GECƏ VAXTI EVƏ GƏLMƏK
Cabir - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Biriniz uzun müddət evindən uzaq düşdükdən sonra gecə vaxtı evinə daxil olmasın (Başqa rəvayətdə: Səfərdən qayıdan kimsənin gecə vaxtı evinə girməsindən çəkindirdi. O, evinə səhər və ya axşam üstü daxil olardı)»1424.
NƏCİS YEYƏN DƏVƏYƏ MİNMƏYİN QADAĞAN EDİLMƏSİ
İbn Ömər - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – pis (təmiz olmayan) bir şeyi yeyən dəvəyə minməyi qadağan etmişdir»1425.
SUYU GİZLƏTMƏK
«Bəs içdiyiniz suya nə deyirsiniz? Onu buluddan endirən sizsiniz, yoxsa biz? Əgər istəsəydik, onu acı bir su edərdik. Elə isə niyə şükr etmirsiniz?» (əl-Vaqiə 63-70). Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Üç kimsə vardır ki, Allah Qiyamət günü onlara baxmaz, onları təmizə çıxarmaz, onları şiddətli bir əzab gözləyir. Suyu olduğu halda səfər yoldaşına verməyən kimsə…»1426. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Suyu verməməkdən ötrü gizlədən insana Allah Qiyamət günü buyuracaqdır: «Bu gün Mən öz rəhmətimi sənə verməkdən imtina edirəm necə ki, sən əlinlə yaratmadığın bir şeyi (suyu) başqalarına verməkdən imtina etdiyin kimi»1427.
Dostları ilə paylaş: |