SəLƏFİ saliHİN ƏQİDƏSİ qadağalardan çƏKİNMƏk bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 20 Dekabr 2008-ci İl Tarixli İcazəsi Əsasında Çap Edilmişdir №dk-169/H



Yüklə 3,12 Mb.
səhifə277/330
tarix02.01.2022
ölçüsü3,12 Mb.
#2786
1   ...   273   274   275   276   277   278   279   280   ...   330
DURĞUN SUYA BÖVL ETMƏK

Cabir - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Durğun suya bövl etməyin»1411. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm – buyurdu: «Heç biriniz durğun suya sidik ifraz etməsin və onunla yuyunmasın»1412.


HEYVANLARI VURUŞDURMAQ

Mücahid - radıyallahu anhu – rəvayət edir ki, İbn Ömər - radıyallahu anhu – heyvanları vuruşdurmağı yaxşı iş saymazdı»1413.


YEYİLMƏSİ VƏ ÖLDÜRÜLMƏSİ QADAĞAN OLUNAN HEYVANLAR

İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – azı dişli hər yırtıcı heyvanı və caynaqlı olan yırtıcı quşları yeməkdən nəhy etdi»1414. Əli - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – Xeybər günü siğəni və eşşək ətini yeməkdən qadağan etdi (Başqa rəvayətdə: Qiyamətə qədər bunun haram olduğunu söyləmiş və hətta bişirilmiş eşşək ətini qablardan boşaldılmasını əmr etmişdir)»1415. İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – dörd cür heyvanı öldürməyi qadağan etmişdir. Qarışqanı, arını, şanapipiyi və hörümçək quşu»1416. İbn Ömər - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – pislik yeyən heyvanların ətlərini və südlərini istifadə etməyi qadağan etdi»1417 Cabir b. Abdullah - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – bağlı olan heyvanı daşqalaq edərək öldürməyi qadağan etmişdir» 1418. Bəra b. Azim - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – ayağa qalxaraq buyurdu: «Dörd cür heyvandan qurban kəsmək olmaz: Bir gözü kor olan heyvanı, xəstə olan heyvanı, axsaq heyvanı, qoca olan heyvanı…»1419. Əli - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – mənə onun qurbanlıq heyvanlarına baxmağımı və bu heyvanların ətlərini, dərilərini kasıblara paylamağı və qəssablara bu heyvandan heç bir şey verməməyi əmr etdi»1420.



Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   273   274   275   276   277   278   279   280   ...   330




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin