SəLƏFİ saliHİN ƏQİDƏSİ qadağalardan çƏKİNMƏk bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 20 Dekabr 2008-ci İl Tarixli İcazəsi Əsasında Çap Edilmişdir №dk-169/H



Yüklə 3,12 Mb.
səhifə308/330
tarix02.01.2022
ölçüsü3,12 Mb.
#2786
1   ...   304   305   306   307   308   309   310   311   ...   330
GÖZƏL SONLUQ

Artıq gözəl sonluqdan qorxmaq müttəqilərin belini qırmışdır. Əgər sən ölüm ayağında olan çoxlarının halına baxsan görərsən ki, onlarla gözəl sonluq arasında bir maneə vardır. Onların pis əməlləri bir cəza olaraq onlarla gözəl sonluq arasına girmişlər. Hafiz Əbu Muhəmməd AbdulHəqq b. AbdurRahmən İşbili deyir ki: «Bil ki, pis sonluğun müəyyən səbəbləri, yolları və qapıları vardır. Bunlardan ən böyüyü dünyaya qapanmaq, axirətdən üz döndərmək, günahlara cürətlə getməkdir. Günah insana güc gəlir və onun qəlbini örtür, ağlını silir, nurunu söndürür. Bundan sonra da o, kimsə heç bir nəsihət də fayda vermir. Əksər hallarda ölüm də ona elə bu vaxtlarda gəlir. O, kimsə təlqin edənin - Lə İləhə İlləllah - sözlərini uzaqdan bir nida kimi eşidir. Səsin nə olduğunu və nə qəsd olunduğunu anlamır. Hətta o, təlqin edən nə qədər də təkrar etsə də belə. Sufyan əs-Souvri rahmətullahi aleyhi - bir gün səhərə qədər ağlayır. Səhəri ondan soruşduqda ki, səni ağladan günahlar idi. O: «Saman çöpünü götürərək deyir: «Günahlar bundan da yüngüldür. Lakin məni ağladan pis sonluqdur». Buna görə də heç kəs əməlinin çoxluğuna görə sonunun yaxşı olmasına arxayın olmasın.

Görürsən ki, Sələflər hansı ki, onların gündüzləri orucla, gecələri ibadətlə keçirdi bu qədər əməllərinə baxmayaraq onlar pis sonluqdan qorxurdular. İnsan qorxmalıdır günahlarının onunla yaxşı sonluq arasına girməkdən. Hafiz Əbu Muhamməd – rahmətullahi aleyhi - deyir ki: «Əgər bir kəsin zahiri də, batini də saleh olarsa onun sonu pis qurtarmaz. Belə bir şey Allaha həmd olsun ki, heç vaxt eşidilməyib. Bir kəsin batini də, zahiri də sağlamdırsa onun pis bir sonluqla qurtarması barəsində bir şey eşidilməyib. Kimin sonu pis qurtarar o, kimsə ki, əqidəsi pozulmuş olar və ya o, insan böyük günahlar üzərində davam edər. İnsan artıq o, günahlara elə bir şəkildə qurşanar ki, tövbə etməyə imkan tapmadan ölüm ona gələr. O, insan içini islah etməzdən əvvəl ölüm onu yaxalayar. Allah qrusun! Şeytan o, vaxt onu ələ keçirir».

Amma zalımlar (pis işlər görənlər) isə elə bil ki, Allahdan bir əhd alıblar. Şair deyir ki: «Ey çirkin əməl edərək əmin olan şəxs. Sənə Allah tərəfindən bir əhdmi gəlib. Sən iki şeyi cəm etmisən. Arxayınçılıq və öz istəyinə tabe olmaq». Bunların biri insanı həlak etməyə kifayətdir. Sən səfehliyinə görə əkin vaxtı bir şey əkmədin. İnsanlar biçdiyi vaxt sən nə əldə edəcəksən. Bu ötəri bir həyatla məşğulsan. Sən daha çox aldanmısan yoxsa ticarətdə aldanan. Halbu ki, o kimsə itirdiyini yenidən əldə edə biləcəkdir. Sən isə əbədi həyatı tərk edərək ötəri həyatla məşğulsan.




Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   304   305   306   307   308   309   310   311   ...   330




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin