara: İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Koru yolundan azdıran adama Allah lənət etsin»168. 34) Huzeyfə b. Yəmən - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – halqaların (məclislərin) ortasında əyləşənləri lənətliyib»169. 35) Atasından başqasına nisbət edilənləri: Əli - radıyallahu anhu – rəvayət edir ki: «Bizdə Allahın Kitabı və (əlimdə) olan bu səhifədən başqa bir şey yoxdur. Səhifənin içində Peyğəmbər – sallallahu aleyhi və səlləm – belə buyurduğu yazılmışdır: «…Hər kim atasından başqasına nisbət edərsə özünü artıq Allahın, mələklərin və bütün insanların lənəti onun üzərinə olar və ondan nə fərz, nə də nafilə qəbul olunar»170. 36) Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «İki səs həm bu dünyada, həm də axirətdə lənətlənmişdir. Tütək səsi – sevinc günündə və bir də müsibət anında şivən qopararaq ağlamaq»171. 37) Peyğəmbər – sallallahu aleyhi və səlləm – başlarını (daz) qırxanları və bir də şivən qopardaraq paltarlarını cıranları lənətləmişdir»172. 38) Peyğəmbər – sallallahu aleyhi və səlləm – ərinə qarşı yoldaşını, ağasına qarşı köləsini qızışdıraraq çıxardana lənət etmişdir»173.
21. Allah – subhənəhu və təalə – nin lənət etdikləri: Allah yer üzərində fitnə-fəsad törədənləri və qohumluq əlaqələrini kəsənləri, Peyğəmbərlərə əziyyət verənləri lənətləyib. «Əgər üz döndərsəniz, sizdən yer üzündə fitnə-fəsad törətmək və qohumluq tellərini qırmaq gözlənilməzmi? Onlar Allahın lənət elədiyi kar və gözlərini kor etdiyi kimsələrdir. Onlar Quran barəsində düşünməzlərmi? Yoxsa ürəklərinə kilid vurulmuşdur». (Muhəmməd 22-24). Allah öz kitabında nazil etdiyi ayələri gizlədənləri, doğru yolu gizlədənləri lənətləyib: Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki: «Allahın bu iki ayəsi olmasaydı mən heç bir hədis rəvayət etməzdim: «Allah kitab əhlindən siz onu gizlətməyib insanlar üçün aydınlaşdırmalısınız deyə əhd aldığı zaman onlar bu əhdə arxa çevirdilər». (Ali İmran 187). «Kitabda insanlara aşkar etdiyimiz dəlillərdən sonra göndərdiyimiz nişanələri və doğru yol göstərən ayələrimizi gizlədən şəxslər Allahın lənətinə düçar olar və bütün lənət edə bilənlər də lənət oxuyar». (əl-Bəqərə 159)»174. İsmətli və xəbəri olmayan mömin qadınları fahişəlikdə ittiham edənləri lənətləyib. «Zinadan xəbəri olmayan namuslu, ismətli mömin qadınları zinada ittiham edənlər dünyada və axirətdə lənətə düçar olarlar. Onları (Qiyamət günü) çox böyük bir əzab gözləyir». (ən-Nur 23). Kafirlərin yolunu müsəlmanların yolundan doğru hesab edənləri lənətləyib. Bu lənətin olması insanın bu günahları tərk etməsinə kifayətdir. «(Ya Muhəmməd!) Kitabdan özlərinə az bir şey verilənləri görmürsənmi? Onlar Cibt və Tağuta inanır və kafirlər üçün də: Bunlar möminlərdən daha doğru yoldadırlar – deyirlər. Onlar Allahın lənət etdiyi şəxslərdir. Allahın lənət etdiyi şəxsə isə heç bir kömək edən tapa bilməzsən». (ən-Nisa 51-52). «Allaha iftira yaxandan daha zalim kim ola bilər? Onlar Allahın hüzuruna gətirilər şahidlər belə deyərlər: Bunlar Rəbbi barəsində yalan söyləyənlərdir!». Bilin ki, zalimlər Allahın lənətinə gələcəklər!». (Hud 18). «Cənnət əhli Cəhənnəm əhlinə müraciət edib: Biz Rəbbimizin bizə vəd etdiyini haqq olaraq gördük. Siz də Rəbbinizin sizə vəd etdiyini (Cəhənnəm əzabını) gerçək olaraq gördünüzmü? Deyə soruşacaqlar. Onlar: Bəli – deyə cavab verəcəklər. Elə bu zaman onların arasından bir carçı: Allah zalimlərə lənət eləsin! Deyə səslənəcək». (əl-Əraf 44).
22. Günahlar Mələklərin və Peyğəmbər – sallallahu aleyhi və səlləm –in duasından məhrum olmağa səbəbdir. Allah – subhənəhu və təalə – Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə mömin kişi və qadınlar üçün istiğfar (bağışlanma) diləməyi əmr etmişdir. «(Ya Muhəmməd!) Bil ki, Allahdan başqa heç bir ilah yoxdur. (Ondan) həm öz günahlarının, həm də mömin kişi və qadınların günahlarının bağışlanmasını dilə». (Məhəmməd 19). Mələklərin duası: «Ərşi daşıyanlar və onun ətrafında olanlar (mələklər) öz Rəbbini həmd-səna ilə təqdis edir, Ona inanır və möminlərin bağışlanmasını diləyərək belə deyirlər: «Ey Rəbbimiz! Sənin rəhmin və elmin hər şeyi ehtiva etmişdir. Artıq tövbə edib Sənin yolunla gedənləri bağışla, onları Cəhənnəm əzabından qoru. Ey Rəbbimiz! Onları da, atalarından, zövcələrindən və nəsillərindən əməlisaleh olanları da özlərinə vəd buyurduğun Ədn cənnətlərinə daxil et. Şübhəsiz ki, sən yenilməz qüvvət və hikmət sahibisən. Onları pisliklərdən qoru. O, gün (Qiyamət günü) pisliklərdən kimi qorusan, şübhəsiz ki, ona rəhm etmiş olursan. Ən böyük uğur və qurtuluş budur». (əl-Mumin 7-9). Bu da mələklərin möminlər üçün etdiyi duadır. Quran və Sünnəyə tabe olan və bu ikisindən başqa bir yol tanımayan möminlər üçün etdikləri duadır.
23. Günahlar Bərzəxdə cəzalara səbəbdir. Bu günahlar eyni şəkildə sahiblərini qəbirdə də tapır və onların oradakı həyatlarını da zəhərliyirlər. Onlardan qaçıb bir sığınacaq da tapa bilməzlər. Əgər dünyada ikən o, günahlardan qaçaraq Allaha sığınsaydılar, qəbirdə də o, əzabları görməkdən canlarını qurtarardılar. «Nəhayət müşriklərdən birinin ölümü gəlib çatdığı zaman o, belə deyər: Pərvərdigara! Məni geri dünyaya qaytar. Bəlkə zay etdiyim ömrün müqabilində yaxşı bir iş görüm! Xeyr, bu onun dediyi boş, faydasız bir sözdür. Onların önündə dirilib duracaqları günə qədər maneə (bərzəx) vardır». (əl-Muminun 99-100). Mucahid – rahmətullahi aleyhi – deyir ki: «Bərzəx – ölümlə dünyaya dönmək arasında olan bir əngəldir (Bərzəx – ölümlə yenidən dirilmə arasında keçən zamandır)». Həsənul Bəsri – rahmətullahi aleyhi – deyir ki: «Bərzəx – sizinlə axirət arasında duran bu qəbirlərdir». Ata b. Xorasani – rahmətullahi aleyhi – deyir ki: «Bərzəx – dünya ilə axirət həyatı arasında keçən bir müddətdir». Şabii – rahmətullahi aleyhi – dən soruşulanda ki: «Filankəs öldü». O: «O, nə dünyadadır, nə də axirətdə. O, Bərzəxdədir (Axirət əhlindən deyil, bərzəx əhlindən oldu)»175. İbn Qeyyim – rahmətullahi aleyhi – deyir ki: «Qəbirlərin çölü torpaq, içi isə peşmançılıqlar və əzabdır, çölü torpaq və naxışlı daşlarla döşənmişdir, lakin içi fəlakət və bəlalarla doludur». Səmura b. Cundəb - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – sübh namazını qıldıqdan sonra hər dəfə səhabələrdən soruşardı: «Sizdən yuxu görən varmı?» Görən öz yuxusunu Allahın izni ilə ona danışardı. Bir gün səhər o, bizə buyurdu: «Həqiqətən bu gecə mənim yanıma iki nəfər gəldi və mənim onlarla getməyimi xahiş etdilər. Mən də onlarla getdim. (Bir müddətdən sonra) uzanmış bir adamın yanına çatdıq. Bir də baxdıq ki, bir başqası əlində olan bir daş parçası ilə uzanan adamın üstündə dayanıb, əlində olan daşı uzanan adamın başına vuraraq başını yarır. Daş yuvarlanıb kənara düşür. Həmin adam gedib daşı götürüb yerinə qayıdıncaya qədər uzananın başı əvvəlki (ilk) vəziyyətini alır. Sonra o, yenidən birinci dəfə etdiyini təkrarlayır. Mən: «Subhənəllah! Bunlar kimlərdir?» dedim. Onlar: «Gedək! Gedək!» dedilər. Biz yolumuza davam edərək (bir müddətdən sonra) üzü üstə uzanmış bir adamın yanına çatdıq. Onun üstündə əlində dəmir qarmaq olan bir nəfər (dəmir qarmağı) üzü üstə uzanan adamın ağzına, burnuna və gözünün bir hissəsinə keçirərək boynunun ardına kimi cırırdı. Sonra üzünün o biri tərəfinə keçib oranı da boynunun ardına kimi cırdıqda digər tərəf əvvəlki vəziyyətini alır və o, birinci dəfə etdiyini yenidən təkrarlayırdı. Mən: «Subhənəllah! Bunlar kimlərdir?» dedim. Onlar: «Gedək! Gedək!» dedilər. Biz yolumuza davam edərək (bir müddətdən sonra) təndirə oxşar bir yerə gəldik. (Ravi deyir: «Zənn edirəm ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu:) Oradan uğultulu və dəhşətli səslər gəlirdi. Biz içəri baxdıqda orada lüt kişi və qadınlar gördük. Aşağıdan atəş onlara yaxınlaşdıqca onlar bağırırdılar. Mən: «Subhənəllah! Bunlar kimlərdir?» dedim. Onlar: «Gedək! Gedək!» dedilər. Biz yolumuza davam edərək (bir müddətdən sonra) bir gölün yanına çatdıq. (Ravi deyir: «Zənn edirəm ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm - gölün suyunun qan rəngində olduğunu buyurdu). Baxdıq ki, göldə bir nəfər üzür. Sahildə isə biri yanında bir topa daş ilə dayanıb. Üzən adam üzə bacardığı qədər üzdükdən sonra yanında daş topası olan adamın yanına gəlib ağzını açar. O, da daşları onun ağzına atardı. O, hər dəfə üzüb onun yanına gəldikdə ağzını açar o, da daşları onun ağzına atardı. Mən: «Subhənəllah! Bunlar kimlərdir?» dedim. Onlar: «Gedək! Gedək!» dedilər. Biz yolumuza davam edərək (bir müddətdən sonra) çox iyrənc və çirkin bir adamın yanına gəldik (sən gördüyün çirkin adamların ən çirkini). Atəşi alovlandırır və ətrafında fırlanırdı. Mən: «Bu nədir?» deyə soruşdum. Onlar: «Gedək! Gedək!» dedilər. Biz yolumuza davam edərək (bir müddətdən sonra) içində hər növ çiçəyin olduğu, sıx və uzun ağaçlarla dolu bir baxçaya çatdıq. Baxçanın ortasında başı göyə doğru uzanan, başını görmədiyim uzun boylu bir adam vardı. Adamın ətrafında daha əvvəl heç görmədiyim sayda çox uşaqlar vardı. Mən: «Bunlar kimlərdir?» deyə soruşdum. Onlar: «Gedək! Gedək!» dedilər. Biz yolumuza davam edərək (bir müddətdən sonra) böyük bir ağacın yanına çatdıq. Bundan əvvəl bundan daha böyük və gözəl ağac görməmişdim. Mənə «Ağaca qalx!» dedilər. Birlikdə o, ağaca qalxmağa başladıq. Nəhayət gəlib bir şəhərə çatdıq. Şəhər qızıl və gümüş kərpicdən tikilmişdi. Şəhərin qapılarına yaxınlaşdıq və açılmasını xahiş etdik. Qapı açıldı, şəhərə girdik. Bizi bir qrup insanlar qarşıladılar. Vücudlarının yarısı gördüklərinin ən gözəli qədər gözəl, digər yarısı isə gördüklərinin ən çirkini qədər çirkin idi. Mənimlə gələnlər: «Gedin, o, çaya girin!» dedilər. Onlar gedib çaya girdilər. Baxdım ki, bu şəhərin ortasından suyu düm ağ olan bir çay axır. Sonra onlar bizim yanımıza gəldilər. Çirkinlik onlardan getmiş və ən gözəl bir hala gəlmişlər. Mənimlə gələnlər mənə: «Bura CƏNNƏTUL-ADN (Ədn Cənnəti). Bu da sənin məqamındır» dedilər. Gözümü yuxarı qaldırdıqda düm ağ bulud kimi bir saray gördüm. Onlar: «Bura sənin evindir» dedilər. Mən də: «BƏRƏKƏLLAHU FİKƏ – Allah səni mübarək etsin! Mənə icazə verin ora girim?!» dedim. Onlar: «İndi yox. Lakin nə vaxtsa sən ora girəcəksən» dedilər. Mən onlara: «Bu gecə qəribə mənzərələr gördüm. Bu gördüyüm şeylər nədir?» dedim. Onlar: «İndi sənə onları başa salarıq» dedilər.
İlk gördüyün başı daşla yarılan insan Quran oxumağı öyrənmiş lakin onu tərk etmişdir (Quranı oxumaz və əməl etməzdi) və fərz namazlarına yatıb qalardı. Bu da onun Qiyamətə qədər görəcəyi qəbr əzabıdır. Ağzı, burnu və gözü boynunun ardına kimi cırılan insan isə səhər evindən çıxar-çıxmaz hər tərəfə yalan yayardı (yalan danışardı). Bu da onun Qiyamətə qədər görəcəyi əzabdır. Təndir içində gördüyün kişi və qadınlar isə zinakar kişi və qadınlardır. Bu da onların Qiyamətə qədər görəcəyi əzabdır. Göldə üzən insan isə faiz yeyəndir. Bu da onun Qiyamətə qədər görəcəyi əzabdır. Atəşi alovlandıran çirkin adam isə Cəhənnəmin gözətçisi Malikdir. Baxçada gördüyün uzun boylu adam İbrahim – əlehissəlam – dır. Ətrafındakı uşaqlar isə fitrət üzərində ölən uşaqlardır. (Başqa rəvayətdə – Fitrət üzrə doğulan uşaqlardır). Səhabələr: «Ya Rəsulullah! Orada müşriklərin də uşaqları vardır?» Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Bəli, müşriklərin uşaqları da»176. Vücudlarının yarısı gözəl və yarısı çirkin olan kimsələr isə yaxşı əməllər ilə pis əməllər etmiş (bərabər olan) kimsələrdir. Allah isə onları bağışlamışdır. Birinci girdiyin ev adi müsəlmanların evidir. Bu ev isə şəhidlərin evidir. Mən Cəbrail, bu isə Mikail – əleyhimussəllam – dır. Başqa rəvayətdə - Mənə: «Başını qaldır!» dedilər. Başımı qaldırdım. Bir də nə görsəm yaxşıdır. Üstümdə bulud kimi bir şey vardır. Mənə: «Bu sənin evindir» dedilər. Mən: «Buraxın ora girim» dedim. Onlar: «Sənin ömrün hələ tamamlanmayıb. Onu tamamladıqda ora girəcəksən» dedilər177.
24. Günahlar yer üzündə bir çox fitnə-fəsadın və pozulmaların səbəbidir həm suda, həm quruda, həm havada, həm əkində, həm meyvələrdə, həm də yaşayış yerlərində. «İnsanların öz əlləri ilə etdikləri pis əməllər üzündən suda (dənizdə) və quruda fəsad, pozuntu əmələ gələr (bəzi yerlərdə quraqlıq, qıtlıq olar, bəzilərində zərərli yağışlar yağar, zəlzələ baş verər, dənizlərdə gəmilər batar) ki, Allah onlara etdikləri bəzi günahların cəzasını daddırsın və bəlkə onlar qayıtsınlar». (ər-Rum 41). Mücahid – rahmətullahi aleyhi – deyir ki: «Əgər zalım insan başçı olarsa və zülm edərsə Allah buna görə yağışı saxlayar və buna görə əkin və nəsil həlak olar. Allah isə fəsadı sevməz» dedi və yuxarıda qeyd olunan ayəni oxudu. Sonra: «Vallahi bu ayələrdə sizin düşündüyünüz dənizdən söhbət getmir. Lakin hər bir çayın kənarında salınan kənd (şəhər) qəsd olunur». İkrimə – rahmətullahi aleyhi – deyir ki: «Suda (dənizdə) və quruda fəsad, pozuntu əmələ gələr – Mən filan dənizdir demirəm. Lakin su üzərində qurulmuş hər bir qəsəbədir deyirəm». Qatadə – rahmətullahi aleyhi – deyir ki: «Quru deyildikdə çöl əhli, dəniz deyildikdə isə kəndlər qəsd olunur». Allah – subhənəhu və təalə – Quranda şirin suyu dəniz adlandırıb. «İki dəniz eyni deyildir. Birinin suyu çox şirin, dadlı və içməyə rahat, digərinin isə həddindən artıq şor və acıdır…». (Fatir 12). Burada dəniz deyildikdə çaylar qəsd olunur. İbn Zeyd – rahmətullahi aleyhi – dyir ki: «Suda (dənizdə) və quruda fəsad, pozuntu əmələ gələr – Yəni fəsad günahlardır» demişdir.
O, fəsadın səbəbini günahlar saymışdır. Günahların zahir olması fəsadın səbəbidir. Onlar hər dəfə günah etdikdə Allah onlar üçün yeni bir cəzalar yaradır. Sələflər deyirlər ki: «Siz hər dəfə yeni günah etdikdə Allah yeni cəza göndərir». Görünür ki, Allah daha yaxşı bilir, fəsaddan məqsəd günahlar və günahların yol açdığı şeylərdir. Bu mənaya Allahın bu ayəsi: «Etdiklərinin bəzisini onlara daddırmaq üçün…» dəlildir. Bu da bizim halımız. Çünki Allah bizlərə etdiklərimizdən çox az bir hissəsini daddırır. Əgər bütün etdiklərimizi daddırsaydı yer üzündə bir canlı da belə qalmazdı.
25. Günahlar yer üzündə baş verən zəlzələlərin, yerin ayrılması, bərəkətin yerdən qalxmasına səbəbdir. «Əgər o, məmləkətlərin əhalisi iman gətirib (pis əməllərdən) çəkinsəydilər, sözsüz ki, onların başlarına göydən və yerdən bərəkət yağdırardıq (göyün və yerin bərəkət qapılarını onların üzünə açardıq). Lakin onlar (öz peyğəmbərlərini) yalançı hesab etdilər, Biz də onları qazandıqları günahlara görə məhv etdik». (əl-Əraf 96). Mucahid – rahmətullahi aleyhi – deyir ki: «Əgər hər hansı bir zalım yer üzərində zülümkarlıq edərsə Allah onun günahı ucundan yağışı saxlayar, meyvələr barını verməz, günahlar çoxaldıqca Allah da öz dərgahında əzabı çoxaldar. Günahların çoxalmasından günəşin tutulması, zəlzələlər və yer üzündən bərəkətin qalxması olur. Ömər - radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – hicrət vaxtı üzünü bizə çevirib buyurdu: «Ey hicrət edənlər 5 şey vardır ki, ondan Allaha sığının. Hər hansı bir qövmdə zinakarlıq açıq-aydın yayılarsa Allah onları taunla və başqa xəstəliklə cəzalandırar ki, bundan qabaq bu xəstəlik haqqında eşitməyiblər. Hər hansı qövmdə çəkidə və ölçüdə aldadarlarsa Allah da onları aclıqla və qəddar sultanla sınağa çəkər. Hər hansı bir qövmdə zəkat verilməzsə Allah da onları quraqlıqla sınağa cəkər və əgər heyvanlar olmasaydı onlara heç yağış da yağmazdı. Hər hansı bir qövm Allahla əhdini pozarsa Allah da onların üzərinə düşmənlərini salar və əllərində olan şeyləri də onlardan alarlar. Hər hansı bir qövm Allahın nazil etdiyinə əməl etməzsə Allah da onları zəlil edər»178. Abdullah b. Ömər - radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – ilə birlikdə Səmud qövmünün ərazisi olan Hicr ərazisinə gəldik. Oranın quyularından su aldıq və xəmir yoğurduq. Peyğəmbər – allallahu aleyhi və səlləm – aldığımız suları boşaltmağımızı və yoğurduğumuz xəmirləri isə dəvələrə yedirtməyimizi əmr etdi. Peyğəmbər: «Ağlayanlar müstəsna olmaqla (ağlamayanlar) nəbadə əzaba uğramış olan bu qövmün yurduna girsin. Əgər ağlamasanız onlara toxunan əzabın bir bənzəri sizlərə də toxunmasından qorunmaq üçün onların yurdlarına girməyin. Sonra Peyğəmbər – sallallahu aleyhi və səlləm – vaxtıilə Saleh – əleyhissəlam – ın dişi dəvəsinin su içdiyi quyudan su almalarını onlara əmr etdi»179. Həmçinin də günahlar yer üzündə meyvələrin azalmasına da təsiri vardır. Rəvayətlərdə gəlir ki: «Bəni Umeyyə xəzinələrindən bağlamaya bükülmüş bir buğda dənəsi tapılmışdır ki, orada bu sözlər qeyd olunmuşdur: «Bu buğda ədalət dövründə bitərdi»180. Bu müsibəti, bəlaları Allah, insanlar müsibət törətdiyi zaman göndərir. «Bu (dünyada) öz əllərinlə etdiyin günahların cəzasıdır, yoxsa Allah bəndələrinə əsla zülm edən deyildir». (əl-Həcc 10). İbn Qeyyim – rahmətullahi aleyhi – deyir ki: «Mənə dövrümdə yaşayan ağsaqqalar deyərdilər ki: «Onlar öz vaxtlarında olan meyvələri indikindən böyük görərdilər».
26. Günahlar insanın surətinə, yaradılışına (xilqətinə) təsir edir. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah Adəmi (öz surətində) boyu altmış dirsək uzunluğunda yaratdı…Cənnətə girəcək hər kəs (oraya) Adəmin surətində girəcəkdir. İnsanlar Adəmdən buyana əskilməyə davam etmişlər»181. Yer üzü ədalətsizlik və zülmlə dolu olduğu vaxt Allah öz qulunu Peyğəmbər – sallallahu aleyhi və səlləm – in nəslindən olan Mehdi – əleyhissəlam – ı çıxaracadır. O, da yer üzünü ədalətlə düzgünlüklə dolduracaqdır. Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə göndərilən dini yenidən quraraq bərpa edəcəkdir. Əsl adı Muhəmməd b. Abdullah olub, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in Əhli Beytindəndir. Fatimə - radıyallahu anhə – nin nəslindən, Həsən b. Əli - radıyallahu anhu – nun qolundandır. Zülm və haqsızlıqla dolub daşan yer üzünü ədalətlə dolduracaqdır. İbn Məsud - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Dünyanın sonuna bir gün qalsa da belə Allah o, günü uzadacaqdır. O, vaxta qədər ki, Əhli Beytdən bir insan çıxacaq. Adı-adıma, atasının adı isə atamın adına oxşayacaqdır. Yer üzü zülm ilə dolduğu zaman, o yer üzünü ədalətlə dolduracaqdır»182. Ummu Sələmə - radıyallahu anhə – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Mehdi mənim nəslimdən, Fatimənin kökündəndir»183. Yer öz bərəkətini çıxaracaqdır. Nəvvas b. Səman - radıyallahu anhu – rəvayət edir ki, bir gün səhər Peyğəmbər – sallallahu aleyhi və səlləm – bizə Məsih Dəccəl haqqında danışmağa başladı… Sonra Allah elə bir yağış göndərər ki, istər quru və sağlam palçıqdan olsun, istər gildən olsun heç bir ev o, yağışın enməsinə mane ola bilməyəcəkdir. Yağış bütün yer üzünü yuyacaqdır. Nəhayət yer üzü güzgü kimi parlayacaqdır. Sonra Allah yer üzünə: «Meyvələrini bitir, bərəkətini ver!» deyə əmr edəcəkdir. O, gün bir camaat bir narı yeyib doyarlar və qabığı altında kölgələnərlər. Bərəkət sürətlə artar. Hətta bir dəvənin südü böyük bir topluluğa kifayət edər. Bir inəyin südü bir qəbiləyə, bir qoyunun südü isə bir neçə ailəyə kifayət edər (Başqa rəvayətdə: «Həyatım əlində olan Allaha and olsun ki, Məryəm oğlu İsa – əleyhissəlam – adil bir hakim olaraq sizin içinizə enməsi yaxındır. O, xaçları sındıracaq, donuzları öldürəcək və cizyəni qaldıracaqdır, zəkatı buraxacaq, qoyundan və dəvədən zəkat alınmayacaqdır, ədavəti, kin-kudurəti aradan qaldıracaqdır, hər zəhərllinin zəhərini çəkib alacaqdır. Belə uşaq əlini ilanın ağzına soxacaq amma ilan ona zərər verməyəcəkdir. Uşaq aslanı qovalayacaq amma aslan ona zərər verməyəcəkdir. Qoyunlar arasında qurd qoyunları qoruyan it kimi olacaqdır. Yer üzü barışla dolacaqdır. Hərkəsin sözü bir olacaqdır. Allahdan başqasına ibadət edilməyəcək, döyüşlər sona yetəcəkdir. Qureyşin hakimiyyəti əlindən alınacaqdır. Adəm – əleyhissəlam – ın zamanında olduğu kimi əkinlər bitəcəkdir184)»185. Yer artıq günahlardan təmizlənəndən sonra küfrün itirdiyi bərəkət ortaya çıxacaqdır. Yerdə baş verən təsirlər cəzaların təsiridir ki, Allah göndərir. Bu da günahlara görədir. Şeytan insana hakim olduqda artıq insanın ömründən, sözündən, əməlindən, ruzisindən bərəkəti alınır. Şeytana itaət yer üzündə fəsad olduğu kimi ona itaət edilən yerdən də bərəkət sökülüb alınar. Şeytanın məskəni olan Cəhənnəmdə belədir. Orada nə rəhmət vardır, nə də bərəkət.
27. Günahlar qəlbdəki qısqanclıq, qeyrət atəşini söndürür. Hansı ki, bu onun həyatı üçün təbii bir istilikdir. Qeyrət bədənin həm istisi, həm də odudur. Bu qeyrət sayəsində insan özündə olan pis, xəbis sifətləri özündən uzaqlaşdırır. Necə ki, od qızılın və dəmirin pasını apardığı kimi insanın qeyrəti də pis sifətləri ondan uzaqlaşdırır. İnsanların ən şərəflisi, ən ucası özünə və insanlara qısqanc olandır. Buna görə də Peyğəmbər – sallallahu aleyhi və səlləm – insanların ən qısqancı idi. Allah – subhənəhu və təalə – nin qısqanclığı isə ondan da böyükdür. Rəvayət edilir ki, bir gün Sad b. Ubadə - radıyallahu anhu – qışqıraraq: «Əgər mən yad bir kişini öz arvadımla görsəydim onu qılıncla doğrayardım (vurardım)». (Bunu eşidən) Peyğəmbər – sallallahu aleyhi və səlləm – səhabələrə: «Sadın qısqanclığı sizi təəccübləndirirmi? Həqiqətən mən ondan da qısqancam, Allah isə məndən də qısqancdır» deyə buyurdu. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Şübhə yox ki, Allah qısqanır. Allahın qısqanması mömin bir qulun Allahın haram (qadağan) etdiyi şeyləri etməsi ilədir»186. İbn Məsud – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm – buyurdu: «Allahdan daha qısqanc bir kəs yoxdur. Allah bu qısqanclığına görə açıq və gizli olan bütün çirkin əməlləri haram etmişdir. Təriflənməyi Allahdan daha çox sevən bir kimsə yoxdur. Buna görə Uca Allah Öz nəfsini tərifləmişdir. Allahdan daha çox dəlili (üzrü) sevən yoxdur. Bax, bunun üçün də bir çox müjdələyən və qorxudan Peyğəmbərlər göndərmişdir (Başqa rəvayətdə: Bax buna görə də Allah Peyğəmbərlərini göndərmiş və kitablarını endirmişdir)187. Bu hədisdə qısqanclıq kəliməsi ilə «Ğayyur» üzürü sevməyi bir yerdə zikr etmişdir. Allah – subhənəhu və təalə – şiddətli qısqanc olmasına baxmayaraq bəndəsinin üzür diləməsini istəyir və üzür diləyənin də üzürünü qəbul etməyi sevir. O, Onu qısqandıran bir pislik edildiyi zaman üzür diləsin deyə onu edəni həmən cəzalandırmaz. O, üzür və bəhanə qalmasın deyə Peyğəmbərlər göndərmiş və kitablar endirmişdir.
İnsanların ən çox qısqanc olanı qısqanclığının şiddətliyinə görə dərhal üzür qəbul etmədən dərhal cəza verməyə və cəzalandırmağa çalışır. Ola bilər ki, günahı edənin o, işdə üzürü vardır. Lakin onun qeyrətinin, qısqanclığının şiddəti onun üzürünü qəbul etməsinə mane olur. Elə də insanlar vardır ki, qısqanclığının aşağı olmasına görə hər cür üzürü qəbul edir. Üzür olmayan bir şeyi də üzürlü sayır. Hətta onlardan çoxu görürsən ki, qədəri də üzür gətirirlər. Bunların heç biri bəyənilmir. İnsan həm qısqanc olmalı, həm də üzürü qəbul etməlidir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allahın sevdiyi və sevmədiyi qısqanclıq vardır. Sevmədiyi qısqanclıq insanın şübhə olmayan bir şeyə qısqanclıq etməsidir»188. Sevdiyi isə qısqanclığın üzürlə yanaşı olmasıdır. Qısqanclıq anında qısqanclıq edir, üzür yerində isə üzürü qəbul edir. Kim belə edərsə artıq təriflənmişdir. Allah bütün kamil sifətləri özündə topladığı üçün tərifə hər kəsdən daha layiqdir. Heç kimsə Onun kimi tərif olunmaz. O, özünü tərif etdiyi kimidir.
