SəLƏFİ saliHİN ƏQİDƏSİ qadağalardan çƏKİNMƏk bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 20 Dekabr 2008-ci İl Tarixli İcazəsi Əsasında Çap Edilmişdir №dk-169/H



Yüklə 3,12 Mb.
səhifə80/330
tarix02.01.2022
ölçüsü3,12 Mb.
#2786
1   ...   76   77   78   79   80   81   82   83   ...   330
2. İSLAMDAN ÇIXARTMAYAN ƏMƏLDƏ OLAN NİFAQ - (KİÇİK NİFAQ) Bu əməlin şəriətin ziddinə olaraq edilməsindən yaranmasından otraya çıxan nifaq formasıdır ki, insanı İslamdan çıxarmır. Yalan danışmaq, əmanətə xəyanət etmək, vədə xilaf çıxmaq və s. Şirkin, küfrün, fasiqliyin, zülmün və cəhalətin dindən çıxaran və dindən çıxarmayan qisimlərə ayrıldığını görürsənmi? Münafiqlik də iki qisimdir. Etiqadi münafiqlik və əməli münafiqlik. Etiqadi münafiqlik Allahın Qurani Kərimdə rədd etdiyi və onlar üçün Cəhənnəmin ən alt təbəqəsini vacib qıldığı münafiqlikdir. Əməli münafiqlik isə Peyğəmbər - səllallahu aleyhi və səlləm – in səhih hədisində söylədiyi kimi: Münafiqin əlaməti üçdür: «Danışanda yalan danışar, söz verdiyi zaman sözünü yerinə yetirməz (sözündə durmaz), ona bir şey əmənət edildikdə əmanətə xəyanət edər»283. Yenə səhih bir hədisdə Peyğəmbər - səllallahu aleyhi və səlləm – buyurur: «Dörd şey vardır ki, bunlar kimdə olarsa o, kimsə xalis münafiqdir. Lakin bu dörd xislətdən biri bir kimsədə olarsa onu tərk edincəyə qədər onda münafiqlikdən bir xislət vardır: 1) Ona bir şey əmənət edildikdə əmanətə xəyanət edər, 2) Söz söylədiyi zaman yalan söyləyər, 3) Söz verdiyi zaman yerinə yetirməz, 4) Mübahisə etdiyi zaman biyabırçı sözlərə yol verər»284. Bu əməli nifaqdır. Bəzən imanla bərabər də ola bilir. Lakin bunlar kamil şəkildə qəlbdə yerləşdiyi zaman sahibi namaz da qılsa, oruc da tutsa və müsəlman olduğunu söyləsə də dindən sıyrılıb çıxa bilər. Çünki iman mömini bu pisliklərdən qoruyar. Bir qulda bunlar kamil şəkildə olarsa və onu bu şeylərdən qoruyan heç bir şey olmazsa o, artıq xalis bir münafiq olmaqdan başqa bir şey deyildir. «Münafiqlər Allahı aldatmağa çalışırlar. Halbuki əslində Allah onları aldadır. Onlar namaza durduqları zaman tənbəlliklə qalxar, özlərini xalqa göstərərlər və Allahı da olduqca az yad edərlər». (ən-Nisa 142). «Ətrafınızdakı bədəvilər və Mədinə əhalisi içərisində ikiüzlülüyü özlərinə adət etmiş münafiqlər vardır. Sən onları tanımazsan. Biz isə onları tanıyırıq. Onlara iki dəfə əzab verəcəyik. Sonra isə ən böyük əzaba uğrayacaqlar». (ət-Tövbə 101). Ammar b. Yəsir - radıyallahu anhu – rəvayət edir ki, mən Peyğəmbər – sallallahu aleyhi və səlləm – in belə buyurduğunu dinlədim: «Dünyada ikiüzlü olanın Qiyamət günü oddan iki dili olacaqdır». Bu vaxt kobud285 bir adam onların yanından keçdi. Peyğəmbər: «Bu onlardandır» deyə buyurdu286. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «İki üzlü adamı Qiyamət günü Allah yanında insanların ən pisi görəcəksən. O, (elə bir) kimsədir ki, bunların yanına bir üzlə yaxınlaşır, digərlərinə isə başqa bir üzlə»287. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Ümmətim üçün ən çox qorxduğum şey çox gözəl danışan münafiqdir»288. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Həya və az danışmaq imandan iki şöbədir. Faydasız və boş danışmaq isə münafiqliyin iki şöbəsidir»289. İbn Ömər - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Münafiqin məsəli iki qoyun sürüsü arasında çaşqın qalaraq gah bu yana, gah da digər tərəfə gedən qoyunun məsəli kimidir»290. İbn Əbi Muleykə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in səhabələrindən olub Bədr döyüşünə qatılan otuza yaxın kişi ilə qarşılaşdım. Hamısı da nifaqdan qorxur və dinlərində fitnəyə düşməkdən özlərini arxayın hiss etmirdilər»291. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim qırx gün ərzində imamla cəmaat namazı qılarsa o, kimsə iki şeydən qorunmuş olar. Cəhənnəmdən və münafiqlikdən»292. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Döyüşmədən və özünədə döyüşməyi arzu etmədən ölən kimsə münafiqlikdən bir şöbə üzərinə ölmüş olar»293. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm – buyurdu: «Münafiq üçün sübh və işa namazından daha çətin namaz yoxdur»294. Ənəs - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Münafiqin əlaməti Ənsara nifrət (lağ) etməkdir, möminin əlaməti isə Ənsarı sevməsidir (Ənsarı sevmək iman əlaməti, onlara nifrət etmək isə nifaq əlamətidir)»295. Fudayl b. İyad – rahmətullahi aleyhi – deyir ki: «Mömin az danışar, çox iş görər. Münafiq isə çox danışar, az iş görər. Möminin danışması hikmətdir, susması təfəkkürdür, baxışı ibrətdir, işi gücü yaxşılıq etməkdir. Belə olduğu zaman daima ibadət içində olmuş olursan»296. Həsənul Bəsri – rahmətullahi aleyhi – deyir ki: «Möminin qəlbi dilinin önündədir. Danışmaq istədikdə qəlbilə düşünür sonra da ona görə danışar, ya da susar. Münafiqin isə dili qəlbinin önündədir. Danışdığı zaman qəlbilə heç düşünmədən danışar».


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   330




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin