SəLƏFİ saliHİN ƏQİDƏSİ qadağalardan çƏKİNMƏk bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 20 Dekabr 2008-ci İl Tarixli İcazəsi Əsasında Çap Edilmişdir №dk-169/H



Yüklə 3,12 Mb.
səhifə247/330
tarix02.01.2022
ölçüsü3,12 Mb.
#2786
1   ...   243   244   245   246   247   248   249   250   ...   330
İNTİHAR ETMƏK

«Özünüz-özünüzü öldürməyin. Həqiqətən Allah sizə qarşı mərhəmətlidir. Hər kəs təcavüz və zülm etməklə bu işləri görərsə biz onu Cəhənnəm oduna atarıq. Şübhəsiz ki, bu Allah üçün çox asandır». (ən-Nisa 29-30). Əbu Hureyrə - radıyallahu anhum – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim özünə intihar edərək dağdan atarsa Cəhənnəmlik olur və orada əbədi olaraq özünü dağdan atar. Kim də zəhər içərək özünə intihar edərsə Cəhənnəm içində əlində zəhər olduğu halda əbədi olaraq ondan içər. Kim də özünə iti bir dəmir soxaraq intihar edərsə Cəhənnəmdə əbədi olaraq o, dəmiri qarnına soxaraq cəzalandırılar»1229. Cabir b. Səmura - radıyallahu anhum – rəvayət edir ki, özünü dəmirlə qətl etmiş bir nəfər Peyğəmbər –sallallahu aleyhi və səlləm – in yanına gətrildi. Peyğəmbər – sallallahu aleyhi və səlləm – ona cənazə namazı qılmadı»1230. Cundub b. Abdullah Bəcəli – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - buyurdu: «Sizdən əvvəlki ümmətlərdə bir nəfər var idi. (Bədənində) olan yarası ona əziyyət verdiyi üçün dözməyərək iti bir şeylə yaranı kəsdi və adam ölüncəyə qədər qan itirdi. Allah: «Bu qulum canını Məndən öncə almağa çalışdığı üçün Cənnəti ona haram etdim (Qulum öz istəyi ilə Məni qabaqladı)» deyə buyurdu1231. Səhl b. Sad – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm – Xeybər günü müşrik Yəhudilərlə qarşılaşdı. Bu döyüşdə səhabələrin içindən olan bir nəfər mərdanə düşmənlərə qarşı vuruşurdu. Səhabələr: «Bu gün bizdən heç kimsə filankəsin göstərdiyi igidlik kimi igidlik göstərməyib» dedilər. Peyğəmbər: «O, Cəhənnəmlikdir» deyə buyurdu. Səhabələrdən biri onu izləməyə başladı. Nəhayət döyüş əsnasında o, kimsə ağır yaralandı və ağrıdan ölmək istəyən o, kimsə qılıncının iti ucunu qarnına arxa tərəfini isə yerə diriyərək üstünə sancıldı və öldü»1232. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim özünü boğaraq öldürərsə atəşdə də özünü boğmağa davam edəcəkdir»1233.


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   243   244   245   246   247   248   249   250   ...   330




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin