ƏMƏLİ KÜFR – Uca Allahdan başqasına səcdə etmək, Qurani Kərimi və ya şərafətli hədislərin yazıldığı kağızları murdar yerlərə atmaq, övliya və əməlisaleh insanların qəbrlərini təvaf etmək, siqaret çəkdikdə, zina edərkən «Bismilləh» demək, kafirlər üçün ibadətgahlar tikmək, bu işdə onlara yardım etmək, sehri öyrənmək, kafirlərlə dostluq etmək və s.
SÖZDƏ KÜFR – Uca Allahı, hər hansı bir Peyğəmbəri və ya İslam dinini söymək, çətin və sıxıntı anlarında çarə tapmaq üçün övliya və salehlərə yalvararaq onlardan kömək diləmək (təvəssül), Qurani Kərimi və ya ondan götrülmüş hər hansı bir ayəni məsxərəyə qoymaq, Peyğəmbər – sallallahu aleyhi və səlləm – rişxənd etmək, Uca Allahın İsimlərindən birinə istəhza etmək, Cənnət, Cəhənnəm və s. bu kimi mövzulara əhəmiyyət verməmək, Allah mənə Cənnəti versə də girmərəm, namaz qılandan bəri heç bir xeyir görmədim, sənə namazın heç bir faydası olmaz, Namaz, oruc vacib deyildir, İslam bu zamana uyğun deyildir, İslam dini müsəlman ölkələrinin geri qalması deməkdir, özünə vəhy gəldiyini iddia edən və s.
Belə bir şeyləri zarafatla olsa da belə söyləmək, məsxərəyə qoymaq, istehza obyektinə çevirmək, əhəmiyyətsizləşdirmək insanı dindən çıxararaq – Allah qorusun – mürtəd edə bilər. Ağzından belə bir sözlər çıxmış adam dərhal tövbə edib Şəhadət Kəlməsini söyləməlidir və peşmançılıq çəkərək bir daha belə qorxunc vəziyyətə düşməməyə qətiyyət və səy göstərməlidir.
Dostları ilə paylaş: |