SəLƏFİ saliHİN ƏQİDƏSİ qadağalardan çƏKİNMƏk bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 20 Dekabr 2008-ci İl Tarixli İcazəsi Əsasında Çap Edilmişdir №dk-169/H



Yüklə 3,12 Mb.
səhifə68/330
tarix02.01.2022
ölçüsü3,12 Mb.
#2786
1   ...   64   65   66   67   68   69   70   71   ...   330
9) ATADAN İMTİNA ETMƏK - Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Atalarınızı tərk etməyin. Kim bilə-bilə atasını rəd edərsə o, kimsə küfr etmişdir»259.

Yenə də insanın böyük küfrə batdığı bir sıra hallar vardır ki, onun kafir adlandırılmasına hökm verilmir. Qəsdən deyilməyən, dil xətaları ilə küfrə salan hər hansı bir sözün deyilməsi, iradəsindən aslı olmadığından sahibini kafir etmir. Yuxu, bayğınlıq halında və ya sərxoş vəziyyətdə olarkən ağlı fəallığı kütləşdiyindən baş verən küfr əməl və ya deyilən sözlər sahibini kafir etmir. Qəlbi imanla sabit olduğu halda ölümlə və ya digər vəsitələrlə qorxudularaq küfrə məcbur edilən əməl sahibini kafir etmir. «Qəlbi imanla sabit olduğu halda (küfr sözünü deməyə) məcbur edilən (dil ilə deyib qəlbi ilə onu təsdiq etməyən) şəxs istisna olmaqla hər kəs iman gətirəndən sonra küfr etsə (onu ağır təhlükə gözləyir)». (ən-Nəhl 106). Küfrə aparan bir davranış olduğu halda bunu zarafat, əyləncə xatirinə etdiyini bildirən şəxs həm zahirən, həm də batinən də küfrə batmışdır. Belə ki, istər ciddi olaraq, istərsə zarafatla kafir davranışlara yol verənlər kafirdirlər. «(Ya Muhəmməd! Təbuk döyüşünə gedərkən səni lağa qoyan) münafiqlərdən (nə üçün belə etdiklərini) soruşsan: Biz ancaq söhbət edib zarafatlaşırdır, əylənirdik deyə cavab verərlər. De ki: Allaha, Onun ayələrinə və Peyğəmbərinə istəhzamı edirsiniz». (ət-Tövbə 65). Təkfir məsələsində küfrü vacib edən davranış ilə, o davranış sahibi olan kimsəni ayrı dəyərləndirmək lazımdır. Məs: Allahın hər yerdə olduğunu, Qurani Kərimin yaradılmış olduğunu söyləmək, Allahın ilahi sifətlərini nəfy (inkar) etmək və s. küfrdür. Belə ki, bu söz və ya əməlin küfr olması babına aiddir. Lakin söz hər hansı bir şəxs barəsindədirsə onun küfrünə hökm verməkdə tələsməmək, dayanmaq və küfrlə ittiham etməmək lazımdır. Ta ki, ona haqq bəyan olunana qədər. Çünki o, ayə və hədisləri səhf başa düşən, hədisin səhih olduğunu bilməyən, zəif hədisə əsaslanan, təvilçi biri ola biləcəyi kimi, ayə və hədisləri başa düşmək qabiliyyətinə malik olmayan cahil birisi də ola bilər. Münaqişə və dəlilin bəyan edilməsi ilə həmən şəxsin şübhələri ortadan qaldırıldıqdan sonra vəziyyət artıq dəyişir. Çünki cahilcəsinə təvil edən və şübhə içində olan kimsə ilə günahkar və inadcıl kimsə eyni deyildir.



Cahil və bənzəri insanların küfrünə hökm etməmək, onların rahat başa düşəcəkləri bir səviyədə dəlillər gətirib izah etmədən mümkün deyildir ki, o dəlilləri (özləri) başa düşsünlər. Təkfir və digər məsələlər haqqında həmişə olduğu kimi Əhli Sünnə vəl Cəmaat yenə də firqələr arasında orta yolu tutmuşlar. Uca Allah onları bir-birilərini təkfir etmək-dən qorumuşdur. Başqaları haqqında da elmə, ədalətə uyğun olaraq hökm verərlər. Təkfir məsələsi Allah və Rəsulunun yeganə ixtiyar sahibi olduğuna aid mövzudur və Allah və Rəsulunun kafir saydıqlarından başqa heç kimsə kafir sayıla bilməz. Bir kimsənin küfrünə hökm verəcək kimsə Allah haqqında bilmədiyi bir sözü söyləməkdən qorxaraq yavaş və diqqətli hərəkət etməsi lazımdır. Məhz buna görə də bu mövzu təhlükəlidir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Bir kimsə başqasını fasiqlikdə və ya kafirlikdə ittiham edərsə əgər o, kimsə belə deyilsə mütləq o, söz ona geri dönər»260. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Bir kimsə belə olmadığı halda başqa bir kimsəni kafir və ya ey Allahın düşməni deyə çağırarsa bu söz mütləq onu söyləyənə geri dönər»261. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim bir mömini küfürdə ittiham edərsə bu onu öldürmək kimidir»262. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm – buyurdu: «İsrail oğulları arasında qardaşlıq münasibəti qurmuş iki kimsə vardır. Bunlar biri günah işlər görər, digəri isə böyük bir həvəslə ibadət edərdi. İbadət edən kimsə digərini günah edən an gördükdə dayanıb ona nəsihət verərək: «Bu günahdan əl çək» deyərdi. Bir gün yenə də onun günah işlədiyini görüncə ona: «Bu günahdan əl çək!» dedi. O isə: «Məni Rəbbimlə tək burax (mən bilərəm, Rəbbim bilər). Sən mənim üzərimə gözətçi göndərilməmisən?» dedikdə ibadət sahibi: «Allaha and olsun ki, Allah səni bağışlamayacaqdır (Allah səni Cənnətə salmayacaqdır) deyərkən ruhları alındı. Hər ikisidə bir yerdə aləmlərin Rəbbinin hüzurunda həşr olundular. Allah ibadət edən kimsəyə: «Sən Məni dərk edib tanıyan birisisənmi? Yoxsa ki, mənim əlimdə olanlardan xəbərdarsan? Günahkar kimsəyə isə: «Rəhmətimlə Cənnətə gir» deyə buyurdu. İbadət edən kisə üçün: «Götürün bunu Cəhənnəm atəşinə atın» deyə buyurdu. Əbu Hureyrə: «O, kimsə dünyasını da, axirətini də məhv edən bir söz söyləmişdir»263.


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   330




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin