SəLƏFİ saliHİN ƏQİDƏSİ qadağalardan çƏKİNMƏk bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 20 Dekabr 2008-ci İl Tarixli İcazəsi Əsasında Çap Edilmişdir №dk-169/H


KİTAB ƏHLİ (KAFİR) ASQIRDIQDA YƏRHƏMUKƏLLAH DEYİLMƏZ



Yüklə 3,12 Mb.
səhifə274/330
tarix02.01.2022
ölçüsü3,12 Mb.
#2786
1   ...   270   271   272   273   274   275   276   277   ...   330
KİTAB ƏHLİ (KAFİR) ASQIRDIQDA YƏRHƏMUKƏLLAH DEYİLMƏZ

Əbu Musa - radıyallahu anhu – rəvayət edir ki, Yəhudilə onlara YƏHƏMUKƏLLAH deyilməsi ümüdü ilə Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanında yalandan asqırardılar. Peyğəmbər – sallallahu aleyhi və səlləm – onlara (YƏRHƏMUKƏLLAH deməz) Allah sizə hidayət versin və qəlblərinizi islah etsin deyərdi»1394.


ƏSNƏDİKDƏ AĞZI ÖRTMƏK

Əbu Səid əl-Xudri - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Sizdən biriniz əsnədikdə əli ilə ağzını tutsun. Çünki şeytan (ağzına) girər»1395. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah asqırmağı sevər, əsnəməkdən isə xoşlanmaz. Biriniz asqırdıqda Allaha həmd etdiyində eşidən hər bir müsəlmana «YƏRHƏMUKƏLLAH» demək üzərinə haqq olur. Əsnəməyə gəldikdə isə o, şeytandandır. Buna görə də birinizin əsnəməyi gəldikdə gücü çatdığı qədər onu dəf etməyə çalışsın. Çünki sizdən biriniz əsnədiyi zaman şeytan ona gülər»1396.


ŞER SÖYLƏMƏK

Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Sizdən birinizin içi irin ilə dolub xarab olması, onun üçün şer ilə dolmasından daha xeyirlidir»1397. Əbu Səid əl-Xudri - radıyallahu anhu – rəvayət edir ki, biz Peyğəmbər – sallallahu aleyhi və səlləm – ilə birlikdə Arc deyilən sahədə yeridiyimiz zaman şer yazan bir şairlə rastlaşdıq. Peyğəmbər: «Şeytanı tutun. Bir kimsənin içi irin ilə dolub xarab olması, onun üçün şer ilə dolmasından daha xeyirlidir» deyə buyurdu1398. «Şairlərə gəlincə onlara ancaq azğınlar uyar. Məgər görmürsənmi ki, onlar hər bir vadidə sərgərdan gəzirlər. Və onlar etmədikləri şeyləri deyirlər». (əş-Şuəra 224-226) ayəsi nazil olduqda İslam şairləri Abdullah b. Rəvaha, Kəb. b. Məlik, Həsən b. Sabit - radıyallahu anhum – Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına gələrək: «Ya Rəsulullah! Uca Allah bu ayəni nazil edib. Allah bilir ki, biz şairik?» dedilər. Peyğəmbər – sallallahu aleyhi və səlləm – son ayəni oxuyaraq: «Ancaq iman gətirib yaxşı işlər görən, Allahı çox zikr edən və zülmə uğradıqdan sonra intiqamını alanlardan başqa! Zülm edənlər hara düşəcəklərini mütləq biləcəklər». (əş-Şuəra 227). Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Şairlərin söylədikləri ən doğru beyt Ləbidin: «ALƏ KULLU ŞEYİN MƏ XALƏLLAHƏ BATİLU – Xəbəriniz olsun ki, Allahdan başqa hər şey batildir» sözüdür1399.



Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   270   271   272   273   274   275   276   277   ...   330




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin