«(Bir-birinizin eybini, sirrini) arayıb axtarmayın…». (əl-Hucurat 11). İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim bir topluluğun söhbətini onlar bunu xoşlamadıqları halda (oğrun-oğrun) dinləyərsə Qiyamət günü qulağına (əridilmiş) qurğuşun töküləcəkdir»1162. Səid əl-Məqburi rəvayət edir ki, mən İbn Ömər - radıyallahu anhu – nun yanından keçirdim. O, yanındakı adamla söhbət edirdi. Mən onların yanında dayandım. İbn Ömər - radıyallahu anhu – mənim sinəmə vurub dedi: «İki nəfərin söhbət etdiyini gördüyün zaman onlardan izn istəməyincə onların yanında durma, yanlarında oturma». Mən: «Allah səni islah etsin! Ey Əbu AbdurRahman! Mən istəyirdim ki, sizdən bir xeyirli söz eşidim»1163. İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki: «Kim bir cəmaatın söhbətinə qulaq asmaq istəsə onlar bunu xoşlamadıqları halda, onun qulağına əridilmiş qurğuşun tökəcəklər. Kim özündən bir yuxu uydursa bir arpa dənəsini bağlamağa (dütyün vurmağa) məcbur edilər»1164.