SəLƏFİ saliHİN ƏQİDƏSİ qadağalardan çƏKİNMƏk bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 20 Dekabr 2008-ci İl Tarixli İcazəsi Əsasında Çap Edilmişdir №dk-169/H


İNSANIN MÜRTƏD OLMASI 3 ŞEY ÜZƏRİNDƏ CƏM OLUR -



Yüklə 3,12 Mb.
səhifə59/330
tarix02.01.2022
ölçüsü3,12 Mb.
#2786
1   ...   55   56   57   58   59   60   61   62   ...   330
İNSANIN MÜRTƏD OLMASI 3 ŞEY ÜZƏRİNDƏ CƏM OLUR - 1) Etiqadlar. 2) Əməllər. 3) Sözlər. Çünki küfrün 6 qismini edən kimsə kafir olur. Onların etiqadla, əməllə, sözlə bağlı olanı da var.

ETİQADDA OLAN KÜFR Sələflər qəlbin küfrünü çox zaman etiqad ilə bağlayırlar. Çünki etiqad (əsas) insanın qəlbində mühüm olandır. Əgər insan küfrə etiqad edirsə (qəlbdə), zahirən İslamı izhar etsə belə o artıq kafirdir. Alimlər deyirlər ki: «Zahirdə saleh olan batində də salehdir, qəlbində saleh olmayan kimsə zahirə də biruzə verir. Əbu Abdullah ən-Numan b. Bəşir – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – səllallahu aleyhi və səlləm – buyurdu: «… Həqiqətən də insan bədənində elə bir ət parçası var ki, əgər o, islah olarsa bütün bədən islah, əgər xəstə olarsa bütün bədən xəstə olar. Həqiqətən o, qəlbdir»243. İbn Həcər – rahmətullahi aleyhi – deyir ki: «Qəlbin bu cür olması onun bədənin əmiri olmasına görədir. Əmirin düzəlməsi ilə ətrafdakılar da düzəlir. Əmirin pozulması ilə ətrafdakıların da pozulması üzə çıxır»244. Ona görə də əgər insan qəlbində kafirdirsə bu onun zahirinə də çıxacaqdır, Xristinalar və Yəhudilər kimi. Zahir ilə batin arasında birləşmə vardır.

Belə bir söz vardır: Küfr yalnız etiaqaddadır – bu sözün nə qədər doğru olub–olmadığına baxaq. Baxır bu sözə hansı tərəfdən yaxınlaşırıq? Bu sözü həm Əhli Sünnə işlədib, həm də Əhli bidət. Əhli Sünnə bu sözü deyəndə nə qəsd edir? Əgər bir kimsə Quranı murdar yerə atırsa, cırarsa, Peyğəmbəri və dini ələ salarsa belə bir kimsənin qəlbində də küfrdür. Əgər qəlbində küfr olmasaydı heç vaxt bunu etməyə icazə verməzdi. Bu söz Sələflərdən varid olmuşdur245. Əhli bidət bu sözü necə başar düşür? Murciyə – sözlər və əməllər küfr ola bilməz. O, kəs ki, Quranı murdar yerə atır, Peyğəmbəri söyür əməli ilə etdiyinə görə küfr etmir, əgər qəlbi təsdiq etmirsə.

Həmçinin münafiqlər: Çünki insan imanı izhar edib və qəlbində küfrü etiqad edirsə artıq kafirdir. Onun dərəcəsi kafirdən də aşağıdır. Küfr insanın qəlbində etdiyi etiqadlardır. Şərt deyil ki, insan etiqadını zahirdə görsədsin. O, qəlbində nəyi etiqad edirsə, Peyğəmbər – səllallahu aleyhi və səlləm – i yalan saymaq, onun gətirdiyi əməllərdən birini yalan saymaq, onun sadqliyinə şəkk etmək, Allahın haram buyurduqlarını insanın halal etiqad etməsi, bu cür əmllər etiqadı küfr sayılır. Həqiqətəndə onun qayıdışı etiqadı ilə bağlıdır.


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   330




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin