SəLƏFİ saliHİN ƏQİDƏSİ qadağalardan çƏKİNMƏk bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 20 Dekabr 2008-ci İl Tarixli İcazəsi Əsasında Çap Edilmişdir №dk-169/H



Yüklə 3,12 Mb.
səhifə106/330
tarix02.01.2022
ölçüsü3,12 Mb.
#2786
1   ...   102   103   104   105   106   107   108   109   ...   330
QADAĞALARDAN ÇƏKİNMƏK400

«Bir-birinizin malını nahaq yerə yeməyin. Xalqın mallarından bir qismini bilə-bilə haqsız yerə yemək üçün günah yolu ilə hakimə müraciət etməyin». (əl-Bəqərə 187). «Bunlar Allahın sərhədləridir, onları aşmayın». (əl-Bəqərə 187). Peyğəmbər - səllallahu aleyhi və səlləm – buyurdu: «Uca Allah doğru və düz bir yolu misal çəkdi. Bu yolun hər iki tərəfində açıq qapıları olan divar vardır. Qapıların üzərində endirilmiş pərdələr vardır. Yolun qapısı üzərində bir dəvətçi səsləyərək: «Ey insanlar! Birlikdə doğru yolla gedin. Ayrılığa düşməyin» deyir. Yolun üst tərəfində də bir dəvətçi bu açıq qapılardan içəri girmək istəyən hər bir kəsi səsləyərək: «Vay sənin halına! O, qapını açma. Əgər onu açsan ora girəcəksən» deyir. Bu doğru yol İslamdır. Ətrafda olan divarlar Allahın sərhədləridir. Açıq qapılar isə Allahın haramlarıdır. Yolun başında olan dəvətçi Allahın kitabıdır. Yolun üstündə olan dəvətçi isə hər bir müsəlmanın qəlbində olan nəsihətçidir»401. Allah – subhənəhu və təalə – bir çox fərzlər təyin etmişdir, bir çox sərhədlər və haramlar təyin etmişdir ki, bunları aşmaq olmaz. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah kitabında halal qıldığı halal, haram qıldığı isə haramdır. Susduğu şeylər isə bağışlanmışdır. Allahdan olan bu bağışlamağa razı olun. Çünki Allah unutqan deyildir»402. «Sənin Rəbbin unutqan deyildir». (ən-Nəcm 3,4). «Bunlar Allahın sərhədləridir, bunları aşmayın». (əl-Bəqərə 187). «Hər kəs Allaha və Peyğəmbərinə itaət etməyib Onun sərhədlərini aşarsa Allah da onu həmişəlik Cəhənnəmə daxil edər. Onu rüsvayedici əzab gözləyir». (ən-Nisa 14). Əbu Abdullah ən-Numan b. Bəşir - radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in belə buyurduğunu eşitdim: «Şübhəsiz ki, halal da bəllidir, haram da. Lakin bu iksinin arasında (müştəbihat)403 bəzi xüsuslar vardır ki, insanların bir çoxu bunların (hökmünü) bilməzlər. Hər kim bu şübhəli şeylərdən qaçarsa öz dinini və şərəfini qorumuş olar. Hər kim də bu şübhəli şeylərə duşərsə, harama düşmüş olar. Necə ki, qadağan olunmuş bölğənin ətrafında öz (qoyunlarını) otaran, lakin o, qadağan bölgəsinə öz (qoyunlarını) buraxmayan çoban kimi. Həqiqətən hər bir hökmüdarın qadağan bölgəsi vardır. Allahın qadağan bölgəsi isə onun haramlarıdır. Bunu da bilin ki, insan bədənində elə bir ət parçası var ki, əgər o, sağlam olarsa bütün bədən sağlam olar, yox əgər o, xəstə olarsa onda bütün bədən xəstə olar. Bilin ki, bu qəlbdir»404. Əbu Hureyrə, AbdurRahmən b. Saxr - radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm - in belə buyurduğunu eşitdim: «Sizə nəyi qadağan edirəmsə ondan uzaq olun, nəyi sizə əmr etmişəmsə ondan bacardığınız qədər istifadə edin. Şübhə yox ki, sizdən əvvəlki ummətləri çox sual vermələri və peyğəmbərlərinə müxalif olmaları məhv etdi»405. Həsənul Basri – rahmətullahi aleyhi - deyir ki: «Adəm oğlu, sənin Allahın sənə qarşı açdığı savaşa gücün çatacaqmı? Çünki kim Allaha üsyan edərsə o, kimsə Allaha qarşı savaş açmışdır. Günah nə qədər çirkin olarsa Allaha savaş açmaq ondan min qat çirkindir»406. Sauban - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Mənim ümmətimdən bir qrup insanlar olacaq ki, Qiyamət günü Tiham dağı boyda xeyirli əməllərlə gələcəklər. Lakin Allah onların əməllərini puç edəcəkdir». Saubaqn: «Ya Rəsulullah !Onları bizə vəsf et ki, onlardan olmayaq» dedim. Peyğəmbər: «Onlar sizin qardaşlarınızdır, dəriləri də sizin dəriləriniz kimidir. Lakin onlar Allahın qadağan etdikləri ilə tək qaldıqda onları pozarlar»407.