İnsanın başına gələn fikir vəsvəsəyə çevrilir, vəsvəsələr iradəyə, iradə güclənərək qətiyyətə və sonra da əmələ çevrilir. Bu əməl isə sahibi üçün daimi bir sifətə çevrilir. Belə olduğu zaman artıq o, insanın bu sifətdən çıxması çətinləşir. İnsan nə qədər çox günah edərsə günah onun qəlbindən özünə, ailəsinə, uşaqlarına qarşı olan qısqanclığı çıxardar. Hətta o, qədər zəifləyər ki, çirkin bir şeyi çirkin görməz nə özündə, nə də başqalarında. Artıq o, insan bu dərəcəyə çatarsa həlak qapısına girmişdir. Bunları pis görməməklə kifayətlənməyərək artıq fahiş işləri başqalarına bəzəyir, onları günaha həvəsləndirir, dəvət edir. Onu əldə etmək üçün ona yardım edir. Buna görə də dəyyus Allah – subhənəhu və təalə – nin yaratdıqları içərisində ən xəbis insan sayılır. Öz ailəsində günahı etiraf edən kimsədir. İbn Ömər - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Uç qrup insana Allah Cənnəti haram edib: İçki düşkünü olana, ata-anasına pislik edənə və ailəsində pozğunluğa göz yuman dəyyusa»189. Bax gör insanın qısqanclığının aşağı olması nəyə gətirir. Bu da onu bildirir ki, dinin əsası qeyrət və qısqanclıqdır. Qeyrəti olmayanın dini də yoxdur. Qısqanc insan qəlbini, əzalarını qoruyur və özündən pislikləri uzaqlaşdırır. İnsanın qısqanclığının olmaması qəlbi öldürür və bununla da əzaları da ölür. Günaha qarşı artıq onda heç bir müqavimət qalmır. İnsanın qəlbində olan o, qısqanclığın məsəli bədəndə xəstəlikləri dəf edən gücə bənzəyir. İnsanda o, müqavimət olmazsa o, xəstəlik bədəndə özünə yer qərar verər və bununla da həlak hasil olar. Qeyrət duyğusu eyni zamanda özünü və balasını müdafiə edən buynuzlu qoça oxşayır. Buynuz qırıldıqda düşməni ona göz dikər.
28. Günahlar insanın qəlbinin ana maddəsi olan həyasının itməsinə səbəbdir. Həya qəlbin əsas maddəsidir. Hər bir xeyirin əsasıdır. Həyanın itməsi də hər bir xeyirin itməsi deməkdir. İbn Ömər - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – ənsarlardan qardaşına həya haqqında nəsihət verən birisinə yetişdi. Rəsulullah: «Onu burax, həqiqətən həya imandandır»190. İmran b. Hüseyn - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Həya, xeyirdən başqa bir şey gətirməz. (Başqa rəvayətdə: Həya büsbütün xeyirdir)»191. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «İman yetmiş yaxudda altmışdan çox şöbələrdən ibarəddir. Ən fəzilətlisi, Allahdan başqa ilah olmadığını - Lə iləhə illəllah - söyləmək, ən aşağı şöbəsi isə yolda olan maneəni dəf etməkdir. Həya da imanın bir şöbəsidir»192. Rəsulullah – sallallahu aleyhi və səlləm - buyurdu: «Hər bir dinin bir əxlaqı vardır. Şübhəsiz ki, İslamın əxlaqı da həyadır»193. Rəsulullah – sallallahu aleyhi və səlləm - buyurdu: «Həyasızlıq hər nədə olarsa mütləq onu qüsurlu edər və həya hər nədə olarsa mütləq onu gözəlləşdirər»194. Rəsulullah – sallallahu aleyhi və səlləm - buyurdu: «Həqiqətən də insanların Peyğəmbərlikdən öyrəndikləri ilk söz: «Əgər həya etmirsənsə istədiyini et»195. İstədiyini et: Nə deməkdir? Birinci hədədir. Çünki utanmayan insan istədiyi qədər çirkin işləri edir. Onu o, işləri görməyə vadar edən həyanın olmamasıdır. Həya yoxdursa o, kimsə bu günahlara düşəcəkdir196. İkinci isə: Bir işi edərkən onu etdiyindən ötrü Allahdan həya etmirsə elə isə onu edə bilər. Utanmadığına görə edir197.
Dostları ilə paylaş: |