6) ALLAHDAN QEYRİSİNƏ AND İÇMƏK - Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim Allahdan qeyrisinə and içərsə şirkə və küfrə düşmüş olar»256.
7) ƏRİNƏ VƏ YAXŞILIĞA QARŞI NANKORLUQ – İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Mənə Cəhənnəm göstərildi. Bir də gördüm ki, Cəhənnəmliklərin çoxu qadınlardır. Onlar küfr edərlər». Səhabələr: «Allahamı küfr edərlər?» deyə soruşdular. Peyğəmbər: «Onlar ərlərinə qarşı nankorluq (küfrü) edərlər. Yaxşılığa qarşı nankorlu edərlər. Birisinə çox uzun bir müddət yaxşılıq etsən sonra səndən xoşuna getməyən bir şey görsə: «Mən səndən heç bir yaxşılıq görmədim ki, deyər»257.
8) NƏSƏBƏ SÖYMƏK VƏ ÖLÜ ÜÇÜN ŞİVƏN QOPARARAQ AĞLAMAQ - Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «İnsanlarda küfrə dəlalət edən iki xislət vardır: Şivən qopardaraq ağlamaq və əsl-nəcabətə tənə etmək (söymək)»258.