SəLƏFİ saliHİN ƏQİDƏSİ qadağalardan çƏKİNMƏk bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 20 Dekabr 2008-ci İl Tarixli İcazəsi Əsasında Çap Edilmişdir №dk-169/H



Yüklə 3,12 Mb.
səhifə82/330
tarix02.01.2022
ölçüsü3,12 Mb.
#2786
1   ...   78   79   80   81   82   83   84   85   ...   330
BİDƏT

BİDƏT BƏD sözündən götrülmüşdür. Uydurma, yeni bir şey irəli sürmək deməkdir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – in vəfatından sonra ibadət və Allaha yaxınlıq niyyətilə qondarılmış, lakin nə Quranda, nə də Sünnədə dəlili olmayan hər hansı bir etiqadi sözə və əmələ deyilir. «Göyləri və yerləri icad edən (yoxdan yaradan) Odur». (əl-Bəqərə 117). Bu ayədə olan yaradan BƏDİ yəni Allah bundan əvvəl olmayan bir şeyi icad etdi deməkdir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Şübhəsiz ki, sözlərin ən doğrusu Allahın kəlamı, yolların ən xeyirlisi Muhəmməd - səllallahu aleyhi və səlləm - in yoludur. Əməllərin ən pisi sonradan uydurulanlardır. Sonradan uydurulub dinə salınan hər bir əməl (iş) bir bidətdir, hər bir bidət isə bir zəlalətdir (sapmaqdır), hər bir zəlalət isə oddadır298.

Bidət günahdır. Hətta itaət paltarı geyindirilsə də belə böyük günahların ən böyüyündəndir. Çünkü bu Allahın şəriətinə bənzər bir şəriət çıxarmaq deməkdir. İmam Şatibi – rahmətullahi aleyhi – deyir ki: «Dində sonradan uydurulmuş bir yoldur. Bununla şəriətə bənzətmək qəsd edilir. Allaha ibadətdə həddi aşan bir yola uymaq məqsədi ilə edilir»299. Əbu Nəcih əl-İrbad b. Səriyə - radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – bizim ilə elə bir tərzdə danışdı ki, qəlblərimiz titrədi, gözlərimiz yaşla doldu. Biz dedik: «Ey Allahın Rəsulu, bu vidalaşan bir kişinin öyüdünə oxşayır bizə vəsiyyət et». (Peyğəmbər) buyurdu: «Mən sizə uca və böyük olan Allahdan qorxmağınızı, başınıza Həbəşı bir kölə əmir olaraq təyin edilərsə, onu dinləyib itaət etməyinizi tövsiyə edirəm. Şübhəsiz ki, aranızdan (uzun bir ömür) yaşayacaq olanlar bir çox ixtilaflar (ayrılıqlar) görəcəkdir. Mən sizə mənim sünnətimə və hidayətdə olan Raşidi xəlifələrin sünnəsinə sarılmağınızı tövsiyə edirəm. Ona möhkəm sarılın, arxa dişlərınızlə ondan yapışın. Sonradan uydurulan işlərdən uzaq durun. Çünkü sonradan uydurulan hər bir şey bir bidət, hər bir bidət isə zəlalətdir»300. İbn Ömər - radiyallahu anhu – deyir ki: «İnsanlar gözəl görsələrdə hər bir bidət zəlalətdir»301.




Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   330




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin