KƏFFARƏ CƏZASININ TƏYİN EDİLDİYİ YERLƏR
Kəffarələr üç günaha görə buyurulmuşdur: BİRİNCİ - Əsli halaldır, lakin müəyyən vaxtlarda qadağan edilən bir şeyi qadağan vaxtı etmək: Məs: Həcc ehramına girən kimsənin və oruclu bir kimsənin xanımı ilə yaxınlıq etməsi, heyizli və ya nifaslı xanımı ilə yaxınlıq etməsi. Əsli halaldır, lakin müəyyən vaxtlarda qadağa gəlmişdir. Bir kimsənin xanımı ilə arxa dəlikdən yaxınlıq etməsi belə deyildir. Çünkü bu heç bir zaman halal olmayıb. Buna görə də bəzi fəqihlərin arxa dəlikdən yaxınlıq etməyi heyz və nifasa qiyas edərək ona da kəffarə verilməsini söyləmələri doğru deyildir. Arxa dəlikdən yaxınlıq homoseksualizm və içki içmək kimi heç bir vaxt halal olmayan bir əməldir. İKİNCİ – Allaha nəzir demək, Allahın adından and içmək və ya Allah üçün bir şeyi özünə haram edib sonra da onu halal etmək istəyən kimsə. Allah bunlar üçün kəffarələr təyin etmişdir. Bəzi fəqihlər qeyd edirlər ki, andın pozulmasına təyin edilmiş kəffarə yalnız Allahın adına olan hörmətsizliyə görə günahı ortadan qaldırsın deyə təyin edilmişdir. Çünkü andı pozmaq bəzən vacib, bəzən müstəhəb də olur. Kəffarə isə bağladığı əhdə görədir. ÜÇÜNCÜ – Bu da meydana gələn bəzi xətalar, etdiyi əskiklikləri düzəltmək üçün kəffarə vardır. Məs: Xətadan adam öldürmək, ehramda ov ovlamaq və s.
Dostları ilə paylaş: |