KİÇİK GÜNAHLARIN BÖYÜK GÜNAHLARA DÖNƏ BİLMƏ SƏBƏBLƏRİ
1. Günahı kiçik görmək və ona əhəmiyyət verməmək. Bilal b. Sad deyir ki: «Günahın kiçikliyinə deyil, üsyan etdiyin zatın böyüklüyünə bax»55. Çünkü günah qulun gözündə nə qədər böyüyərsə Allah qatında o, qədər kiçilər və qul günahı nə qədər xəfif görərsə Allah qatında da o, qədər böyüyər. Çünkü günahın qulun gözündə böyüməsi qəlbinin ondan xoşlanmadığını göstərir. İbn Məsud - radıyallahu anhu – deyir ki: «Mömin günahlarını dağ boyda görər və sanki o, dağın üstünə düşəcəyindən qorxar. Günahı kiçik görən facir isə işlədiyi günahı burnun üzərinə qonan milçək kimi görər»56. Möminin gözündə günahın böyüməsinin səbəbi Allahın ucalığını bilməsindən ötrüdür. Çünki o, insan üsyan etdiyi Allahın ucalığına baxdıqca kiçik bir günahı da belə böyük bir günah olaraq görər. 2. Onlarda israrlı olmaq və davamiyyətli olaraq etmək. 3. Günahı edərkən sevinmək və onunla öyünmək. Məs: «Gördünmü filankəsi necə aldatdım, necə köhnə malı ona sırıdım və ya gördünmü filankəsin gizli əməllərini açaraq onu rəzil etdim» və s. 4. Günahı etdikdən sonra açıq şəkildə bunu bəyan etmək. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Ümmətimin hər bir üzvü (Allah) tərəfindən əff olunmuşdur. Yalnız aşkara günah edənlərdən başqa. Onlar əff olunmamışlar. Günahı aşkara edənlərdən biri gecə vaxtı günah edər. Sonra Rəbbi o, günahı insanlaın gözündən örtmüş olduğu halda səhərə çıxar. Səhəri o, qul: «Ey filan! Mən bu gecə belə-belə günahlar etdim» deyər. Halbuki Rəbbi onun günah işini örtbasdır edərək gecələmişdir. Səhəri isə Allahın örtdüyü gizlilik pərdəsini qaldırmışdır»57. 5. Günah edən kimsə. Ona uyan bir alim, elm tələbəsi olarsa. Görürsən ki, cahillərin çoxu tanıdıqları elm əhlindən kimisə misal çəkərək: «Sən ondan daha yaxşı biləcəksən» deyirlər. 6. Allah qorxusunun olmaması və Allahı ciddi qəbul etməmək. İbn Əbil İzz – rahmətullahi aleyhi – deyir ki: «Bəzən həya, qorxu və günahı gözündə böyütmək kimi hallar içində edilən böyük günah kiçik günahlara daxil olur. Bəzən də həya və qorxu azlığı, günahı kiçik görmək kimi hallar kiçik bir günahı böyük günahlara daxil edir. Buna səbəb isə qəlbin əməlidir»58.
Dostları ilə paylaş: |