CAVAB – Xeyr, bir neçə tərəfdən bu olmaz: BİRİNCİ – Cinsi orqanın kəsilməsi açdığı zərər günahın cəzasından daha çox olmasıdır. Çünkü bu halda nəslin kəsilməsinə və yox olmasına yol açır. İKİNCİ – Cinsi orqan açıqda olmayan gizli bir əzadır. Hədlərdə isə qəsd odur ki, insanlar bunu görərək bu işdən əl çəksinlər. Məs: Birinin əlinin kəsik olduğunu gördükdə insanlar atıq bu işdən əl çəkərək ibrət alarlar. Lakin fərc (cinsi orqan) örtülü olduğu üçün bu belə deyildir. ÜÇÜNCÜ - Həmçinin əgər insanın bir əli kəsilərsə digəri qalır. Fərc isə belə deyildir. DÖRDÜNCÜ - Zinanın ləzzəti bütün bədəni əhatə edir. Buna görə də cəzanın da bütün bədəni əhatə edəcək şəkildə olması labüddür.
Allah – subhənəhu və təalə – bu cəzaları tam uyğun şəkildə ağla müvafiq şəkildə və məsləhətə uyğun şəkildə gəlmişdir. Məqsəd budur: Günahların nəticəsinə verilən dini və qədəri cəzalar günahın yol açdığı məfsədəyə görə olur. Günahların üzərində həm şəri, həm də qədəri cəzalar olur. Bəzən Allah hər iki növdən olan (şəri və qədəri) cəzanı bir qula verə bilər. Bəzən də tövbə edən və özünü islah edəndən bunu qaldıra bilər.
Dostları ilə paylaş: |