Allahdan qorxmayan kimsələr pulu necə xərclədiklərini və nə cür qazandıqlarına fikir vermirlər. Onlar bütün arzu və istəkləri yalnız var-dövlətlərini artırmaqdır. Nə cür yolla olursa-olsun. Oğurluq, rüşvət, saxta sənəd düzəltmək, haram şeyləri satmaq, sələmçilik, yetim malını yemək, musiqi, falçılıq, fahiş işlərdən, başqalarının pullarını zorla ələ keçirmək, ehtiyacı olmadığı halda dilənmək və s. Sonradan bu pulları yeyib-içir, geyinib-keçinir və s. işlərə sərf edir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Haramla bəslənən hər bir bədən ancaq Cəhənnəm oduna layiqdir»408. Əbu Hureyrə - radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm - buyurdu: «Şübhəsiz ki, Allah pakdır (və nöqsansızdır) və pak olanı da qəbul edir. Allah Peyğəmbər-lərinə əmr etdiyi şeyin eynisini möminlərə də əmr etmişdi. Allah buyurur: «Ey Peyğəmbərlər! təmiz və halal nemətlərdən yeyin və yaxşı işlər görün» (əl-Muminun 51). Yenə Allah buyurur: «Ey iman gətirənlər! Sizə verdiyimiz ruzilərin təmiz və halalından yeyin» (əl-Bəqərə172). Sonra Peyğəmbər – sallallahu aleyhi və səlləm - buyurdu: «Saçı-saqqalı bir birinə qarışmış, üst-başı toza bulaşmış halda uzun səfər etmiş, yediyi haram, içdiyi haram və haram ilə bəslənən birisini xatırladaraq, bu kişi əllərini səmaya qaldıraraq ya Rəbbim, ya Rəbbim deyə dua etsə, necə ola bilər ki, onun duası qəbul olunsun»409.



Əli b. Əbu Talibin oğlu, Peyğəmbər – sallallahu aleyhi və səlləm - in (qızı Fatimə - radiyallahu anhə – nin oğlu) və xoş iyli reyhanı Əbu Məhəmməd əl-Həsən - radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər –sallallahu aleyhi və səlləm - in belə buyurduğunu eşitdim: «Səni şübhəyə salan şeylərdən uzaq dur, səni şübhələndirməyən şeylərə tərəf isə yönəl»410. «Onlara təmiz şeyləri halal, pis şeyləri isə haram qıldıq». (əl-Əraf 157). Təmiz və faydalı şeylər halal, pis və zərərli şeylər isə haram edildi. Bir şeyi halal və haram etmək yalnız Allaha aiddir. Peyğəmbər –sallallahu aleyhi və səlləm - in də bir şeyi halal və haram etməsi yenə də Allahın halal və haram qılması ilədir. Quran və Sünnəni bilən elm sahiblərindən başqa heç kimsənin halal və haram haqqında danışması (bu halaldı, bu haramdı) caiz deyildir. Halal və haram haqqında elimsiz danışanları Allah şiddətli olaraq qınayır. «Diliniz yalana vərdiş etdiyi üçün: «Bu halaldır, o haramdır!» deməyin. Çünki bununla Allaha iftira yaxmış olursunuz. Allaha iftira yaxanlar (axirət əzabından) nicat tapmazlar». (ən-Nəhl 116). «Yoxsa müşriklərin Allahın dində izn vermədiyi bir şeyi onlar üçün qanuni (halal) edən şərikləri vardır». (əş-Şura 21).


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   330




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin