SəLƏFİ saliHİN ƏQİDƏSİ qadağalardan çƏKİNMƏk bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 20 Dekabr 2008-ci İl Tarixli İcazəsi Əsasında Çap Edilmişdir №dk-169/H



Yüklə 3,12 Mb.
səhifə28/330
tarix02.01.2022
ölçüsü3,12 Mb.
#2786
1   ...   24   25   26   27   28   29   30   31   ...   330
12. NƏFSİ ARZULAR - «Qəlbini Bizi xatırlamaqdan qafil etdiyimiz, nəfsinin istəklərinə uyan və (hər) işində ifrata varan bir kimsəyə itaət etmə». (əl-Kəhf 28). «Əgər sənə gələn elmdən sonra onların istəyinə uysan o, zaman Allahdan qoruyacaq nə bir dost, nə də bir köməkçi tapılar». (əl-Bəqərə 120,145). «Amma kim (Qiyamət günü) Rəbbinin hüzurunda durmaqdan qorxmuş və nəfsinə istəyini, şəhvəti qadağan etmişsə, həqiqətən onun yurdu Cənnətdir». (ən-Nəziat 40-41). «Əgər haqq (Quran) onların nəfslərinin istəklərinə tabe olsaydı göylər, yer və onlarda olanlar korlanıb gedərdi». (əl-Muminun 71).

NƏFSİ DƏVƏT: Allah öz Rəsulunu göndərib ki, insanları zülmətdən nura, öz nəfsi istəklərindən Allaha mühakiməyə çıxartsın. Peyğəmbər – sallallahu aleyhi və səlləm – öz Rəbbindən buyurdu: «Mən səni göndərmişəm ki, səninlə imtahana çəkmək üçün və səninlə imtahana çəkilmək üçün»101. Şatibi – rahmətullahi aleyhi – deyir ki: «Şəriət insanı öz havasına, nəfsi-istəyinə tabe olmaqdan çıxardaraq Allahın əmrinə tabe olmağa görə gəlmişdir». Qula vacibdir ki, öz nəfsi istədiyindən kənara çıxsın və həqiqi qul olsun və qulluğu yerinə yetirsin. Kim özü üçün xeyir istəyirsə bunu öyrənməli və Allahın Rəsuluna nazil etdiyi elmi öyrənməlidir. İnsanlarla rəftar etmək üçün şəri elmə ehtiyac vardır. Müxtəlif insanlarda vardır ki, elm öyrəndikdə şəri elmlərlə yanaşı nafilə elmləri də öyrənirlər. Bu elmi öyrəndikdə nəfsində ona qarşı ləzzət duyduğuna görə öyrənir. Hədis elmini, fiqh elmini öyrənirlər nəfslərində ona ləzzət duyduqları üçün. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: «Belə bir kimsə öz nəfsi-istəyinə tabe olmaqdan kənara çıxmamışdır. İnsan elmi Allahın əmridir deyə öyrənməli və başlamalıdır fərz olan ibadətlərdən».

Şəkk yoxdur ki, insan üzərinə vacib olanı öyrənməlidir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Elm tələb etmək hər bir müsəlmana fərzdir»102. Elm öyrəndiyin zaman üzərindən cahilliyi qaldırmaq üçün səyy göstərməlisən. Bu cahillik də Allahın Rəsuluna nazil etdiyini öyrənməklə qaldırılır. Elmdə olan ixlas cahilliyi üzərindən qaldıraraq Allahın bəsirətinə ibadət etməklə olur. Elm tələb edən müsəlman, əməlinin şəriətə müvafiq olmasına həris olan insan mənfəətli elmi öyrənir. Öz halını düzəldəcək elmi öyrənir. İlk özncədə fərz olan elmlər vardır ki, onları öyrənməyə həris olmaq lazımdır.

Sənə ən yaxın olan nəfsindir və sən ən çox öz nəfsinlə müamilə edirsən. İnsan öz nəfsi ilə necə rəftar etməlidir? Allah və Rəsulu müsəlmana vacib olanı Quran və Sünnədə bəyan etmişdir. «And olsun nəfsi yaradana, sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini öyrədənə ki, nəfsini təmizləyən mütləq nicat tapacaqdır. Onu (günaha) batıran isə əlbəttə ziyana uğrayacaqdır». (əş-Şəms 7-10). İnsan öz nəfsini təmizləməlidir. Çünki nəfsin həm şərrə, həm də xeyirə yönəlməsi vardır. Əgər insan öz nəfsini təmizləmək üçün səy göstərərsə artıq o, nəfs yaxşı nəfs sayılar və o nəfsin sahibi də xoşbəxt olanlardan olar. Nəfsin təmizliyi, xoşbəxtliyi ümumi bir işlə olur ki, o da nəfsin axirətə bağlan-masıdır. Bu qürur diyarından uzaqlaşmasıdır. Nəfs bütün hallarda, istəklərdə axirət diyarına bağlanmalıdır. İlk öncə insan nəfsi üçün axirət diyarında yararlı olan bir şeyə baxmalıdır. Baxmalıdır ki, axirətdə nəfsi üçün nə kimi yararlı şeylər varsa onları etməlidir. Əgər insan nəfsini axirət diyarına bağlayarsa Cənnəti diləyərək, Cəhənnəmdən qorxaraq bu nəfs Cənnətə aparan əməlləri görməyə səy göstərər və Cəhənnəmdən uzaqlaşdıran əməlləri tərk etməyə səy göstərər. Nəfsin təmizlənməsi üçün üç meyar vardır.

1. İnsan nəfsini, qəlbini islah etməklə təmizləyir. Qəlbində Tövhidi və İxlası yerləşdirməklə. Qəlbdə ixlasın olması nəfsin təmizlənməsi üçün ən əzəmətli şeylərdən biridir. Çünki insanın qəlbində müştərək sevgilər vardır. Əgər insanın nəfsində Allah sevgisi ən ucadırsa nəfsin istəkləri də Allahın istəyinə uyğun olacaqdır və qəlbində olan ixlas daha böyük olacaqdır. Bununla da onun Allaha yönəlməsi günbəgün artacaqdır. İxlasa tabe olur qəlb ibadətləri. Çünki qəlb ibadətlərinin əsası ixlasdır. Qəlbin islahı da yalnız qəlbin Allahla olması ilə olur. Qəlbdə ən əzəmətli bir şey Allah olmalıdır. Nəfsin islahı, düzəlməsi, təmizlənməsi ən uca mətləblərdəndir. Allah və Rəsulu bəndə üçün ən sevimli bir şey olmalı-dır. Bəndəni hərəkətə gətirən sevgidir. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: «İnsanların hər bir işində onları hərəkətə gətirən sevgidir. Əgər insan axirət diyarını sevərsə ona tərəf hərəkət edər. Əgər dünyanı sevərsə onun üçün hərəkət edər». Hər bir şeyin kökü, əsası məhəbbətdən irəli gəlir. İnsanın qəlbində olan məhəbbətin miqdarına, əzəmətinə görə insan da sevdiyi şeyə yönəlməsi, hərəkəti yaranır. Əgər Allah və Rəsulu insana hər bir şeydən sevimlidirsə insanın hərəkəti, bədəni, əzaları Allaha itaətdə olacaqdır.

2. Bəndə Allahın əmrlərini yerinə yetirməli və qadağalarından çəkinməlidir. Bəndə nəfsini itaətə yönəltməlidir. Bununla da nəfs təmizlənir. Bəzi alimlər əmrləri tərk etməyin günahını qadağaları etməyin günahından daha üstün görürlər, bəziləri isə əksinə fikirləşirlər. Lakin əsas odur ki, bunların ikisində də nəfsin təmizlənməsi vardır. Bəzən insanların çoxu nəfslərinə qarşı səhlənkar yanaşaraq fərzləri tərk edir, qadağaları işləyirlər. Bundan sonra da onun nəfsində boğazdan keçməyən bir loxma kimi çətinlik yaranır. Günahın ardıyca digər bir günah gəlir. Sələflər deyirlər ki: «Əgər sən görsən ki, bir nəfər günah edir bil ki, onun bundan başqa da günahları vardır. Əgər görsən ki, bir nəfər xeyirli işlər görür bil ki, onun bundan başqa da xeyirli işləri vardır. Şəkk yoxdur ki, yaxşı əməl özü ilə yaxşı əməl gətirir, pis əməlin ardıyca isə digər bir pis əməl gəlir». Sən bilməlisən ki, sənin malik olduğun ən qiymətli şey nəfsindir.

3. Bəndə öz nəfsini daima hesaba çəkməlidir və nəfsindən qafil, bixəbər olmamalıdır. Bəndə nəfsindən qafil qalarsa nəfs istədiyini edər. Əgər nəfsini tərk edərsə nəfs istədiyinə uyar və sonra arzular, xəyallar içərisində olar. İnsan nəfsini pis şeylərdən çəkindirməli, nəfsini xeyirə və Allaha itaətə yönəltməlidir.




Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   330




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin