SəLƏFİ saliHİN ƏQİDƏSİ qadağalardan çƏKİNMƏk bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 20 Dekabr 2008-ci İl Tarixli İcazəsi Əsasında Çap Edilmişdir №dk-169/H



Yüklə 3,12 Mb.
səhifə101/330
tarix02.01.2022
ölçüsü3,12 Mb.
#2786
1   ...   97   98   99   100   101   102   103   104   ...   330
ŞƏRİ CƏZALAR

Aişə - radıyallahu anhə – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Müsəlman bir kimsənin qanı üç haldan birində tökülə bilər. Zina edərsə daşqalaq edilir, bir müsəlmanı qəsdili şəkildə öldürərsə qətl edilir, İslam dinindən çıxaraq Allaha və Peyğəmbərinə qarşı döyüş edərsə belə bir kimsə ya öldürülməli, ya çarmıxa çəkilməli, ya da sürgün edilməlidir»369. İbn Məsud - radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allahdan başqa ibadətə layiq İlah olmadığına və mənim Allahın Rəsulu olduğuma şəhadət edən bir müsülmanın qanı üç haldan birində halal olur. Zina edən evli, qana-qan (qisas) və dini tərk edib, cəmaatdan gedərsə»370. Ömər b. Xattab - radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Ata öz oğlunu öldürdüyünə görə ölümə məhkum edilə bilməz»371. Əli - radiyallahu anhu – rəvayət edir ki: «Mömin bir kimsə kafiri öldürdüyünə görə ölümə məhkum edilə bilməz və müsəlmanlarla sülh müqaviləsi bağlamış kafir bu şərtləri pozmadan öldürülə bilməz»372. İbn Abbas - radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Əgər insan təsadüf nəticəsində atılan bir daşdan, taxtadan öldürülərsə onun kəffarəsi təsadufi ölüm kimi olur (Başqa rəvayətdə: Belə bir kimsənin kəffarəsi 100 dəvə və bu dəvələrdən qırxı qarnı balalı olmalıdır373) Əgər bir kimsə bilə-bilə, qəsdli şəkildə öldürülərsə onda qisas almaq lazımdır. Kimsə bu işə maneçilik törətməyə çalışarsa onun üzərinə Allahın lənəti nazil olar»374. İbn Ömər - radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Əgər bir kişi birini tutarsa və digəri də vuraraq onu öldürərsə, öldürən kimsəni öldürmək, tutub saxlayanı isə həps etmək lazımdır»375. İbn Ömər - radiyallahu anhu – rəvayət edir ki, naməlum şəxslər bir gənci vəhşicəsinə qətlə yetirirlər. (Bu xəbər) Ömər - radiyallahu anhu – ya çatdıqda: «Əgər bu hadisədə Sana (şəhərinin) bütün əhalisi iştirak etsəydidə belə mən onların hamısını ölümə məhkum edərək cəzalandırardım»376. Əbu Şureyx əl-Xuzai -radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Mənim bu sözlərimdən sonra kiminsə yaxını öldürülərsə, zərər çəkmiş tərəf bu iki şeydən birini seçə bilər: (Varis Allahın ona verdiyi iki şeyi alır) ya qisas, ya da (100 dəvə, qan pulu) alaraq onu bağışlayır»377. Peyğəmbər - səllallahu aleyhi və səlləm – buyurdu: «Əgər bir kimsə həkimlik sənəti ilə məşğul olursa və bu işdə yetişmiş bir həkim deyilsə o, kimsə xəstəyə vurduğu zərərə və onu öldürdüyünə görə cavabdehlik daşıyır. Başqa rəvayətdə: hər bir kəsilən (əl və ayaq) barmaqlarına görə on dəvə378379. Peyğəmbər - səllallahu aleyhi və səlləm – buyurdu: «Müsəlmanlarla sülh müqaviləsi bağlamış kafiri öldürənin kəffarəsi, öldürülmüş müsəlmana verilən kəffarənin yarısı qədərdir (yəni əlli dəvə)»380. İmran b. Hüseyn - radiyallahu anhu – rəvayət edir ki, bir gün Yala b. Umeya bir