SəLƏFİ saliHİN ƏQİDƏSİ qadağalardan çƏKİNMƏk bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 20 Dekabr 2008-ci İl Tarixli İcazəsi Əsasında Çap Edilmişdir №dk-169/H


SƏLƏFLƏRDƏN SİRRİ QORUMAQ HAQQINDA -



Yüklə 3,12 Mb.
səhifə284/330
tarix02.01.2022
ölçüsü3,12 Mb.
#2786
1   ...   280   281   282   283   284   285   286   287   ...   330
SƏLƏFLƏRDƏN SİRRİ QORUMAQ HAQQINDA - Abdullah b. Ömər - radıyallahu anhu – deyir ki, (atam) Ömər - radıyallahu anhu – qızı Həfsə - radıyallahu anhu – dul qalmasını belə anladır1448. (Ömər) deyir ki, Osman - radıyallahu anhu – ilə qarşılaşdım və qızım Həfsə - radıyallahu anhə – ni ona ərz edib dedim: «İstəyirsən Həfsə b. Ömər - radıyallahu anhə – sənə nigahlayım». (Cavab olaraq) O, dedi: «Mən bu haqda fikirləşıb sənə deyərəm». Mən bir neçə gün gözlədikdən sonra o, mənimlə görüşüb dedi: «Bu günlərdə evlənmək qərarına gəlməmişəm». (Bir müddətdən sonra) Əbu Bəkr əs-Sıddık - radıyallahu anhu – ilə qarşılaşdım. Ona da: «İstəyirsən qızım Həfsə b. Ömər - radıyallahu anhə – ni sənə nigahlayım. Əbu Bəkr - radıyallahu anhu – heç bir söz deməyib susdu. Ona, Osman - radıyallahu anhu – dan da çox qəzəbləndim. Bir neçə gündə gözlədikdən sonra qızımı Peyğəmbər - səllallahu aleyhi və səlləm - ilə niğahladım. Sonra Əbu Bəkr - radıyallahu anhu – məni görüb dedi: «Yəqin Həfsə - radıyallahu anhə – ni mənə nigahlamaq istədikdə mənim cavab vermədiyimi görüb qəzəbləndin». Mən dedim: «Bəli». Sənə cavab verməməyimə yalnız bir şey mane olurdu. Peyğəmbər - səllallahu aleyhi və səlləm - in onu andığını bildiyim üçün1449. Mən də Peyğəmbər - səllallahu aleyhi və səlləm – in sirrini ifşa edib aça bilmərəm. Əgər Peyğəmbər - səllallahu aleyhi və səlləm - onunla evlənməkdən vaz kəçsəydi, əlbətdəki mən onunla evlənərdim»1450. Ömrünün son günləri və ya son günü Peyğəmbər – sallallahu aleyhi və səlləm – qızı Fatimə - radıyallahu anhə – ni çağıraraq qulağına bir şeylər pıçıldadı. Aişə - radıyallahu anhə – deyir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in bütün zövcələri yanında olduğu an qızı Fatimə - radıyallahu anhə – gəldi. Yerişi Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yerişindən heç bir şey ilə fərqlənmirdi. Peyğəmbər – sallallahu aleyhi və səlləm – qızını gördükdə buyurdu: «Xoş gəlmisən qızım. (Mərhəba). Sonra onu sağına yaxutda soluna oturtdu. Qulağına nə isə pıçıldadıqdan sonra qızı ağlamağa başladı. Onun ağladığını görüb qulağına yenə də gizlicə nə isə pıçıldadı. Bu dəfə o güldü. Mən Fatimə - radıyallahu anhə – yə dedim: «Peyğəmbər – sallallahu aleyhi və səlləm – bu qədər zövcələrinin içərsində yalnız sənə sir dedikdən sonra sən hələ də ağlayırsan!». Peyğəmbər – sallallahu aleyhi və səlləm – getdikdən sonra mən soruşdum. Peyğəmbər sənə nə buyurdu: «Mən Peyğəmbər – sallallahu aleyhi və səlləm – in sirrini ifşa etmərəm». Peyğəmbər – sallallahu aleyhi və səlləm – dünyasını dəyişdikdən sonra mən Fatimə - radıyallahu anhə – dən soruşdum: «Üzərindəki haqqım üçün1451 de görüm Peyğəmbər – sallallahu aleyhi və səlləm – sənə nə buyurdu: «Bəli, indi deyə bilərəm. Birinci dəfə o mənim qulağıma pıçıldadıqda buyurdu: «Hər il Cəbrail – əlehissəlam – Quranı mənə bir və ya iki dəfə təkrarladırdı. Ancaq bu dəfə o bunu iki dəfə etdi. Bundan da əcəlimin yaxınlaşdığını başa düşdüm. Allah qorx və səbr et. Mən sənin üçün necə də gözəl bir SƏLƏFƏM (keçmişəm). Mən də ağladım. Mənim ağladığımı görüb ikinci dəfə mənim qulağıma pıçıldadı. Ya Fatimə! Mömin qadınların və ya bu ümmətimin qadınlarının seyyidi olmasından razı deyilsənmi (Başqa rəvayətdə: Yaxınlarımdan ilk öncə mənə qovuşan sən olacaqsan)» deyə buyurdu1452. Sabit, Ənəs - radıyallahu anhu – nun belə dediyini söyləyir. (Bir gün) Uşaqlarla oynayarkən Rəsulullah – sallallahu aleyhi və səlləm – mənə yaxınlaşdı. Bizə salam verdikdən sonra məni bir iş dalınca göndərdi. Bu səbəbdəndə mən evə, anamın yanına gec gəldim. Evə girdikdə anam: «Nə üçün gec gəldin?» deyə soruşdu. Mən: «Rəsulullah – sallallahu aleyhi və səlləm – bir iş üçün göndərmişdi» dedim. Anam: «O, nə iş idi elə?» deyə soruşdu. Mən: «Bu bir sirdir». Onda Rəsulullah – sallallahu aleyhi və səlləm – in sirrini heç kimə demə. Ənəs - radıyallahu anhu – dedi: «Vallahi əgər mən bu sirri bir kəsə deməli olsaydım onu sənə deyərdim ey Sabit»1453.

Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   280   281   282   283   284   285   286   287   ...   330




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin