BİDƏT HAQQINDA SƏLƏFLƏRDƏN GƏLƏN RƏVAYƏTLƏR - Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm – buyurdu: «Kim hidayətə çağırarsa ona, tabe olanların savabı qədər savab yazılar və bunların savabından bir şey də belə əskildilməz. Kimdə sapıqlığa çağırarsa ona, tabe olanların qazandığı günahı qədər günah yazılar və onların günahından heç bir şey azaldılmaz»314. Ummu Darda – radıyallahu anhə – deyir ki, Əbu Darda – radıyallahu anhu – qəzəbli halda yanıma daxil oldu və mən: «Nə olub?» deyə soruşdum. O: «Allaha and olsun ki, cəmaat namazına toplaşmaqdan başqa bu insanlarda Peyğəmbər - səllallahu aleyhi və səlləm – in əmr etdiklərindən bir şey qalmayıb»315. Ömər b. Yəhyə öz atasından, o da öz atasından rəvayət edir ki, hər gün biz sübh namazından qabaq İbn Məsud – radıyallahu anhu – nun evinin ətrafında yığışar və birlikdə namaza gedərdik. Bir gün səhər Əbui Musa əl-Əşari – radıyallahu anhu – da gəldi və İbn Məsuda: «Bir az bundan əvvəl məscidə bir hadisə ilə qarşılaşdım ki, heç xoşuma gəlmədi. Gördüm ki, bir qrup insanlar dairə şəkilində toplaşıb namazı gözləyirdilər və hər bir kəsin əlində də xırda daşlar var idi. İçərilərindən bir nəfər: «Yüz dəfə Lə İləhə İlləllah» deyin və onlar da yüz dəfə zikr edərdilər. Sonra yenə də: «Yüz dəfə Subhənəllah» deyin. İbn Məsud: «Sən onlara nə dedin» deyə soruşdu. Əbu Musa: «Sənin fikrini bilmədiyimə görə heç bir söz demədim» dedi. Məscidə gəldik. İbn Məsud – radıyallahu anhu – o, cəmaatdan birinə yaxınlaşdı və: «Sizin halınız nədir?» deyə soruşdu. Onlar: «Bu daşlar vasitəsilə bizlər nə qədər zikr etdiyimizi sayırıq» dedilər. İbn Məsud: «Daha gözəl olardı ki, sizlər öz pis əməllərinizi sayasınız, o ki, qaldı sizin yaxşı əməllərinizə mən zaminəm ki, onların heç biri itməyəcəkdir. Vay sizin halınıza, ey Muhəmməd ümməti! Səhabələr sizlərin arasında olduğu vaxt nə tez sizlər uçuruma doğru getdiniz… Onlar: «Ey AbdurRahman! Biz yalnız xeyir istəyirdik!» dedilər. O: «Sizin kimi nə çox xeyir istəyənlər, lakin bu xeyirdən məhrumdurlar. Həqiqətən Peyğəmbər - səllallahu aleyhi və səlləm – buyurmuşdu ki, insanlar vardır ki, onların oxuduqları Quran boğazlarından aşağı enməz. Allaha and olsun ki, bəlkə də sizlərin çoxu onlardansınız». Amr b. Salam deyir ki: «Həqiqətən də biz onların çoxunu Nəhrəvanda Xəvariclərin dəstəsində gördük»316. İbnul Məcisun deyir ki, İmam Malikin belə dediyini dinlədim: «Hər kim İslamda gözəl görərək bir bidət ortaya çıxararsa, Muhəmməd – sallallahu aleyhi və səlləm – in risalətinə qarşı xainlik etdiyini iddia etmiş olur. Çünki Uca Allah: «Bu gün dininizi tamamlayıb mükəmməl etdim….». (əl-Maidə 3) deyə buyurdu. Bu baxımdan da o, gün din olmayan heç bir şey bu gün də din olmaz»317. Xuzeyfə b. Yəmən - radıyallahu anhu – deyir ki: «Peyğəmbər – sallallahu aleyhi və səlləm – in səhabələrinin ibadət deyə etmədiyi heç bir şeyi siz də ibadət deyə etməyin. Çünki əvvəl gələn, sonra gələnə söyləyəcək bir söz buraxmamışdır. Ey Alimlər topluluğu! Allahdan qorxun. Sizdən əvvəlkilərin izlədiyi yolu tutun»318. İbn Ömər -radıyallahu anhu – deyir ki: «İnsanlar əvvəlkilərin izlədikləri (yolu) izlədikcə doğru yolla getməyə davam edəcəklər»319. Əbu Dərda - radıyallahu anhu – deyir ki: «Sən əvvəlkilərin izini (yolunu) izlədiyin müddətdə əsla azmazsan»320. İbn Abbas - radıyallahu anhu – deyir ki: «Sünnət əhli olan bir kimsəyə baxmaq, sünnətə dəvət edər, bidəti isə qadağan edər»321. İbn Məsud - radıyallahu anhu – deyir ki: «Bizə Uca Allahın Kitabından və ya Allahın Elçisinin sünnəsi ilə bağlı bildiyimiz hər hansı bir məsələ haqqında soruşsanız biz onu sizə çatdırarıq. Lakin sizin sonradan uydurduğunuz şeylərə biz cavab vermirik»322. Peyğəmbər –sallallahu aleyhi və səlləm – buyurdu: «Allah hər bidət sahibinin tövbəsini o, bidətini tərk edincəyə qədər pərdə ilə əngəlləmişdir»323. Əbu İdris əl-Həvlani – rahmətullahi aleyhi – deyir ki: «Bir ümmət dində bir bir bidət ortaya çıxarsa mütləq Allah bu səbəbdən onlardan bir sünnəni götürər»324. Ömər - radıyallahu anhu – deyir ki: «Rəy əhli (Kitab və Sünnəyə əsaslanmayaraq öz rəyləri ilə hökm edənlər) sünnəyə müxalif olanlardır. Hədisləri yadda saxlamaq onlara çətin gəlmişdir. Onlar hədisləri tərk etdiklərinə görə onları yadda saxlaya bilməmişlər. Bunun nəticəsində öz fikirlərinə əsaslanaraq öz ağıllarına uyğun söz söyləmişlər. Bununla da həm özləri azmışlar həm də başqalarını azdırmışlar»325. İbn Məsud, Ubey b. Kəb - radıyallahu anhum – deyirlər ki: «Sünnədə iqtisad, bidətlərdə ictihad etməkdən xeyirlidir (yəni: az da olsa sünnə ilə əməl etmək çox bidətlə əməl etməkdən xeyirlidir)326. İbn Məsud - radıyallahu anhu – deyir ki: «Siz (sünnəyə) tabe olun. Bidət ortaya çıxarmağa çalışmayın. Çünki sünnə sizə kifayət edər, bidətə ehtiyac yoxdur»327. İbn Abbas - radıyallahu anhu – deyir ki: «Bir il keçməmiş insanlar bidəti ortaya çıxarmağa və sünnəni məhv etməyə başladılar. Nəhayət bidətlər yayılmağa, sünnə isə tərk olunmağa başladı»328. Umm əd-Dərda - radıyallahu anhə – deyir ki, bir gün Əbu Dərda - radıyallahu anhu – qəzəbli halda mənim yanıma girdi. Mən: «Sənə nə olub ki, belə qəzəblisən?» dedim. O: «Allaha and olsun ki, mən bilmirəm bu insanlarda cəmaat namazına yığılmaqdan başqa Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən nə qalıb»329. Abdullah deyir ki: «Sünnət üzərə olub az əməl etmək, bidət üzərə olub çox əməl etməkdən daha xeyirlidir»330. Zuhri – rahmətullahi aleyhi – deyir ki: «Sünnətə sımsıxı sarılmaq qurtuluşdur»331. İbn Məsud - radıyallahu anhu – deyir ki: «Sonradan ortaya çıxan bidətlərdən özünüzü qoruyunuz. Çünki din qəlbdən heç bir zaman bir dəfəyə silinməz. Lakin şeytan sizlər üçün qəlbdən imanı büstbütün silənə qədər bidətlər ortaya qoyar». İbn Abbas - radıyallahu anhu – deyir ki: «Bidət əhli olanlarla oturub qalxma, çünki onlarla oturub qalxmaq qəlbləri xəstə edər»332. İbn Ömər - radıyallahu anhu – deyir ki: «Hər bir bidət sapıqlıqdır. İstərsə insanlar onu gözəl görsünlər»333. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim bidət etsə və ya bidətçini gizlətsə onu Allah, mələkləri və bütün insanlar lənətləyəcəklər»334. Abdullah b. Ömər - radıyallahu anhu – ya bir məsələ haqqında sual verib sonra da atan (Ömər) bunu qadağan etmişdir deyən bir kimsəyə belə cavab vermişdir: «Peyğəmbər – sallallahu aleyhi və səlləm – in əmrinə uymaq daha uyğundur, yoxsa atamın əmrinə?»335. İbn Abbas - radıyallahu anhu – sünnətə qarşı ona təməttu həcci haqqında soruşana demişdir: «Belə getsə çox keçməz ki, səmadan üzərinizə daşlar yağar. Mən sizə deyirəm ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – belə buyurdu deyirəm, sizlər də mənə Əbu Bəkr və Ömər belə dedilər, deyirsiniz»336. Abdullah b. Məsud - radıyallahu anhu – deyir ki: «Cəmaat haqqa uyğun olandır. Tək də olsan haqqa uyğun hərəkət edirsən. Bil ki, cəmaat sənsən»337. Qudayf b. əl-Hərisdən - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Bir qövm bir bidət ortaya çıxarsa mütləq sünnədən bir o, qədəri yox olar»338. Şeyx əl-Albani – rahmətullahi aleyhi – deyir ki: «İslam dövlətini qəlbinizdə qurun ki, sizin üçün o. yer üzündə də qurulsun». İmam Şafii – rahmətullahi aleyhi – deyir ki: «Mən hədis əhlindən bir kimsəni gördümmü sanki Peyğəmbər – sallallahu aleyhi və səlləm – in səhabələrindən birini görür kimi oluram»339. Amr b. Qeys əl-Mulai – rahmətullahi aleyhi – deyir ki: «Əgər sən bir gəncin əvvəldən (ilk yetişdiyi andan etibarən) Əhli Sünnə vəl Cəmaatla birlikdə yetişdiyini görsən bir ki, ondan (xeyirli şeylər) uma bilərsən. Əgər bidət əhli ilə birlikdə olduğunu görsən ondan ümüdünü kəs. Çünki gənc adam birinci dəfə necə yetişərsə o, cür də olacaq»340. Başqa bir yerdə: «Cavan yetişir. Əgər elm əhli ilə oturub durmağı seçirsə, qurtulması ehtimalı böyükdür. Əgər başqalarına meyl edəcəksə, həlak olma ehtimalı böyükdür»341. Abdullah b. Mubarək – rahmətullahi aleyhi – deyir ki: «Güvənib dayandığın əsər (əvvəlkilərin yolu) olsun»342. Muafa b. İmran – rahmətullahi aleyhi – deyir ki: «İnsanı öləndən sonra tərif et. Çünki ölənə qədər onun sünnə və ya bidət üzərə öləcəyi bilinməz»343. Meymun b. Mihran – rahmətullahi aleyhi – deyir ki: «İslamdan başqa adlandırılan hər bir addan çəkin»344. Əbu Bəkr əl-Əyyaş – rahmətullahi aleyhi – dən sünnə əhli kimdir? deyə soruşduqda o, dedi: «Nəfsin müxtəlif istəklərindən bəhs ediləndə onların heç birinə tərəfdər olmayandır»345. Həssən b. Atiyyə – rahmətullahi aleyhi – deyir ki: «Cəbrail Allah Elçisinə – sallallahu aleyhi və səlləm – ə Quranı gətirdiyi kimi sünnəni də gətirdi»346. Fudeyl b. İyad – rahmətullahi aleyhi – deyir ki: «Gördüyüm bütün xeyirli insanlar sünnəyə bağlı kimsələr idilər və bidət sahiblərindən uzaq qalmağı əmr edərdilər»347. İmam Şafii – rahmətullahi aleyhi – deyir ki: «Sünnətə müxalif olaraq haqqında söz söylədiyim nə qədər məsələ varsa mən ondan həyatımda olsun, ölümümdən sonra olsun vaz keçirəm»348. Rabi b. Süleyman deyir ki: «İmam Şafii bir gün bir hədis rəvayət etdi. Bir nəfər: «Ey Abdullahın atası! Sən bunu qəbul edirsən?» deyincə Şafii: «Mən Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən gələn səhih bir hədis rəvayət edib və onu qəbul etməmiş olsam siz şahid olun ki, mən ağlımı başımdan itirmişəm»349. Fudeyl b. İyad – rahmətullahi aleyhi – deyir ki: «Bidət sahibi olan bir kimsəyə dinə aid olan məsələlərdə heç vaxt güvənmə. İşlərində onunla istişarə (məşvərət) etmə. Onun yanında oturma. Bidət sahibi olan kimsənin yanına oturan bir kimsənin qəlbini Uca Allah kor edər»350. Abdullah b. Mubarək – rahmətullahi aleyhi – deyir ki: «Allahım bidət əhlindən olan bir kimsənin mənə bir yaxşılıq etməsindən və sonda mənim qəlbimin ona sevgi bəsləməsinə imkan vermə»351. Sufyan əs-Sovri – rahmətullahi aleyhi – deyir ki: «Hər kim bir kimsənin bidət sahibi olduğunu bildiyi halda o, kimsəyə qulaq verib (onu dinləyərsə) Allahın onu qoruması üzərindən qalxar və öz halına buraxılar»352. İmam Malik – rahmətullahi aleyhi – deyir ki: «Bu ümmətin başı nə ilə islah olunmuşsa, bu ümmətin sonu da ancaq onunla islah olunur (düzəlir). O, gün din olmayan heç bir şey bu gün də din olmaz»353. İmam əl-Əvzai – rahmətullahi aleyhi – deyir ki: «Bidət sahibi olan bir kimsənin mübahisə etməsinə imkan verməyin. O, vaxtı fitnəsi səbəbiylə qəlbinizə şübhə düşər»354. Məlik b. Ənəs – rahmətullahi aleyhi – deyir ki: «Bidət əhli kimsə ilə nigahlanmaz, bidət əhli kimsəyə qız verilməz və onlara salam verilməz»355. İmam Əhməd – rahmətullahi aleyhi – deyir ki: «Bizə görə sünnətin əsasları Peyğəmbər – sallallahu aleyhi və səlləm – in səhabələrinin izlədiyi yola sarılmaq, onlara uymaq və bidətləri tərk etməkdir. Çünki hər bir bidət yol azmaqdır»356. Qazı Şureyh – rahmətullahi aleyhi – deyir ki: «Sünnə sizin qiyasınızdan da əvvəldir. Elə isə Sünnəyə tabe ol, bidətçi olma»357. İmam Məlik – rahmətullahi aleyhi – deyir ki: «Bidətlərdən çəkinin». Bidət nədir? Deyə soruşulduqda. O: «Bidətçilər Allahın isimləri, sifətləri, kəlamı, elmi və qüdrəti haqqında danışıb duran, səhabələrin və gözəl bir şəkildə onlara tabe olanların susduqları (mövzuda) yerdə susmayan kimsələrdir»358. İmam Əhməd b. Sinan əl-Kattan – rahmətullahi aleyhi – deyir ki: «Dünyada nə qədər bidətçi varsa mütləq hədis əhlinə ağız əyər. Çünki adam bidət ortaya qoydumu qəlbindən hədisin ləzzəti sökülüb alınır»359. Fudayl b. İyad – rahmətullahi aleyhi – deyir ki: «Hidayət yollarına uy. O, yolu izləyənlərin azlığının sənə zərəri yox. Əyri yollardan isə çəkin. Həlak olanların çoxluğuna da aldanma»360. Sələflər deyillər ki, bağlılığın şəxslərə deyil, dinə olsun. Çünki haqq qalandır, şəxslər isə gedəndir. Haqqı bill, haqq əhlihi də bilərsən. Həsənu Bəsri – rahmətullahi aleyhi – deyir ki: «Bir kimsə əgər ilk gedənlərə (sələfə) yetişənlərdən olsaydı və sonra bu gün dirilmiş olsaydı İslamdan tanıdıq bir şey görməzdi. Bu namaz müstəsna»361. İbn Sirin – rahmətullahi aleyhi – deyir ki: «Həm bir bidəti qəbul edib, həm də bir sünnəyə əməl edən heç kimsə ola bilməz»362.