SəLƏFİ saliHİN ƏQİDƏSİ qadağalardan çƏKİNMƏk bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 20 Dekabr 2008-ci İl Tarixli İcazəsi Əsasında Çap Edilmişdir №dk-169/H



Yüklə 3,12 Mb.
səhifə107/330
tarix02.01.2022
ölçüsü3,12 Mb.
#2786
1   ...   103   104   105   106   107   108   109   110   ...   330
ƏLHƏDULİLLƏH! Allaha həmd olsun ki, haramlığı kəsin olan şeylər haqqında Quran və Sünnədə bizə xəbər verilmişdir. Əbu Sə’ləbə əl-Xuşənni Cursum b. Nəşir - radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah bir çox fərzlər müəyyən edib, buna görə də onlara laqeyidlik göstərməyin. Bir çox sərhədlər müəyyən edib, onları aşmayın. Bəzi şeyləri haram etmişdir, onları aşmayın. Bəzi şeylər haqqında unutduğundan deyil, sizin üçün rəhmət olsun deyə susmuşdur. Onları öyrənməyə çalışmayın»411. «Allah alış-verişi halal, faizi isə haram etmişdir». (əl-Bəqərə 275). «Allah Ey insanlar! Yer üzündə olanların halal və təmiz olanlarından yeyin». (əl-Bəqərə 168). «Sizə nə olub ki, üstündə Allahın adı çəkilən (heyvanların) ətindən yeməyəsiniz? Məcburiyyət qarşısında (yeməli) olduğunuz şeylər istisna edilməklə, sizə haram buyrulan (yeməklər) artıq ətraflı şəkildə sizə bildirilmişdir». (əl-Ənam 119). «Günahın aşkarından da, gizlisindən də əl çəkin. Günah qazananlar etdikləri əməllərə görə cəzalandırılacaq-lar». (əl-Ənam 120). De ki: «Gəlin sizə Rəbbinizin nələri haram etdiyini deyim: Ona heç bir şirk qoşmayın, ata-anaya yaxşılıq edin, kasıblıq üzündən uşaqlarınızı öldürməyin». (əl-Ənam 151). «(O, Peyğəmbər) onlara yaxşı işlər görməyi buyurur, pis işləri qadağan edər». (əl-Əraf 157). «Ölü (kəsilmədən ölüb murdar olmuş) heyvan, qan, donuz əti, Allahdan başqasının adı ilə (Bismilləh deyilmədən) kəsilmiş, boğulmuş, (küt alətlə və ya silahla) vurulmuş, (bir yerdən) yıxılaraq ölmüş, (başqa bir heyvanın buynuzu ilə) vurulub gəbərmiş, vəhşi heyvanlar tərəfindən parçalanıb yeyilmiş canı çıxmamış kəsdiyiniz heyvanlar müstəsnadır dikinə qoyulmuş daşlar (bütlər və ya Kəbənin ətrafında bütpərəst qurbangahlar) üzərində kəsilmiş heyvanlar və fal oxları ilə pay bölmək sizə haram edildi». (əl-Maidə 3). Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah içkinin, murdar (ölmüş) heyvanın (leşin), donuzun və bütlərin satışını haram etmişdir»412. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah bir şeyi haram etdikdə ondan gələn gəliri də haram edir»413.

İtaətkar kimsə haramları tərk etməklə həzz alır. Allah üçün bir şeyi tərk edərsə Allah daha xeyirlisini ona bağışlayar və o, kimsə qəlbində imanın ləzzətini hiss edər.



Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   330




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin