3) KAHİN VƏ BAXICILARA GETMƏK – Onların qeyblə bağlı söylədikləri hər hansı bir şeyi təsdiq etmək. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim kahin və ya baxıcının yanına gedib onun dediyini təsdiq edərsə Məhəmmədə nazil ediləni inkar etmişdir»252.
4) QADINLA ARXADAN ƏLAQƏDƏ OLMAQ – Heyzli qadınla əlaqədə olmaqda bu qəbildəndir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim kahinin yanına gedib onun dediyini təsdiqləyərsə və ya heyzli qadınla əlaqədə olarsa və yaxud qadınla arxadan yaxınlıq edərsə Məhəmmədə nazil olanı inkar etmişdir»253.