SəLƏFİ saliHİN ƏQİDƏSİ qadağalardan çƏKİNMƏk bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 20 Dekabr 2008-ci İl Tarixli İcazəsi Əsasında Çap Edilmişdir №dk-169/H



Yüklə 3,12 Mb.
səhifə251/330
tarix02.01.2022
ölçüsü3,12 Mb.
#2786
1   ...   247   248   249   250   251   252   253   254   ...   330
HƏMÇİNİN - qəbirlər üzərində oturmaq, onlara ayaq basmaq, orada ehtiyacı ödəmək qadağan edilmişdir. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Sizdən birinizin bir od parçası üzərində oturaraq paltarını yandırması və odun dərisinə qədər çatması onun üçün bir qəbrin üzərinə oturmaqdan daha xeyirlidir»1256. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Od parçasının və ya qılıncın üstündə yeriməyim və yaxud da ayaqqabı-larımın ayağıma tikilməsi mənə bir müsəlmanın qəbri üstündə yerimək-dən daha sevimlidir»1257. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qəbrlərin arasında təbii ehtiyacını ödəyənlə bunu bazarın ortasında edənin ikisi də mənim üçün eynidir»1258. Bəşir b. Xasasiyə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – qəbrlərin arasındə ayaqqabı ilə gəzən bir şəxsi görərək buyurdu: «Ey dəri ayaqqabıların sahibi! Çıxart onları»1259. Aişə - radıyallahu anhə – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Ölmüş insanın sümüklərini sındırmaq, eynilə diri insanın sümüklərini sındırmaq kimidir»1260.

HƏMÇİNİN - Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «(Ziyarət məqsədi ilə) Yalnız üç məscid üçün səfərə çıxmaq olar. Məscidul Həram (Məkkə), mənim məscidim (Mədinə) və əl-Əqsa məscidi (Qüts)»1261. Üç məsciddən başqa yerlər üçün səyahətə çıxmaq şirkə düşmək səbəblərindəndir. Əbu Hureyrə - radıyallahu anhu – Tur dağına getdiyi zaman Bəsrə b. Əbu Bəsrə əl-Ğifari ilə qarşılaşdı. Bəsrə: «Haradan gəlirsən?» deyə soruşdu. Əbu Hureyrə: «Tur dağından» deyə cavab verdi. Bəsrə: «Əgər ora çıxmamışdan qabaq səni görsəydim bunu etməyə imkan verməzdim. Çünki Peyğəmbər – sallallahu aleyhi və səlləm – in belə buyurduğunu eşitdim: «Miniyə ancaq üç məscidə getmək üçün minilir…»1262.

HƏMÇİNİN - də qadınların qəbristanlıqları tez-tez ziyarət etmələri qadağan edilmişdir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – qəbirləri ziyarət edən qadınlara, onları məscidlər edənlərə və qəndil yandıranlara lənət etmişdir»1263. Peyğəmbər – sallallahu aleyhi və səlləm – in haqqında lənət oxuduğu şey böyük günahlardan sayılır. Əbu Muhəmməd Məqdisi – rahmətullahi aleyhi – deyir ki: «Qəbirlərdə qəndil yandırmaq mübah olsaydı bunu edənə Peyğəmbər – sallallahu aleyhi və səlləm – lənət etməzdi. Çünki bu əməldə qəbirləri, bütləri ucaltma, təzim vardır. Həmçinin də malı zay etmək də vardır». Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm –: «Qəbirləri tez-tez ziyarət edən qadınları lənətləyib»1264. Ummu Atiyyə - radıyallahu anhə – deyir ki: «Biz qadınlar cənazələri təqib etməkdən nəhy olunduq. Cənazə arxasından getmək bizim üzərimizə fərz edilmədi»1265.

Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   247   248   249   250   251   252   253   254   ...   330




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin