«Allaha və peyğəmbərinə qarşı vuruşanların, yer üzündə fitnə-fəsad salmağa çalışanların cəzası ancaq öldürülmək, çarmıxa çəkilmək, ya əl-ayaqlarının çarpazvari kəsilməsi, yaxud da yaşadıqları yerdən sürgün olunmalarıdır. Bu cəza onlar üçün dünyada bir rüsvayçılıqdır. Axirətdə isə onları böyük bir əzab gözləyir». (əl-Maidə 33). Ənəs b. Məlik - radıyallahu anhu – rəvayət edir ki, Uraniyə qəbiləsindən səkkiz nəfər Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına Mədinəyə gəldilər və İslam üzərinə onunla beyət etdilər. Mədinə ərazisinin havası onlara ağır gəldi və vücudları xəstələndi (qarın yatalağı). Onlar bu xəstəliklərini Peyğəmbər – sallallahu aleyhi və səlləm – ərz etdilər. Peyğəmbər: «Bizim çobanlarımızla bərabər (zəkat üçün ayrılmış) dəvələrin yanına gedin və onların sidiklərindən və südlərindən için» deyə buyurdu. Onlar Peyğəmbər – sallallahu aleyhi və səlləm – in dediyi şəkildə etdilər və sağaldılar. Bundan sonra çobanları öldürdülər, İslam dinindən çıxdılar və dəvələri də sürüb apardılar. Bu xəbər Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə çatdıqda onların ardıyca bir dəstə göndərdi. Tez bir zamanda əsr edilərək geri gətrildilər. Peyğəmbər – sallallahu aleyhi və səlləm – əmr etdi əlləri və ayaqları kəsildi. Gözləri çıxarıldı. Harre deyilən yerə atıldılar və öldülər (Başqa rəvayətdə: Çünki onlar da çobanların gözlərini çıxarmışdılar)»1227. Ənəs b. Məlik – radıyallahu anhu – rəvayət edir ki, bir Yəhudi (Ənsardan) bir cariyəni üzərində olan gümüş zinətlərini almaq üçün daşla vurub əzmişdir (Başqa rəvayətdə: Ənsardan bir cariyəni üzərində olan zinətlərinə görə öldürdü və başını daşla əzərək quyuya atdı). Qadın ölümcül halda Peyğəmbər - səllallahu aleyhi və səlləm – in yanına gətrildi. Peyğəmbər: «Səni filankəsmi vurdu?». Qadın başı ilə: «Xeyr» dedi. Peyğəmbər - səllallahu aleyhi və səlləm – ikinci, sonra da üçüncü bir isim barəsində soruşdu. Bu dəfə qadın başı ilə işarə edərək: «Bəli» dedi. Peyğəmbər - səllallahu aleyhi və səlləm – qadının xəbər verdiyi Yəhudini iki daş arasında əzərək qisas alaraq öldürtdü (Başqa rəvayətdə: Ölənə qədər daşla vuruldu)»1228.