QƏDƏRİ CƏZALAR
Qədəri cəzalar iki növdür: BİRİNCİ – Qəlb və bədənə verilən cəzalar. İKİNCİ – Bədənə və mallara verilən cəzalar.
Qəlblərə verilən qədəri cəzalar iki növdür: BİRİNCİ – Qəlbə vurulan ağrılar. İKİNCİ - İnsanın qəlbinə həyat verən maddələrin, vasitələrin qəlbindən kəsilməsi. Əgər o, maddələr qəlbdən kəsilərsə onda onun ziddi orada hasil olar. Qəlblərin cəzalarından ən şiddətli olanıdır. Bədən cəzalarının əsli də bunlardandır. Bu cəzalar güclənər, gücləndikcə də artar. Hətta qəlbdən çıxaraq bədənə keçər. Bədənin ağrısı qəlbə keçdiyi kimi qəlbin də ağrısı bədənə keçir. Can bədəndən ayrıldıqda hökm ona bağlanar. Qəlbin cəzası da o, zaman ortaya çıxar və aşkar olar. Qəbr əzabı deyilən də budur. Bu əzabın qəbirdəki halı, bu dünyada olan bədənlərin əzabı kimidir.
Dostları ilə paylaş: |