kişi ilə mübahisə edir. Biri digərini dişləyərkən o, da onun dişini vurub sındırır. Aralarında hökm vermək üçün Peyğəmbər - səllallahu aleyhi və səlləm – in yanına gəlirlər. Peyğəmbər: «Məgər qardaş öz qardaşını dəvə kimi də dişləyər? Sizin bu əməlinizə heç bir maddi ödəniş yoxdur»381. Muaz b. Cəbəl - radiyallahu anhu – rəvayət edir ki, bir nəfər İslama girdikdən sonra dindən çıxaraq İudaizimliyi qəbul edir. Muaz: «O, qətl edilməyənəcən mən yerimdə oturan deyiləm. Çünki bu Allah və Rəsulunun qoyduğu qayda qanundur». Əmr verilərək o, kimsəni öldürürlər382. İbn Abbas - radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm – buyurdu: «Kim dinindən dönərsə onu öldürün»383. Abdullah b. Amir b. Rabia - radiyallahu anhu – rəvayət edir ki: «Mən Əbu Bəkr, Ömər, Osman və onlardan sonra gələn hər bir kəsin yalan şahidliyə görə qırx qamçı ilə cəzalandırdıqlarını gördüm»384. Aişə – radıyallahu anhə – rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm – buyurdu: «Oğru (kişi və qadının) əli kəsilməlidir. Əgər onun oğurladığı dinarın dördə biri qədər və ondan da çoxdursa»385. İbn Ömər – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm – üç dirhəm məbləğində zireh oğurlamış oğrunun əlinin kəsilməsi əmrini vermişdir»386. İbn Abbas – radıyallahu anhu – rəvayət edir ki, bir nəfər Peyğəmbər - səllallahu aleyhi və səlləm – buyurdu: «Cəza verilməsi haqqında olan qərarı məsciddə həyata keçirmək olmaz»387. Abdullah b. Məsud – radıyallahu anhu – rəvayət edir ki, bir nəfər Peyğəmbər - səllallahu aleyhi və səlləm – in yanına gələrək: «Ya Rəsulullah! Mən Mədinə şəhərinin ən uzaq bir yerində qadına əl uzadıb onunla faydalandım. Mən onunla cinsi münasibət müstəsna olmaqla (öpmək, qucaqlamaq) və s. əməllər etdim. Mənim haqqımda istədiyin hökmü ver» dedi. Ömər: «Allah səni örtmüşdür. Sən də öz nəfsinin qüsrunu örtsəydin» dedi. Peyğəmbər - səllallahu aleyhi və səlləm – o, şəxsə heç bir söz söyləmədi. Adam çıxıb getdi. Peyğəmbər - səllallahu aleyhi və səlləm – onun ardıyca bir nəfər göndərib onu geri çağırdı. Peyğəmbər: «Namazı gündüzün iki başında və gecənin bəzi saatlarında qıl. Həqiqətən yaxşı əməllər pis işləri yuyub aparır». (Hud 114) ayəsini oxudu. Bir nəfər: «Ey Allahın Rəsulu! Bu hökm yalnız ona məxsusdur?» deyə soruşdu. Peyğəmbər: «Xeyr, insanların hamısına aiddir (Başqa rəvayətdə: Ya Rəsulullah! Mən cəzanı haqq edən bir qəbahət etmişəm. Bunun cəzasını mənə tətbiq et. Peyğəmbər - səllallahu aleyhi və səlləm – heç bir söz deməyib sükut etdi. O, kimsə bu sözlərini bir neçə dəfə təkrar etdikdən sonra iqamə verildi və namaz qılındı. Peyğəmbər: «Mənə de görüm – sən evdən çıxdıqda dəstəmaz aldınmı?». O: «Bəli, ya Rəsulullah!» dedi. Peyğəmbər: «Sonra sən bizimlə bərabər namaz qıldınmı?». O: «Bəli, qıldım» dedi. Peyğəmbər: «Şübhə yox ki, Allah sənin cəzanı (günahını) sənin leyhinə məğfirət etmişdir)» deyə buyurdu388. Peyğəmbər - səllallahu aleyhi və səlləm – buyurdu: «Evlənməmiş olan, evlənməmiş olanla zina edərsə bunların hər birinə yüz qamçı və 1 il də sürgün cəzası vardır. Evli və ya dul olan, evli və ya dul olanla zina edərsə bunların hər birinə yüz qamçı və daşqalaq cəzası vardır»389. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm – məsciddə ikən bir nəfər onun yanına gələrək: «Ya Rəsulullah! Mən zina etmişəm» dedi. Peyğəmbər - səllallahu aleyhi və səlləm – ondan üz döndərdi. O, kimsə Peyğəmbər - səllallahu aleyhi və səlləm – in üzünün döndüyü tərəfə keçərək: «Ya Rəsulullah! Mən zina etdim» dedi. Peyğəmbər - səllallahu aleyhi və səlləm – yenə də üzünü döndərdi. O, kimsə isə sözünü dörd dəfə təkrar etdi. Peyğəmbər: «Səndə dəlilik varmı?» deyə buyurdu. O: «Xeyr» dedi. Peyğəmbər: «Sən evlisən». O: «Bəli» dedi. Peyğəmbər - səllallahu aleyhi və səlləm – daşqalaq etmək əmrini verdi390. Bureydə – radıyallahu anhu – rəvayət edir ki, bir gün Əsləm qəbiləsindən Maiz b. Malik adında bir nəfər Peyğəmbər - səllallahu aleyhi və səlləm – in yanına gələrək: «Ya Rəsulullah! Məni təmizlə» dedi. Peyğəmbər: «Vay sənin halına! Geri dön Allaha tövbə et və istiğfar dilə». (Bir müddətdən sonra) təkrar gələrək: «Ya Rəsulullah! Məni təmizlə» dedi. Peyğəmbər - səllallahu aleyhi və səlləm – yenə də eyni şeyi söylədi. Nəhayət o, kimsə dördüncü dəfə sözlərini söylədikdən sonra Peyğəmbər: «Sən nə üçün təmizləyim» deyə buyrdu. O: «Zinadan» dedi. Peyğəmbər - səllallahu aleyhi və səlləm – bu kimsənin qəbilə və qonşularından onun dəliliyi olub, olmaması barəsində soruşdu. Ona dəli olmadığı xəbər verildi. Bu dəfə: «Bəlkə şərab içmişdir». Bir nəfər qalxaraq Maizin ağızını iylədi. Lakin onun ağzından şərab iyi gəlmirdi. Peyğəmbər: «Sən zina etdinmi?» deyə buyrdu. O: «Bəli» dedi. Bundan sonra Peyğəmbər - səllallahu aleyhi və səlləm – onun rəcm edilməsini əmr etdi. Xalq Maiz haqqında iki firqəyə ayrıldılar. Bir qrup dedilər ki, onu günahı həlak etdi, digər qrup isə onun tövbəsindən daha fəzilətli tövbə olmaz dedilər. Beləcə iki və ya üç gün keçdi. Peyğəmbər - səllallahu aleyhi və səlləm – səhabələrin yanına gələrək buyurdu: «Maiz üçün istiğfar diləyin. O, elə bir tövbə etmişdir ki, əgər bir ümmət arasında paylansaydı onların hamısını əhatə edərdi. Ravi deyir ki, bir müddətdən sonra Əzdən, Cuheynə qəbiləsinin Ğamidi nəslindən bir qadın gəldi və: «Ya Rəsulullah! Məni təmizlə» dedi. Peyğəmbər: «Vay sənin halına! Geri dön Allaha tövbə et və istiğfar dilə». Qadın: «Görürəm ki, Maizi qovduğun kimi məni də qovursan» dedi. Peyğəmbər: «Nə baş verib?» deyə buyurdu. Qadın: «Qadın zinadan hamilə olmuşdur» dedi. Peyğəmbər: «Sənmi zina etdin?». Qadın: «Bəli» dedi. Peyğəmbər: «Bətnində olan uşağı doğana qədər gözlə» deyə buyurdu. Ənsardan bir qadın bu kimsəyə uşağı dünyaya gətirənə qədər baxmağa başladı. Qadın (bir müddətdən sonra) qayıdıb gələrək: «Uşağı doğdum» dedi. Peyğəmbər: «Get, süddən kəsilənə qədər onu əmizdir». Nəhayət qadın uşağı süddən kəsincə onun əlində bir çörək parçası olduğu halda gəldi. Ey Allahın Rəsulu! Mən bu uşağı süddən kəsdim dedi. Peyğəmbər - səllallahu aleyhi və səlləm – uşağa baxmaq üçün və tərbiyyə etmək üçün müsəlmanlardan birinə verdi və qadının rəcm edilməsini əmr etdi. Sinəsinə qədər çuxur qazıldı və qadın rəcm edildi. Xalid b. Valid – radıyallahu anhu – bir daş ataraq qadını vurdu və qanı üzərinə düşdü. Bundan ötrü qadını söydü. Peyğəmbər: «Yavaş ol, ey Xalid! Nəfsim əlində olan Allaha and olsun ki, o qadın elə bir tövbə etmişdir ki, Mədinə xalqı arasında yetmiş insana paylansaydı heç şübhəsiz ki, onlara bəs edərdi (Başqa rəvayətdə: Əgər xalqdan zorla vergi toplayan zülm sahibi o, tövbə ilə tövbə etsəydi məğfirət olunardı) Peyğəmbər - səllallahu aleyhi və səlləm – o, qadın üçün cənazə namazı qıldı»391. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, bədəvilərdən bir nəfər: «Ya Rəsulullah! Allah xatirinə səndən mənim üçün yalnız Allahın kitabı ilə hökm etməyini istəyirəm. Oğlum filankəsin yanında xidmətçi işləyirdi və oğlum onun qarısı ilə zina etdi. Mənə də zinadan ötrü oğluma rəcm edilmək cəzası verilməlidir deyə xəbər verildi. Mən oğlum üçün yüz qoyun və bir cariyə fidyə verib oğlumu qurtardım. Elm əhlindən də soruşdum onlar isə oğlunun cəzası sadəcə yüz qamçı və bir ildə sürgündür dedilər. Peyğəmbər: «Nəfsim əlində olan Allaha and olsun ki, mən sizin aranızda Allahın Kitabı ilə hökm edəcəyəm. Cariyə ilə qoyunlar təkrar sənə geri qaytarılır. Oğluna da yüz qamçı və bir ildə insanlardan uzaqlaşdırmaq cəzası veriləcəkdir. Ya Uneys! Bu insanın qadınının yanına get. Əgər etiraf edərsə onu rəcm edin. O, qadın zinanı etiraf etdi və rəcm əmri yerinə yetrildi»392. İbn Ömər – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm – in yanına zina etmiş Yəhudi kişi və qadın gətrildi. Peyğəmbər - səllallahu aleyhi və səlləm – Yəhudilərin yanına gələrək: «Sizlər zina edənə Tövratla nə cəza verirsiniz?» deyə buyurdu. Onlar: «Biz zina edənlərin üzlərini qaraldır, onları bir heyvanın üzərinə mindirərək dolaşdırır və insanlara tanıdırıq» dedilər. Peyğəmbər: «Əgər doğru deyirsinizsə Tövratı gətirin». Onlar Tövratı gətirdilər və onu oxumağa başladılar. Nəhayət rəcm ayəsinə çatdıqda ayələrin üzərinə əlini qoydu ki, görsənməsin və digər ayələrə keçdi. Peyğəmbər - səllallahu aleyhi və səlləm ilə bərabər olan Abdullah b. Səlam (İslamı qəbul etmiş Yəhudi) – radıyallahu anhu – ona əmr etdi ki, əlini qaldırsın. Oxuyan əlini qaldırdıqda rəcm ayələri görsəndi. Peyğəmbər - səllallahu aleyhi və səlləm – Yəhudi kişi və qadının rəcm edilməsini əmr etdi393. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm – dən evlənməmiş zina edən cariyənin hökmü barəsində soruşdum. O: «Əgər zina edərsə ona qamçı vurun (əlli qamçı). Sonra yenə zina edərsə qamçı vurun. Sonra yenə də zina edərsə qamçı vurun. Sonra yenə də etsə onu bir ip qarşılığı da olsa satın»394. «Əgər onlar zina edərlərsə cəzaları azad qadınlara verilən əzabın yarısı qədərdir». (ən-Nisa 25). Əli – radıyallahu anhu – xütbə verərək dedi: «Ey insanlar! İstər evli olsun, istər evli olmasın. Kölə və cariyələrinizin üzərində hədd tətbiq edin… Nifaslı cariyədən isə nifasından təmizlənənə qədər hədd vurmağı tərk et»395. Peyğəmbər - səllallahu aleyhi və səlləm – in yanına şərab içmiş bir kimsə gətrildi. Peyğəmbər - səllallahu aleyhi və səlləm – ona yarpaqları soyulmuş iki xurma dəyənəyi ilə qırx (səksən) qamçı vuruldu»396.

Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   330




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin