SəLƏFİ saliHİN ƏQİDƏSİ qadağalardan çƏKİNMƏk bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 20 Dekabr 2008-ci İl Tarixli İcazəsi Əsasında Çap Edilmişdir №dk-169/H



Yüklə 3,12 Mb.
səhifə103/330
tarix02.01.2022
ölçüsü3,12 Mb.
#2786
1   ...   99   100   101   102   103   104   105   106   ...   330
FƏSUBHƏNƏLLAH - Neçə-neçə çevrilmiş qəlblər, neçə-neçə surəti dəyişmiş qəlblər və neçə sınmış, batmış qəlblər vardır ki, sahibləri bunu hiss etmirlər (fərqində də belə deyillər). Neçə-neçə insanların tərifi ilə fitnəyə məruz qalanlar, neçə-neçə Allahın neməti ilə İSTİDRAC olunanlar (yavaş-yavaş əzaba yaxınlaşanlar) vardır ki, sahibləri bunu hiss etmirlər (fərqində də belə deyillər). Bütün bunlar cəzalar və bəlalardır. Bu bir əzabdır, nemət deyildir. Əgər sən günah üzərində davam edirsənsə və nemət də sənə gəlirsə sən özünün xeyir üzərində olduğunu sanma bunların hamısı əzabdır. Günahkar nemətlərə görə sevinir və elə zənn edir ki, xeyir içərisindədir, elə zənn edir ki, bu onun üçün bir kəramətdir.

5. Günahların cəzalarından biri də Allah məkr (hiylə) edənə qarşı (hiylə) məkr qurması, aldadanı aldatması, istehza edənə istehza etməsi, haqdan dönənin qəlbini haqdan döndərməsidir.

6. Günahların cəzalarından qəlbin tərsinə çevrilməsidir. O, dərəcədə ki, haqqı batil görür, batili isə haqq, mərufu munkər, muinkəri isə məruf görür. O, insan fəsad törədir, lakin elə zənn edir ki, islah edir, Allah yolundan sapdırır, lakin elə zənn edir ki, dəvət edir, hidayəti sataraq zəlaləti alır, lakin elə zənn edir ki, hidayət üzərədir. O, kimsə öz nəfsi-istədiyinə tabe olur, lakin elə zənn edir ki, Mövlasına itaət edir. Bütün bunlar qəlblərə olan cəzalardandır.

7. Bir də dünyada ikən insanın qəlbi ilə Rəbbi arasında bir pərdənin çəkilməsidir. Qiyamət günü isə bu pərdə daha da böyük olacaqdır. «Xeyr, əslində onların qəlblərini qazandıqları günahlar qaplamışdır. Xeyr, o gün onlar Rəbbinin mərhəmətindən məhrum olacaqlar». (əl-Mutəffifin 14-15). Onlar bu kəramətə çata bilməyəcəklər. Günahlar onlar ilə özlərini yaradan Rəbləri arasında bir pərdə olacaqdır. Qəlbləri Allaha çatmaz ki, Onun yaxınlığını və ikramını qazansınlar və Onunla sevinib könülləri xoş olsun. Çünkü günahlar onlarla qəlbləri arasında və onlarla Rəbləri arasında pərdə olmuşdur.

8. Günahların cəzalarından biri də dünyada, bərzəxdə sıxıntılı bir yaşayış, axirətdə isə əzabdır. «Hər kəs mənim öyüd-nəsihətimdən üz döndərsə, güzəranı daralar və Biz Qiyamət günü məhşərə kor olaraq gətirərik». (Ta ha 124). Bu ayədə olan sıxıntılı yaşayış qəbr əzabı ilə təfsir edilmişdir. Qəbrdə olan əzab sıxıntılı yaşayışdır. Allah bu sıxıntılı yaşayışı zikrindən üz üz çevirənlərə verəcəyini bildirmişdir. Nə qədər üz döndərərsə bir o, qədər də əzab şiddətli olar. Nə qədər də o, kimsə bu dünyada nemətlər içərisində olsa da belə sıxıntı içindədir. O, kimsə qəlb rahatlığı görməz. Onun qəlbində sıxıntı, qəlbini parçalayan həsrət, peşmançılıq olar. Batil arzular və əzab içərisində olar. O, kimsə şəhvət sərxoşluğundadır. Dünya sevgisi, eşq, rəhbərlik sevgisinə görə bu əzabı hiss etmir. Buna hətta içki sərxoşluğu əlavə olunmasa da belə. Bu kimi işlərin sərxoşluğu içki sərxoşluğundan daha şiddətlidir. Çünki belə bir sərxoş insan bəzən ayılır, lakin nəfsi istəklərinə tabe olan və dünya sevgisinin sərxoş etdiyi kimsələr ayılıb özlərinə gəlməzlər. Onlar yalnız ölüm anında ayılarlar.

Elə isə Allahın Rəsuluna endirdiyi zikirdən üz çevirən insanda çətin və əzablı həyat dünyada da, bərzəxdə də, Qiyamət günü də ondan əsla ayrılmaz. İnsanın nəfsi yalnız haqq olan İlahı və Məbudu ilə hüzur tapar. Ondan başqa hər məbud batildir. Gözü və qəlbi Allah ilə sevinən kimsə hər cür sevinci əldə etmişdir. Gözü Allah ilə sevinməyən kimsənin qəlbini dünyada hər cür peşmançılıqlar, həstrətlər parça-parça edər. Allah xoş həyatı yalnız özünə iman gətirib saleh əməllər edənlərə vermişdir. «Mömin olub yaxşı işlər görən kişi və qadına (dünya və axirətdə) xoş həyat nəsib edəcək və etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik». (ən-Nəhl 97). Bu ayədə Allah Ona iman edib saleh əməl edənlərə dünyada xoş bir həyatı, axirətdə də xoş bir həyatı verməyi vəd etmişdir. (Allah buyurmadı ki, Mən onlara bol ruzi verərəm, xoş həyatı onlara misal çəkdi. Hətta xəstəlik, müsibətlər halında da xoş həyat içərisindədirlər). Onlar hər iki həyatda da həqiqi həyat sahibidirlər. Başqa bir ayədə: «Bu dünyada yaxşılıq edənləri yaxşılıq (gözəl həyat) gözləyir. Axirət yurdu (Cənnət) isə sözsüz ki, daha yaxşıdır. Müttəqilərin yurdu necə də gözəldir». (ən-Nəhl 30). «Rəbbinizdən bağışlanmağınızı diləyəsiniz. Sonra Ona tövbə edin ki, müəyyən bir müddət sizə yaxşı gün-güzaran versin və hər bir əməl sahibinə mükafatını ehsan buyursun. Əgər üz döndərsəniz bilin ki, mən böyük günün sizə üz verəcək əzabından qorxuram». (Hud 3). Müttəqilər və Muhsinlər dünya və axirət nemətlərinə nail oldular. Onlar həm bu dünyada, həm də axirətdə xoş həyata nail oldular. Həqiqi nemət qəlbin sevinci, fərəhi, ləzzəti, rahatlığı, köksün genişliyi, nuru və xoşbəxtliyidir. Bədən ləzzəti bununla müqayisə edilə bilməz. Ona görə də bu ləzzəti tapanlardan biri demişdir: «Əgər padşahlar bizim bu duyduğumuz ləzzəti bilsəydilər bizi qılıncla vurardılar». Bir başqası da: «Bəzən qəlbə elə bir ləzzət gəlir ki, o vaxt: Əgər Cənnət əhli də belə bir ləzzət duyursa onda Cənnət gözəl yerdir». Bir başqası da: «Həqiqətən də dünyada axirətdə olan Cənnət kimi bir Cənnət vardır. Hər kim bu Cənnətə girməmişsə axirətdəki Cənnətə də girməz». Peyğəmbər – sallallahu aleyhi və səlləm – bu Cənnətə işarə edərək: «Cənnət baxçalarına yetişdikdə orada bol-bol yeyin və için». Səhabələr: «Cənnət baxçaları nədir?» dedilər. Peyğəmbər: «Zikr məclisləri»398. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Evimlə minbərimin arası Cənnət baxçalarından bir baxçadır»399.




Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   330




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin