HƏMÇİNİN - qəbirləri məscid halına gətirmək, onların üzərində namaz qılmaq, qəbirə doğru namaz qılmaq da şəriətimiz tərəfindən qadağan edilmişdir. Əbu Səid əl-Xudri - radıyallahu anhu –rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – qəbirlərin üzərinə bina tikməyi, onların üzərinə oturmağı və ya onların üzərində namaz qılınmasını qadağan etmişdir»1243. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Heç bir qəbirə doğru namaz qılmayın və heç bir qəbirin üzərində namaz qılmayın»1244. Ənəs - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – qəbirlərə doğru namaz qılmağı qadağan etmişdir»1245. Amr b. Dinar - radıyallahu anhu – qəbirlər arasında namz qılmaq haqqında soruşulduqda rəvayət etdi ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «İsrail oğulları peyğəmbərlərinin qəbirlərini məscid halına gətirmişdilər. Bu səbəblə də Allah onlara lənət etdi»1246. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qəbirlər üzərində oturmayın və onlara doğru namaz qılmayın»1247. Ənəs - radıyallahu anhu – rəvayət edir ki, mən bir gün qəbirin yanında namaz qılırdım. Ömər - radıyallahu anhu – məni gördü və: «Qəbirdən uzaq dur! Qəbirdən uzaq dur!» dedi1248. Cabir - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qəbirləri əhəngləməyi, üzərinə oturmağı və üzərinə bina tikməyi qadağan etmişdir»1249. Əbu Səid əl-Xudri - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Hamam (ayaq yolundan) və qəbristanlıqdan başqa yer üzü mənim üçün məscid edildi»1250. Cabir b. Abdullah əl-Ənsari - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Məndən əvvəl heç bir kimsəyə (Peyğəmbərə) verilməyən beş şey mənə verilmişdir» Yer üzü mənim üçün təmiz və məscid qərar verildi. Buna görə də namaz vaxtı çatmış hər kim olursa olsun olduğu yerdə namazını qılabilər…»1251. Huzeyfə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «İnsanlar üzərinə üç şeylə təfdil olunduq. Namaz da səflərimiz mələklərin səfləri kimi edildi, bütün yer üzü bizə məscid qılındı və yerin torpağı su tapılmadıqda bizə təmizlik vasitəsi edildi»1252.