MƏKRUH – Bəyənilməyən əməl. Əgər qadağa güclü olmazsa məkruh sayılır. Məkruh da qadağanın altına girir. Bunu tərk edən savaba nail olur, əməl edən isə günah qazanmır. Məs: Məscidə sol ayaq ilə daxil olmaq.
MUBAH – Nə əmrə, nə də qadağana daxil deyildir. Mubah özü-özlüyündə ibadət deyildir. Başqasına görə ibadət ola bilər. Elm öyrənmək, namaz qılmaq özü-özlüyündə ibadətdir. Lakin yemək, içmək, yatmaq və s. əməllər özü-özlüyündə ibadət deyildir. Başqasına görə bu əməllər ibadət ola bilər. Məs: Yemək yeyirsən ki, elm öyrənməyə taqətin olsun, tez yatırsan ki, gecə ibadətlərini, sübhü ayıq başla qılasan. Belə olduqda bu əməllər də savab gətirir. Allahın əmri olduğu üçün qohumları ziyarət edirsən bununla da savab qazanırsan və bir də ziyarət edirsən ki, gedib çay içəsən. Sadəcə niyyətinə görə savab qazanırsan. Ona görə də deyillər ki, səfdə iki nəfər yanaşı durar amma onların arasında yerlə göy arası qədər fərq olar. İkisi də eyni hərəkəti edirlər lakin niyyətə görə biri savab qazanır, digəri isə savabdan məhrum olur.
|