SəLƏFİ saliHİN ƏQİDƏSİ qadağalardan çƏKİNMƏk bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 20 Dekabr 2008-ci İl Tarixli İcazəsi Əsasında Çap Edilmişdir №dk-169/H


KÖLƏYƏ (QULLUQÇUYA) ƏZİYYƏT VERMƏK



Yüklə 3,12 Mb.
səhifə255/330
tarix02.01.2022
ölçüsü3,12 Mb.
#2786
1   ...   251   252   253   254   255   256   257   258   ...   330
KÖLƏYƏ (QULLUQÇUYA) ƏZİYYƏT VERMƏK

«Lakin o, əqəbəni keçə bilmədi. Bilirsənmi əqəbə nədir? O, bir kölə azad etməkdir. Yaxud aclıq zamanı yemək verməkdir. Qohumluq əlaqəsi çatan bir yetimə». (əl-Bələd 11-15). Əbu Ali b. Mukarri - radıyallahu anhu – rəvayət edir ki, mən Mukarrin oğullarından yeddi qardaşın yeddincisi olduğumu bilirəm. Bir dənə xidmətçimiz var idi. Ən kiçiyimiz ona bir şapalaq vurdu. Rəsulullah – sallallahu aleyhi və səlləm – onu azad etməyi əmr etdi»1284. Əbu Məsud əl-Bədri - radıyallahu anhu – rəvayət edir ki, bir gün köləmi qamçı ilə döyürdüm. Arxamdan: «Bil, Ea Əbu Məsud!» deyə səs eşitdim. Səsi tanıya bilmədim. Mənə yaxınlaşdıqca baxdım ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – dir. O: «Ey Əbu Məsud! Bil ki, Allah sənin bu köləyə etdiyindən daha betərini sənə etməyə qadirdir» deyə buyurdu. Mən: «Bundan sonra bir daha kölə döymərəm (Başqa rəvayətdə: Rəsulullah – sallallahu aleyhi və səlləm – in heybətindən qamçı əlimdən düşdü. O, azaddır ya Rəsulullah! Əgər belə etməsəydin atəş sənə toxunardı)» dedim1285. İbn Ömər - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim köləsini etmədiyi bir şeydən ötrü döyərsə onun kəffarəsi onu azad etməkdir»1286. Hişam b. Həkim b. Hişam - radıyallahu anhu – rəvayət edir ki, bir gün Şamın bazarlarına girdikdə başlarına zeytun yağı çəkilərək günəşin altına buraxılmış bir qrup insanları gördüm və: «Bu nədir belə?» deyə soruşdum. Mənə: «Bunlar Xaracdan ötrü cəza verilir (Başqa rəvayətdə: Cizyəyə görə)» deyə cavab verdilər. Hişam - radıyallahu anhu – dedi ki, mən Rəsulullah – sallallahu aleyhi və səlləm – in belə buyurduğunu dinlədim: «Dünyada insanlara işkəncə edənlərə Allah əzab edər». Əmirin hüzuruna gedib ona xəbər verdim. Əmir də təlimat verərək onları buraxdırdı1287. Əli - radıyallahu anhu – dedi ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – in son sözü bu olmuşdur: «Namaz (qılın), namaz (qılın)! Kölələrinizə görə Allahdan qorxun»1288. Əbu Hureyrə -radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim öz köləsini zinada ittiham edərsə Qiyamət günü (zinakara tətbiq olunan) həd tətbiq olunar. Əgər kölə bu adamın dediyi kimidirsə bu müstəsadır»1289. Ammar b. Yəsir - radıyallahu anhu – rəvayət edir ki: «Köləsini haqsız yerə vuran elə bir kimsə yoxdur ki, Qiyamət günü ondan qisas alınmasın»1290. Cabir b. Abdullah - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – kölələrlə yaxşı rəftar etməyi tövsiyə edərək buyurdu: «Yediyinizdən onlara yedirdin, geyindiyinizdən onlara geyindirin, qüdrətli və əzəmətli Allahın yaratdıqlarına əzab verməyin (Başqa rəvayətdə: Həqiqətən kölələriniz sizin qardaşlarınızdır! Allah onları sizin tabeçiliyinizə vermişdir. Onları gücləri çatmadığı bir işlə yükləməyin. Hərgah onları gücləri çatmadığı bir işlə yükləsəniz, onda onlara kömək edin)»1291. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Sizdən birinizə köləsi yemək gətirdikdə onu da yeməyə dəvət etsin. Dəvəti qəbul etməsə ona öz əlindən yenmək versin»1292. Miqdam b. Mədi - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm –buyurdu: «Özün nə yesən sənin üçün sədəqədir. Övladına, zövcənə və xidmətçinə nə yedirtsən o, da (sənin üçün) sədəqədir»1293. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «(Qiyamət günü) hər kəsə öz haqqı çatacaqdır. Hətta buynuzsuz qoç buynuzlu qoçdan qisas alacaqdır»1294. İbn Ömər - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Əgər kölə öz ağasına nəsihət etsə və Rəbbinə gözəl tərzdə ibadət etsə ikiqat savab qazanar»1295. Əbu Burda öz atasından mənə rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Üç sinif insan vardır ki, iki qat savab qazanır. Əvvəlcə öz Peyğəmbərinə, sonra da Muhəmmədə iman gətirmiş Kitab əhlindən olan bir kimsə iki qat savab qazanız. Həm Allahın, həm də ağasının haqqını ödəyən kölə və bir də kənizinə yaxşı təlim-tərbiyə keçən, sonra da onu azad edib onunla evlənən kişi iki qat savab qazanır»1296. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Müsəlman kölə həm Allahın haqqını, həm də ağasının haqqını ödəsə iki savab qazanır. Əhu Hureyrə - radıyallahu anhu – nun canı əlində olan Allaha and olsun ki, əgər Allah yolunda cihad, həcc və ana qayğısını çəkmək olmasaydı kölə olaraq ölməyi istəyərdim»1297. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurur: «Sizdən heç kim öz (qulluqçusuna) Rəbbinə su ver, Rəbbini doydur, Rəbbinə dəstəmaz aldır və s deməsin. (Ey kölələr!) Sizdən də heç kimsə Rəbbim deyə xitab etməsin. Həmçinin qulum deyə xitab etməsin. Oğlum, qızım desin»1298. «Çünki göylərdə və yerdə olan bütün məxluqatdan bir eləsi yoxdur ki, Rəhmanın hüzuruna bir qul kimi gəlməsin». (Məryəm 93). Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Hər kim müsəlman bir köləni azad edib hürriyətinə qovuşdurarsa Allah da azad etdiyi kölənin hər bir üzvünə müqabil onun bir üzvünü Cəhənnəmdən azad edər. Hətta tənəsül üzvünə müqabil tənəsül üzvünü belə»1299. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Köləsini öldürəni öldürün, onu xədim edəni də xədim edin»1300.

Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   251   252   253   254   255   256   257   258   ...   330




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin