SəLƏFİ saliHİN ƏQİDƏSİ qadağalardan çƏKİNMƏk bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 20 Dekabr 2008-ci İl Tarixli İcazəsi Əsasında Çap Edilmişdir №dk-169/H



Yüklə 3,12 Mb.
səhifə89/330
tarix02.01.2022
ölçüsü3,12 Mb.
#2786
1   ...   85   86   87   88   89   90   91   92   ...   330
FASİQLİK

FASİQLİK«Həqiqətən münafiqlər fasiqlərdir!». (ət-Tövbə 67). Allah Lut – əleyhissəlam – ın qövmü haqqında buyurur: «Həqiqətən onlar pis, fasiq bir tayfa idilər». (əl-Ənbiya 74). Allah ismətli qadınlara böhtan atanlar haqqında: «Onlar sözsüz ki, əsl fasiqlərdir». (ən-Nur 4). «Ey iman gətirənlər! Əgər bir fasiq sizə pis bir xəbər gətirsə, dərhal onun doğruluğunu yoxlayın, yoxsa bilmədən bir qövmə pislik edər, sonra da etdiyinizə peşman olarsınız!». (əl-Hucurat 6). FISK bir şeyin və ya bir məqsədin kənarına çıxmaq deməkdir. Fısq itaətdən çıxmaq deməkdir. Fısq – Fucur (əxlaqsızlıq, günahkarlıq) mənasına da gəlir363. İstilahi mənası – Üsyan, Allahın əmrini tərk etmək, Ona itaətdən çıxmaq, haqq yoldan ayrılmaq deməkdir. Fasiq kimsə üsyan edən və dinin sərhədlərini aşan kimsə deməkdir. Rəbbinə itaətdən çıxdı mənasında olan – FƏSƏKA ƏN ƏMRİ RABBİHİ deyilir. Fısq küfrdən daha geniş mənanı əhatə edir. Çünki bu kəlimə küfrü və onun altında böyük və kiçik bütün günahları əhatə edir. İki qismdir.


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   330




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin