KÜFRÜN RÜKUNLARI – TƏKƏBBÜRLÜK – boyun əyməyə mane olar. HƏSƏD - nəsihəti qəbul etməyə mane olar. QƏZƏB - ədalətə, ŞƏHVƏT - isə ibadət etməyə mane olar. Təkəbbürlüyün dirəyi yıxılarsa qulun boyun əyməsi asantlaşar, həsədin dirəyi yıxılarsa qulun nəsihəti qəbul etməsi, qəzəb dirəyi yıxılarsa ədalət, şəhvət dirəyi yıxılarsa ibadət o, qul üçün asantlaşar.
BİR QULDA HƏM ŞİRK, HƏM KÜFR, HƏM NİFAQ BİR YERDƏ CƏM OLA BİLƏR? - Günümüzdə olan təkfirçilər Quran və Sünnədə kafirlərə gələn hədə və təhdid ayələrini bir başa müsəlmanların üzərinə tətbiq edirlər. Lakin bilindiyinə görə ayə və hədislərdə keçən şirk, küfr kəlimələri gəldikdə hökm vermək üçün tələsmək lazım deyil. İlk öncə öyrənmək lazımdır ki, bu kəlimələrdən (şirk, küfr) ilə nə qəsd olunur? Böyük şirk, küfr, yoxsa kiçik? İslamdan çıxardandır, yoxsa İslam dairəsindən çıxardmayandır? Bu haqda daha ətraflı:
İtaətlər imanın şöbələri olduğu kimi bütün günhlar da küfrün şöbələridir. Əhli Sünnə vəl Cəmaata görə bir qulda imanın bəzi şöbələri ilə, imanın əslinə və həqiqətinə zidd olmayan küfrün və ya nifaqın bəzi şöbələri olması mümkündür. «Onlar o, gün imandan daha çox küfrə yaxın idilər…». (Ali İmran 167). AbdurRahman əs-Sədi – rahmətullahi aleyhi - deyir ki: «Bu ayədə bir qulda həm iman, həm də küfr ola biləcəyinə və bunlardan birinə digərindən daha yaxın ola biləcəyinə dəlil vardır».
Şirk, küfr, nifaq, bidət, zülm Tövhidin və İmanın ziddidir. 1-ci qayda olaraq biz bilməliyik ki: Şirk, küfr, nifaq, bidət hər biri iki qismə bölünür. Böyük şirk, böyük küfr, böyük nifaq və s. Həmçinin kiçik şirk, kiçik küfr, kiçik nifaq və s. Nə üçün bunlar iki qismə bölünürlər? Bizlər bunu nə üçün bilməliyik? Quran və Sünnəni daha gözəl başa düşmək üçün. Əgər bizlər Quran və Sünnədə şirk, küfr, nifaq kəlimələrinə rast gəldikdə birinci qaydaya əsasən biləcəyik ki, bütün bu kəlimələr (şirk, küfr, nifaq) iki qismə bölünürlər. Əgər biz bu qaydanı bilməsək elə zənn edəcəyik ki, bu kəlimələr İslamdan çıxardan böyük şirk, böyük küfr və böyük nifaqdır. Qaydanı bildikdə isə artıq tələsməz, ayə və hədislərdən hansı qism şirk, küfr və nifaqdan söhbət getdiyi barədə fikirləşər və hökm verməyə tələsmərik. 2-ci qayda odur ki, Tövhidin və İmanın əsli və şöbələri olduğu kimi, şirk və küfrün də əsli və şöbələri vardır. Böyük şirk, küfr, nifaq Tövhid və İmanın ziddidir. Yəni: Böyük şirk və böyük küfrün əsli Tövhid və İmanın əslinə ziddir. Ya sənin qəlbində şirk və küfrün əsası, ya da sənin qəlbində Tövhid və İmanın əsası olmalıdır. Əgər qəlbdə İmanın əsası olarsa orada küfə, küfrün əsası olarsa orada İmana yer olmaz. Kiçik şirk, küfr və nifaq Tövhid və İmanın kamiliyyinə ziddir. Yəni: Kiçik şirk, küfr böyük şirk və küfrün şöbələri (budaqlarıdır).
Daha aydın olsun deyə bir məsəl ilə bunu izah edək: İki ağac təsəvvür edin. Bir ağacın həm kökü, həm də budaqları küfrdü. Yəni ağacın həm əsası küfrdü, həm də budaqları küfrün şöbələridir. Digər ağac isə İslam ağacıdır. Həm kökü İmanın əsası, həm də budaqları (şöbləri) imanın budaqlarıdır. Həm iman, həm də küfr ağacından bir budaq qıraq. Sonra küfr ağacından qırılan budağı iman ağacından qırdığımız budağın yerinə calağ edək (sadəcə bir budaq). Onda sizə belə bir sual verək. Küfr ağacından bir budaq qırıb iman ağacına calağ etməklə bizdə iman ağacı oldu, yoxsa küfr? Sösüz ki, iman ağacı olaraq qalır. Biz dedik ki, budaqlar kiçik küfrün şöbələridir və imanın əslinə yox, kamilliyinə ziddir. Bizdə iman ağacı o, vaxta qədər iman ağacı olaraq qalır ki, imanın əsası (ağacın kökü) küfrün əsası (küfrün kökü) ilə dəyişmədikcə. Buradan da 3-cü qayda: Bir mömin qulda həm iman, həm də küfr qəlbdə bir yerdə ola bilər. Burada olan küfr hansı küfrdür? Sözsüz ki, kiçik küfrdən söhbət gedir. Əgər biz böyük küfr desək onda heç imandan söhbət də gedə bilməz. Ona görə də deyilir ki, böyük şirk, küfr imanın əslinə (Yəni: İnsanı İslam dairəsindən çıxardır), kiçik küfr isə imanın kamilliyinə ziddir.
Dostları ilə paylaş: |