SəLƏFİ saliHİN ƏQİDƏSİ qadağalardan çƏKİNMƏk bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 20 Dekabr 2008-ci İl Tarixli İcazəsi Əsasında Çap Edilmişdir №dk-169/H



Yüklə 3,12 Mb.
səhifə130/330
tarix02.01.2022
ölçüsü3,12 Mb.
#2786
1   ...   126   127   128   129   130   131   132   133   ...   330
QONŞUYA ƏZİYYƏT VERMƏK

«Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın. Ata-anaya. Qohum-əqrabaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qonum-qonşuya, yaxın yoldaş və dostlara, müsafirlərə, sahib olduğunuz qul və kənizlərə yaxşılıq edin! Həiqətən, Allaha özünü bəyənənləri və lovğalıq edənləri sevməz». (ən-Nisa 36). Əbu Şureh – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allaha and olsun ki, iman gətirməz! Allaha and olsun ki, iman gətirməz! Allaha and olsun ki, iman gətirməz!». Səhabələr: «Kim Ey Allahın Rəsulu!» deyə soruşdular. Peyğəmbər: «Qonşusu şərindən əmin olmayan kimsə»581. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qonşusu şərindən əmin olmayan kimsə Cənnətə girməz»582. İbn Məsud – radıyallahu anhu – rəvayət edir ki, bir nəfər Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən soruşdu: «Ey Allahın Rəsulu! Yaxşılıq və ya pislik etmiş olsam bunu necə bilim». Peyğəmbər: «Qonşularından sənin haqqında: O yaxşılıq etdi – deyən eşitsən bil ki, yaxşı iş görmüsən. Onların sənin haqqında: O, pislik etdi – deyən eşitsən bil ki, pis iş görmüsən»583. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Bir kimsənin on qadınla zina etməsi onun üçün qonşusunun qadını ilə zina etməsindən daha xəfifdir. Bir kimsənin on evdən oğurluq etməsi qonşusunun evindən oğurluq etməsindən xəfifdir»584. Aişə – radıyallahu anhə – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Cəbrail – əleyhissəlam – qonşu haqqında mənə o, qədər tövsiyə etdi ki, ona da mirasdan pay düşəcəyini güman etdim»585. Əbu Şureyh əl-Xuzai – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim Allaha və axirət gününə iman edirsə qonşusuna yaxşılıq etsin. Kim Allaha və axirət gününə iman edirsə qonağına ehtiram göstərsin586. Kim Allaha və axirət gününə ima edirsə ya xeyirli söz söyləsin, ya da sussun»587. Abdullah b. Amr – radıyallahu anhu – bir qoç kəsdirdi. Sonra xidmətçisindən dəfələrlə soruşdu: «(Ətdən) qonşumuz Yəhudiyə pay verdinmi? Qonşumuz Yəhudiyə pay verdinmi? (Başqa rəvayətdə: Bir nəfər: Yəhudiyə! Allah səni islah etsin!588). Mən Peyğəmbər – sallallahu aleyhi və səlləm – in belə buyurduğunu eşitdim: «Cəbrail – əleyhissəlam – qonşu haqqında mənə o, qədər tövsiyə etdi ki, ona da mirasdan pay düşəcəyini güman etdim»589. Aişə – radıyallahu anhə – rəvayət edir ki, mən: «Ey Allahın Rəsulu! Mənim iki qonşum var. Mən onlardan hansına pay veriməliyəm?» deyə soruşdum. Peyğəmbər: «Qapısı ən yaxın olana!» deyə buyurdu590. Həsən – radıyallahu anhu – dan qonşu barəsində soruşdular. O: «Qarşındakı qırx ev, arxandakı qırx ev, sağındakı qırx ev və solundakı qırx ev (qonşulardır)»591. Əbu Hureyrə – radıyallahu anhu – deyir ki: «(Qonşusuna yaxşılıq etmək istəyən) yaxın qonşunu qoyub uzaq qonşudan başlamamalıdır. Əksinə uzaq qonşudan əvvəl yaxın qonşudan başlamalıdır»592. İbn Abbas – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qonşusu ac ola-ola öz qarnını doyduran kimsə əsl mömin deyildir»593. İbn Ömər – radıyallahu anhu – deyir ki: «Vaxt var idi ki. heç kəs özünün dinar və dirhəminə müsəlman qardaşından daha haqlı olduğunu düşünmürdü. Lakin indi kimlərəsə dinar və dirhəm müsəlman qardaşından daha əzizdir. Mən Peyğəmbər – sallallahu aleyhi və səlləm – in belə buyurduğunu eşitdim: «Neçə-neçə qonşu var ki, Qiyamət günü öz qonşusundan aslı olacaqdır. O, deyəcəkdir: «Ey Rəbbim! Bu öz qapısını mənim üzümə bağlamış, yaxşılıq etməkdən boyun qaçırmışdır»594. Əbu Zərr – radıyallahu anhu – rəvayət edir ki, əziz dostum – sallallahu aleyhi və səlləm – mənə üç şeyi tövsiyə etdi: «(Başçınız) şikəst bir qul olsa da belə eşit və itaət et, xörək bişirdikdə onun suyunu çox et. Sonra qonşularından olan ev əhlinə nəzər sal və xörəkdən lazımı qədər onlara da ver, (hər) namazı vaxtında qıl. İmamı namaz qılan görsən (cəmaatla birgə bir daha namazı qıl), bu sənin üçün nafilə (əlavə namaz) sayılar. Əks halda artıq sən öz namazını yerinə yetirmisən»595. Abdullah b. Amr b. As – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Uca Allah yanında ən xeyirli dost öz dostuna yaxşılıq edən kimsədir. Həmçinin Allah yanında ən xeyirli qonşu öz qonşusuna yaxşılıq edən kimsədir»596. Nəfi b. AbdulHəris – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Geniş ev, əməlisaleh qonşu və rahat minik müsəlman kişinin səadətidir»597. Əbu Musa – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kişi öz qonşusunu, qardaşını və atasını öldürməyincə Qiyamət qopmaz»598. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, bir nəfər: «Ey Allahın Rəsulu! Filan qadın gecə namaz qılır, gündüz oruc tutur, yaxşı işlər görür, sədəqə verir, amma qonşularına dili ilə əziyyət verir». Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Onda xeyir yoxdur. O, Cəhənnəm əhlindəndir». Onlar: «Filan qadın yalnız vacib namazları qılır, yağsız pendirdən sədəqə verir, heç kəsə də əziyyət vermir» dedilər. Peyğəmbər: «O, Cənnət əhlindəndir»599. Sovban – radıyallahu anhu – dedi: «Üç gündən artıq bir-birindən əlaqəni kəsən elə iki kişi yoxdur ki, ikisindən biri həlak olmasın. Və beləcə küsülü halda ölsələr hər ikisi də həlak olar. Qonşusuna əziyyət verən, onu alçaldan, bu səbəbdən də qonşusunu evindən çıxardan elə bir qonşu yoxdur ki, həlak olmasın»600. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, bir nəfər: «Ey Allahın Rəsulu! Mənim bir qonşum var, mənə əziyyət verir». Peyğəmbər: «Get evindəki əşyaları yola çıxart!». Kişi gedib evindəki əşyaları bayıra çıxartdı. Cəmaat onun başına toplanıb dedilər: «Sənə nə üz verib?» dedilər. Kişi: «Mənim bir qonşum var, mənə əziyyət verir. Mən bu haqda Peyğəmbər – sallallahu aleyhi və səlləm – xəbər verdim. O, da mənə: «Get evindəki əşyaları yola çıxart!» deyə tövsiyə verdi. Cəmaat da: «Allahım! Ona lənət et! Allahım! Onu rüsvay et!» deyə dua etdilər. Bu xəbər qonşusuna çatdıqda onun yanına gəlib dedi: «Evinə qayıt. Allaha and olsun ki, daha sənə əziyyət verməyəcəyəm»601.


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   330




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin