SəLƏFİ saliHİN ƏQİDƏSİ qadağalardan çƏKİNMƏk bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 20 Dekabr 2008-ci İl Tarixli İcazəsi Əsasında Çap Edilmişdir №dk-169/H



Yüklə 3,12 Mb.
səhifə100/330
tarix02.01.2022
ölçüsü3,12 Mb.
#2786
1   ...   96   97   98   99   100   101   102   103   ...   330
BƏDƏNLƏRƏ VERİLƏN QƏDƏRİ CƏZALAR İki qismdir: BİRİNCİ Bir qismi dünyada, bir qimi də axirətdədir. Bu cəzaların şiddətliyi və davamlığı günahların yol açdığı zərərlərə və günahlara verilən cəzaların şiddəti və xəfifliyinə görədir. Dünya və Axirətdə elə bir şərr yoxdur ki, onun əsası günahlar olmasın. Şərr bütün bu şeylərin adıdır. Bunun da əsası nəfsin və əməllərin pisliyindən əmələ gəlir. Bu iki əsasdır ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – öz Xutbətul Hacə duasının əvvəlində bunlardan Allaha sığınardı: «Həmd ancaq Allahadır, Ona həmd edir, Ondan yardım və məğfirət diləyirik. Nəfslərimizin şərindən və pis əməllərimizdən Allaha sığınırıq».

Əməllərin pisliyi nəfslərin şərrindəndir. Elə isə şərrin hamısı nəfsin şərrinə qayıtmaqda, ondan qaynaqlanmaqdadır. Əməllərin pisliyi də onun qoların və şöbələridir. Əməllərin pisliyi SEYYİƏTİ ƏMƏLİNƏ - deyildikdə nə qəsd olunur? Bu ifadədə ixtilaf edilmişdir. Bunun mənası əməllərimizdən qaynaqlanan pisliklər? Bəziləri də demişlər: Əməllərin pis olan cəzalarından Allaha sığınırıq mənasındadır. O, zaman bunun açıqlanması: Bizlərə pislikləri toxunacaq əməllərimizin cəzalarından Allaha sığınırıq. Allaha sığınmaq bütün pisliklərdən olur. Çünkü nəfslərin şərləri əməllərində pis olmasını vacib edir. Əməllərin pis olması da pis cəzaları vacib edir.

Mələklərin möminlər üçün etmiş olduqları duaların birində: «Onları pisliklərdən qoru. Hər kimi o, gün pisliklərdən qorusaq həqiqətən ona mərhəmət edilmişdir». (əl-Ğafir 9). Bu dua əməllərin pisliklərindən və sahibinə pisliyi dəyə biləcək cəzalarından qorunma istəyini özündə əhatə etmişdir. Çünkü Allah nə zaman onları pis əməllərdən qorudusa pis cəzalardan da qorumuş deməkdir. Belə bir sual çıxır: Mələklər Allahdan möminləri Cəhənnəm əzabından qorumasını istəmişlər? Bu da pis cəzalardan qorunmaq deməkdir. Bundan da məqsəd qorumasını istədikləri pislik, pis əməllər olduğunu göstərir. Bu mələklərin istədikləri Peyğəmbər – sallallahu aleyhi və səlləm – in Allaha sığındığı şeylərin oxşarıdır. O, əməllər isə pisliklərdir.

Pisliklərdən qorunmaq iki növdür: BİRİNCİ - Onu etməkdən qorunmaq. İKİNCİ - İnsan o, pis əməlin cəzasından qorunmalıdır. Onu bağışlayaraq günahlarının cəzasını ona verməkdən qorumaqdır. Beləcə o, günahdan ötrü qul cəzalandırılmamış olur. Beləcə ayə hər iki istəyi də əhatə etmiş olur.

Çünkü O, rəhməti geniş olandır. Hər şeyi rəhməti ilə əhatə etmiş, əhatə etmədiyi kimsədən daha bədbəxt heç bir kimsə də yoxdur. Sonra mələklər Allahdan tövbə edərək yoluna uyanları bağışlanmasını istədilər. Onun yolu isə: Onu tanımaq, sevmək, əmr etdiklərində Ona itaət etmək, xoşlamadıqlarını tərk etmək şəkilindəki Allaha aparan yoldur. Beləcə Onun sevmədiyi şeylərdən tövbə edərək sevdiyi yola tabe olan tövbəkarları bağışlamasını istəmişlər. Sonra da onları Cəhənnəm əzabın-dan qoruyub, onları və atalarını, nəsillərindən gələnləri və zövcələrindən mömin olanları, onlara vəd etmiş olduğu Ədn Cənnətinə salmasını istəmişlər. Allah hər nə qədər vədindən dönməzsə də lakin onlara bu vədi verdikdə bəzi səbəblərlə bərabər vəd vermişdir. O, səbəblərdən: Mələklərin Allahdın rəhməti ilə onları Cənnətə salmasını istəmələri şəkilində olan dualarıdır. Onları Cənnətə salacaq əməllərdə müvəffəq etməsi və mələlklərinə onların Cənnətə girmələri üçün dua etməsi də Onun rəhmətindəndir. Allah daha sonra mələklərin bu dualarından sonra belə dediklərini buyurur: Şübhəsiz ki, Əziz və Həkimsən – yəni bunun qaynağı, səbəbi və qayəsi Sənsən. Qüdrətinin və Elminin kamilliyindən qaynaqlanır. Çünkü İzzət qüdrətin kamilliyi, hikmət isə elmin kamilliyidir. Allah bu iki sifəti ilə dilədiyi hökmü verir, əmr edir, qadağa edir, savab və cəza verir. Elə isə bu iki sifət yaratma və əmr etmənin qaynağıdır.

Məqsəd budur: Pislik olan günahların cəzaları şəri və Qədəri olaraq iki qismə ayrılır. Bu cəzalar da qəlbdə ya da bədəndə və ya hər ikisində ola bilər. Ölümdən sonra gələn Bərzəx aləmində də bir çox cəzalar vardır. Axirətdə ruhlar bədənə qaytarıldıqda da bir çox cəzalar vardır. Əlbəttə ki, günah cəzasız qalmaz. Fəqət qul cəhalətindən ötrü içində olduğu cəzanı hiss etməz. Çünkü belə bir cəhalətdə olan kimsə ağrıları hiss etməyən sərxoş, yatan və ya narxoz altında yatan kimsənin məsəlindədir. Nə zaman oyanarsa o, zaman ağrıları hiss edər. Günahların cəzalara yol açması atəşin yandırdığı kimi, zəhərin bədənə təsiri kimi, mikrobların xəstəliyə yol açması kimidir. Bəzən günahın zərəri həmən anda gələ bilər, bəzən də az və ya çox gecikə bilər. Necə ki, xəstəlik bəzən o, dəqiqə təsir edir, bəzən də bədəndə qalaraq sonra təsirini bildirir. Bu da qulun yanıldığı məqamlardan biridir. İnsan günah iş görür və onun cəzasını günahın ardıyca görmür. O, isə bilmir ki, günah yavaş-yavaş onda öz işini görəcəkdir. Zəhərin bədənə təsiri kimi günah da onun bədənini yavaş-yavaş zəhərləyir. Əgər insan bu günahların qarşısını dərmanlarla və pəhriz saxlamaqla alarsa nə gözəl, əksi təqdirdə onu ölümə aparacaqdır. Bəli, bir tək günahın belə izi silinməzsə insanı həlaka aparar. Yaxşı, onda hər gün və hər an günah üstündən günah edənin halı necə olar? Kömək istənilən Allahdır.



Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   330




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin