SəLƏFİ saliHİN ƏQİDƏSİ qadağalardan çƏKİNMƏk bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 20 Dekabr 2008-ci İl Tarixli İcazəsi Əsasında Çap Edilmişdir №dk-169/H



Yüklə 3,12 Mb.
səhifə242/330
tarix02.01.2022
ölçüsü3,12 Mb.
#2786
1   ...   238   239   240   241   242   243   244   245   ...   330
MÜSƏLMANLAR QARDAŞDIRLAR - Allah müsəlmanlar arasında haqlar qoymuşdur. Möminlə rəftar imana görə olur. İman da artıb azaldığına görə onlara qarşı olan sevgi də, dostluq da fərqlənir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – in xidmətçisi Əbu Həmzə Ənəs b. Malik - radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər– sallallahu aleyhi və səlləm – buyurdu: «Sizdən hər hansı bir kimsə özünə arzu etdiyini, qardaşı üçün arzu etmədikcə iman etmiş olmaz (Yəni: «Sizdən hər hansı bir kimsə nəfsi (istədiyini) sevdiyini qardaşı üçün (istəmədikcə) sevmədikcə iman etmiş olmaz)»1200. «Onlardan (mühacirlərdən və ənsarlardan) sonra gələnlər belə deyərlər: «Ey Rabbimiz! Bizi və bizdən əvvəl iman gətirmiş (din) qardaşlarımızı bağışla». (əl-Həşr 10). «(Ondan) həm öz günhlarının, həm də mömin kişilərin və qadınların günahlarının bağışlanmasını dilə». (Muhəmməd 19). «Ey Rəbbimiz! Haqq-hesab çəkilən gün məni, ata-anamı və möminləri bağışla». (İbrahim 41). Mömin sevilir onda olan imanına görə. Mömin Allahın ənmrlərinə tabe olduğuna görə sevilir. Nə qədər ki, Allahın əmrlərinə tabe olmaqda zəif olarsa ona qarşı sevgi də azalar. Çünki sevgi Allahın əmrinə və qadağasına tabedir. Əbu Darda – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm - buyurdu: «Allahın müsəlman qulu qeybdə (yanında olmayan) qardaşı haqqında Allaha dua edərsə ona müvəkkil olan mələk belə deyər: «Amin! Onun üçün istədiyin xeyrin bir misli qədəri sənin üçün də olsun! (Başqa rəvayətdə: Səfvan b. Abdullah deyir ki, Şama gələrək Əbu Dardanın evinə gəldim. Lakin evində onu tapa bilmədim. Zövcəsi Ummu Darda – radıyallahu anhə – mənə dedi: «Sən bu gün həcc etmək istəyirsənmi?». Mən: «Bəli» dedim. Qadın: «Onda mənim üçün Allaha xeyirlə dua et!» dedi və yuxarıdakı hədisi zikr etdi)»1201. Əbu Hureyrə - radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Hər kim bir mömini dünya sıxıntılarının birindən qurtararsa, Allah onu Qiyamət gününün sıxıntılarının bir sıxıntısından qurtarar. Hər kim çətinliyə düşənin çətinliyini yüngülləşdirərsə, Allah da o, kimsəyə dünya və axirətdə asanlıq, yüngüllük verər. Hər kim bir müsəlmanın qüsurunu (yəni xətasını) örtərsə, Allah da dünya və axirətdə onun qüsrunu (xətasını) örtər. Qul öz qardaşına kömək etməyə davam etdikcə, Allah da ona kömək etməyə davam edər»1202. Əbu Hureyrə - radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Müsəlmanın digər müsəlman üzərində altı haqqı vardır. Onlar hansılardır? deyə soruşduqda Peyğəmbər: «Qarşılaşdıqda salamını almaq, dəvət etdikdə dəvətini qəbul etmək, nəsihət istədikdə nəsihət vermək, asqırıb «Əlhəmdulilləh» dedikdə «Yərhəmukəllah» demək, xəstələndikdə ziyarət etmək və vəfat etdikdə cənazəsini müşayət etmək»1203. Bu kimi haqlar həm itaətkar müsəlmanı, həm də asini əhatə edir. Abdullah b. Amr - radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «(Həqiqi) Müsəlman odur ki, onun dilindən və əlindən başqa müsəlmanlar əziyyət çəkməz, mühacir isə Allahın qadağan etdiyi şeylərdən əl çəkəndir»1204. Əbu Musa - radiyallahu anhu – rəvayət edir ki, bir gün insanlar: «Ya Rəsulullah! Kimin İslamı daha fəzilətlidir? (Başqa rəvayətdə: Hansı müsəlman daha fəzilətlidir)» deyə soruşdular. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «(O, kimsənin İslamı ki) Onun dilindən və əlindən başqa müsəlmanlar əziyyət çəkməzlər»1205. «Sən pisliyi yaxşılıqla dəf et!». (əl-Muminun 96). «Yaxşılıqla pislik eyni ola bilməz. (Ey mömin kimsə) sən pisliyi yaxşılıqla dəf et! Belə olduqda aranızda düşmənçilik olan şəxsi sanki yaxın bir dost görərsən! Bu yalnız (dünyada məşəqqətlərə) səbr edənlərə verilir və yalnız böyük ismət sahiblərinə əta olunur». (Fussilət 34-35). «Rəhmanın bəndələri o, kəslərdir ki, onlar yer üzündə təmkinlə, təvəzökarlıqla gəzər, cahillər onlara söz atdıqları zaman onlarla gözəl, yumşaq danışarlar». (əl-Furqan 63). Numan b. Bəşir - radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Sən görürsən ki, necə müsəlmanlar bir-birlərinə olan mərhəmətlərinə, məhəbbətlərinə və şəfqətlərinə görə bir vücuda (bədənə) bənzəyirlər. O, vücuddan bir üzv xəstələnərsə bütün vücudda bu xəstəlikdən yuxusuz və hərarətdə olar»1206. Əbu Musa - radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Möminin digər bir möminə olan bağlılığı dayaqları bir-birinə keçrilmiş bir bina kimidir. Sonra Peyğəmbər – sallallahu aleyhi və səlləm – əllərinin barmaqlarını bir-birinə keçirdi»1207. «Şübhəsiz ki, Allah öz yolunda möhkəm divar kimi səff çəkib döyüşənləri sevər!». (əs-Səff 4). «Həqiqətən möminlər qardaşdılar. Buna görə də iki qardaşınızın arasını düzəldin və Allahdan qorxun ki, bəlkə rəhm olunasınız». (əl-Hucurat 10). Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Heç şübhəsiz ki, Allah Qiyamət günü buyuracaqdır: Sırf Mənim əzəmətim və itaətim üçün bir-birilərini sevənlər haradadırlar? Mənim kölgəmdən başqa heç bir kölgənin olmadığı bu gündə Mən onları Öz kölgəmdə kölgələndirərəm»1208.

Mömin asi müsəlmanlarla necə rəftar etməlidir. Onlarla əlaqələri kəsməlidir, yoxsa salamı kəsməlidir. Əlaqələri kəsmək dünyəvi bir işdən ötrüdürsə məs: Sənə qarşı haqsızlıq edib, sənə qarşı həddi aşıb və s. bu halda üç gündən artıq əlaqələri kəsmək caiz deyildir. Üç gün danışmaya bilərsən. Lakin artıq olmaz. Bu küsülülük də salamı verməklə aradan qaldırılır. Əgər küsmək Allahın haqqı üçündürsə bu da iki cürdür:




Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   238   239   240   241   242   243   244   245   ...   330




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin