MƏRUF VƏ MUNKƏRİN ŞƏRTLƏRİ – 1. Müsəlman olmaq, həddi buluğa çatmaq və ağlı başda olmaq. 2. Qüdrət, yəni gücün olması. 3. Elmin olması. Munkəri dəyişdirməyin birinci dərəcəsi: Əl ilə dəyişdirmək. Bu iş yalnız və yalnız əmr sahiblərinə, idarəçilərə aiddir. İbn Ömər – radıyallahu anhu – rəvayət edirki, Peyğəmbər - səllallahu aleyhi və səlləm – buyurdu: «Hər biriniz çobansınız (başçısınız) və hər birinizdə əli altında olanlardan məsuldur. Dövlət başçısı çobandır və əli altında olanlardan məsuldur. Kişi öz ailəsində çobandır (başçıdır) və ailəsində olanlara görə məsuldur. Qadın ərinin evində çobandır (başçıdır) və (evinə və uşaqlarına) görə məsuldur. Qulluqçu da çobandır (başçıdır) və öz ağasının malını qorumaqla məsuldur. (Ən nəhayət) isə sizlərdən hər biriniz çobansınız (başçısınız) və hər biriniz də öz əli altında olanlardan cavabdehdir». İkinci dərəcəsi: Dil ilə dəyişdirmək. Qurtubi – rahmətullahi aleyhi – deyir ki: «Mərufla əmri əl ilə etmək idarəçilərə, dil ilə etmək alimlərə, qəlb ilə etmək zəiflərə, yəni ümumi müsəlmanlara aiddir». Üçüncü dərəcə: Qəlb ilə dəyişdirmək. Munkərin əl və dil ilə dəyişdirilməsi istər fərzi ayn olsun, istər fərzi kifayə güc və imkana görədir. Lakin mukəri qəlb ilə dəyişdirilməsinə gəlincə isə bu durum nə olursa olsun fərzi ayndır. Mərufu məruf olaraq bilməyən, munkəri də rədd etməyən bir qəlb imandan boş, xaraba bir qəlbdir. İbn Məsud – radıyallahu anhu – deyir ki: «Mərufu qəlbi ilə məruf olaraq bilməyən və munkəri munkər olaraq tanımayan həlak oldu».