S.ƏLİyev: “TƏDRİSİn yüKSƏk səVİYYƏDƏ aparilmasi müƏLLİMLƏRİn təLƏBƏLƏRƏ olan


ATU ilə Birləşmiş Ərəb Əmirlikləri



Yüklə 313,36 Kb.
Pdf görüntüsü
səhifə2/3
tarix21.04.2017
ölçüsü313,36 Kb.
#15037
1   2   3

ATU ilə Birləşmiş Ərəb Əmirlikləri 

arasında əlaqələr genişlənir

Bu  günlərdə  Azərbaycan  Tibb  Universi-

tetinin  Tədris  Cərrahiyyə  Klinikasında 

Abu-Dabinin  Cleveland  Xəstəxanasının 

nümayəndələri ilə görüş keçirilib. 

 

Sentyabrın 

22-də 

Azər-

baycan  Tibb  Univer sitetinin 

(ATU) 

Tədris 

Cərrahiyyə 

Klinikasında 

ABŞ-ın 

“Zoll 

Medical 

Corparation» 

Şir-

kətinin təqdimatı baş tutub.

Təqdimat 

Təcili 

və 


Təxirəsalınmaz  Tibbi  Yardım 

zamanı  tətbiq  olunan  yeni  ava-

danlıqlara  həsr  olunub.  Şirkətin 

Azərbaycan  üzrə  nümayəndəsi 

Cəmil 

Həsənovun 



sözlərinə 

görə,  “Zoll  Medical  Corparation” 

əsasən təcili tibbi yardım avadan-

lıqları üzrə ixtisaslaşıb.

“Bildiyiniz  kimi,  son  illərdə 

Azərbaycanda  bir  çox  sahələrdə 

güclü 

inkişaf 


əldə 

olunub. 


Səhiyyə,  tibb  sahəsi  də  bu  sıra-

dadır.  Hər  il  insan  həyatını  xilas 

etməyə  daha  çox  yardım  edə 

biləcək  yeni  tibbi  avadanlıqlar 

yaradılır.  Məqsədimiz  belə  ci-

hazları  tanıtmaq,  Azərbaycana 

gətirməkdir”.

Təqdimat  mərasimində  kardio-

monitor  və  defibrilyatoru  özündə 

birləşdirən 

avadanlıq, 

onun 


verdiyi  imkanlardan  söz  açılıb. 

Həmçinin,  cihazın  praktikada 

istifadəsi  də  nümayiş  etdirilib. 

Həkimlər  yeni  aparatda  ürək, 

ağciyər  reanimasiyasının  hansı 

formada  yerinə  yetirildiyini  özləri 

sınayıblar. 

Mərasimdə  “Zoll  medical  cor-

poration” 

şirkətinin 

Rusiya-

dakı  nümayəndəliyinin  kliniki 



məsələlər  üzrə  təmsilçisi  Abdul-

salmanov Sergey çıxış edib.



Təhlükəli infeksiyalar 3,5 dəqiqə 

ərzində aşkar ediləcək

http://www.amu.edu.az

30 sentyabr 2015-ci il

4

Məlum  olduğu  kimi,  ölkəmizdə 



«Təhsil 

müəssisələrinin 

akk re-

ditasiyası  Qaydaları»  təs diq  edilib. 

2015/2016-cı  təd ris  illərində  ali  təhsil 

mü əssisələrinin  akreditasiyası  Azər-

baycan Respublikası Təhsil Nazirliyinin 

qrafikinə  uyğun  aparılmalıdır.  Buna 

uyğun  olaraq  təhsil  müəssisələrinin 

akkreditasiyasının  keçirilməsinə  dair 

Təhsil  Nazirliyi  tərəfindən  xüsusi 

cədvəl hazırlanıb.

Toplantını  açan  universitetin  tədris 

işləri  üzrə  prorektoru,  professor  Sa-

bir Əliyev bildirib ki, Azərbaycan Tibb 

Universieti  də  həmin  qrafikə  uyğun 

olaraq  akkreditasiyanı  keçirəcək. 

Bu  məqsədlə  ATU-nun  rektoru, 

millət  vəkili,  akademik  Əhliman 

Əmiraslanovun əmrinə əsasən, akk-

reditasiya  prosesini  uğurla  həyata 

keçirmək  üçün  57  nəfərdən  ibarət 

komissiya  yaradılıb.  Komissiyanın 

tərkibinə universitetin prorektorları, de-

kanları, kafedra və şöbələrin müdirləri, 

professor və müəllimləri daxildir.

Komissiyanın  yaradılması  ilə  bağlı 

keçirilən iclasda qeyd olundu ki, üzvləri 

təhsil  müəssisələrinin  akkreditasiyası 

qaydalarına  uyğun  aparılmasına  nəza-

rət  edəcəklər.  Onlar  tərəfindən  son 

kursda təhsil alan tələbələrin səviyyəsi 

yoxlanılacaq. Bir neçə aydan sonra isə 

komissiya  üzvləri  özünütəhlil  toplantısı 

keçirəcək və nəticələrə uyğun müvafiq 

məlumatları  Təhsil  Nazirliyinə  təqdim 

edəcək.


İclasda  ATU-nun  tədris  hissə  müdiri, 

dosent  Nəsimi  Qasımov  akkredasiya 

üçün qarşıya qoyulan tələblər haqqında 

toplantı  iştirakçılarına  ətraflı  məlumat 

verdi.

Bildirildi  ki,  akkreditasiya–təhsil  mü-



əs si səsinin  fəaliyyətinin  dövlət  təhsil 

standartlarına  uyğunluğunun  və  оnun 

statusunun 

müəyyənləşdirilib 

təs-

diq  edilməsi  prоsedurudur.  Təhsil 



müəssisəsinin  akkreditasiyası  təhsil 

prоsesinin  təşkilinin,  maddi-teхniki  ba-

zasının,  təhsil  prоqramlarının,  kadr 

pоtensialının,  maliyyə  resurslarının  və 

təhsil  infrastrukturunun  qəbul  оlunmuş 

dövlət standartlarına və digər nоrmativ 

hüquqi  aktların  tələblərinə  uyğunlu-

ğunun  öyrənilməsi  məqsədi  ilə  aparı-

lır  və  təhsil  müəssisəsinin  statusunun 

müəyyən  edilməsi,  оnun  fəaliyyətinin 

növbəti  müddətə  uzadılması  üçün  hü-

quqi təminat yaradır.



Sentyabrın 18-də Azər-

baycan  Tibb  Univer-

sitetinin  rektoru,  mil-

lət  vəkili,  akademik 

Əhliman 

Əmiraslanov 

qəbul 

imtahanlarında 

yüksək  nəticə  göstərə-

rək  universitetə  qə-

bul  olan  Prezident  tə-

qaüdçüləri ilə görüş ke-

çirdi.

Rektor 


Ə.Əmiraslanov 

çıxış edərək, cari ildə Tibb 

Universitetinə  24  nəfər 

Prezident  təqaüdünə  la-

yiq  görülən  gəncin  qəbul 

olduğunu  bildirdi.  Onun 

sözlərinə görə, bu tələbələr 

yüksək  bal  topladıqları 

üçün  möhtərəm  Preziden-

timiz  tərəfindən  “Prezident  təqaüdü” 

ilə  təltif  ediliblər:  “Bu  münasibətlə  sizi 

ürəkdən təbrik edirəm, sizinlə qürur du-

yuram.  Siz  bu  universitetin  fəxrisiniz, 

qaymaqlarısınız.  Biz  fəxr  edirik  ki,  siz 

məhz bizim universiteti seçmisiniz”.

Sözünə  davam  edən  akademik 

Ə.Əmiraslanov  tələbələrə  ATU-nun 

maddi-texniki  bazası,  təhsil  siste-

mi,  imtahanların  keçirilmə  qaydası 

və  tələbə  yataqxanaları  haqqında  da 

ətraflı  məlumat  verdi.  O,  universitetdə 

bütün imtahanların insan faktoru olma-

dan, kompüter vasitəsi ilə, Virtual Test 

Mərkəzində  (VTM)  keçirildiyini  dedi: 

“ATU-da  yaradılmış  4  möhtəşəm  klini-

ka  universitetimizin  əsas  maddi-texniki 

bazasını  təşkil  edir.  Bu  klinikalar  elmi 

texnologiyaların ən son innovativ 

avadanlıqları  ilə  təchiz  olunub. 

Beynəlxalq  standartlara  uyğun 

olan bu təchizat ATU-da elmin və 

təhsilin yüksək səviyyədə aparıl-

masına geniş imkanlar verir”.

Rektor  Əhliman  Əmiraslanov 

həmçinin  qetd  etdi  ki,  ATU-da 

tələbələrin  yaşayış  şəraitinin 

yaxşılaşdırılması  məqsədilə  inşa 

edilmiş  6  yataqxana  binasının 

fəaliyyət  göstərdiyini  bildirdi.  Onlar-

dan 1 və 6 saylı yataqxanalarda ATU-

da təhsil alan oğlan tələbələr, 2 və 3 

saylı  yataqxanalarda  qız  tələbələr,  5 

saylı yataqxanada isə xarici tələbələr 

yerləşdirilib.  4  saylı  yataqxanada 

müvəqqəti  olaraq  məcburi  köçkünlər 

məskunlaşıb.  Hazırda  ATU-nun  1 

saylı  yataqxanasında  172  nəfər,  2 

saylı  yataqxanasında  160  nəfər,  3 

saylı  yataqxanasında  291  nəfər,  5 

saylı  yataqxanasında  273  nəfər,  6 

saylı  yataqxanasında  isə  368  nəfər 

tələbənin yaşadığını da tədbir iştirak-

çılarının nəzərinə çatdırdı.

Tədbirin 

sonunda 

rektor 


Ə.Əmiraslanov  Prezident  təqaüdünə 

layiq  görülmüş  tələbələrin  hər  birinə 

hədiyyələr təqdim etdi.

Ы mцалиъя-профилактика факцлтяси цзря

Мящяррямова Пяри Гафил qızı

Юмярова Эцлай Фярман qızı

Кяримли Ляман Араз qızı

Алыйева Нярмин Цзейир qızı

Дадашова Сяидя Яли qızı

Ялийева Айчин Рауф qızı

Байрамова Фярящ Мяммяд qızı

Исмайылзадя Зяриня Шащин qızı

Йцзбашова Сащиля Сали qızı

Cяфярли Лаля Елшян qızı

Щясянов Имамверди Рювшян oğlu

ЫЫ mцалиъя-профилактика факцлтяси цзря

Мащмудова Асйа Идрис qızı

Мяcидов Нурлан Namiq oğlu

Гулузадя Нярмин Сяфяр qızı

Ширинбяйли Тяраня Сеймур qızı

Исайев Мурад Садиг oğlu

Рцстямова Сяидя Ряшад qızı

Мирзяйева Ниэар Бящлул qızı

Надирли Лейла Мещди qızı

Бяьялийев Намазяли Аьалар oğlu

Сядряддинова Сябиня Ниймят qızı

Ширинов Турал Видади oğlu

Ейналлы Ялишащ Елман oğlu

Cяфяров Елшян Елдяниз oğlu

2015/2016-ъı тядрис 

илиндя АТУ-йа дахил 

олмуш Президент 

тягацдчцляри

Rektor Prezident 

təqaüdçüləri ilə görüşdü

Akkreditasiya komissiyası yaradıldı

ATU-nun mətbuat xidməti


30 sentyabr 2015-ci il

http://www.amu.edu.az

5

-  Bu  il  universitetin  müalicə-



profilaktika, 

stomatologiya, 

əczaçılıq,  hərbi  tibb,  tibbi 

profilaktika  və  tibbi  biologiya 

fakültələrinə minə yaxın tələbə 

qəbul olub. Adətən yüksək bal 

toplayanlar 

universitetimizə 

qəbul  olduğundan,  bu  il  də 

elə  olub.  Sevindirici  haldır  ki, 

bu  il    qəbul  olan  tələbələrin 

400-ə yaxını 600-dən çox bal 

toplayanlardır.  Bu  isə  əlaçı 

tələbə  deməkdir.  Tələbələrin 

24-ü prezident təqaüdçüsüdür. 

“Bilik 


günü” 

münasibətilə 

hörmətli  rektorumuz,  akade-

mik  Əhliman  Əmiraslanov 

tələbələrlə görüş keçirdi. Onun 

həm  də  bu  günlərdə  prezi-

dent təqaüdçüləri ilə də görü-

şü  oldu.  Dəyərli  tövsiyələrini 

verərək  yeni  tədris  ilində 

on lara 


uğurlar 

arzuladı.                                                                                                                           

Bil diyiniz 

kimi 


universitet 

rəhbərliyi  daima  əlaçı  tə lə-

bələrin  fəaliyyətini  diqqətdə 

saxlayır.  Hər  il  olduğu  kimi, 

bu  il  də  “Sabah”  qrupu  təşkil 

olunub.  Bu  qrup  3-cü  kurs-

dan  fəaliyyət  göstərir.  Aşağı 

kurslarda  oxuyan  tələbələr 

üçün  də  bu  tipli  qrup  yara-

dılır.  Çalışırıq  ki,  tələbələr 

həmçinin  ingilis  dilində  də 

dərs  alsınlar.  Tədrisin  yüksək 

səviyyədə 

təşkilini 

təmin 

etmək  məqsədi  ilə  möhtərəm 



Prezidentimizin  fərmanları  ilə 

universitetin  yeni  klinikaları 

inşa edilərək istifadəyə verilib. 

Tədris  aparma  ərazisi  əvvəlki 

illərə  nisbətən  3  dəfəyədək 

genişləndirilib.    Bu  da,  heç 

şübhəsiz,  tələbələrin  tibbi  ba-

carıqları 

mənimsəməsində 

müs bət  rol  oynayır.  Yataqxa-

na  da  əsaslı  təmir  olunaraq 

tələbələrin  ixtiyarına  verilib. 

Tələbələr üçün bu ildən başla-

yaraq  kitabxana  əsaslı  təmirə 

başlayıb.  Təmir  başa  çatdıq-

dan sonra elektron kitabxana-

nın  təşkil  olunacağı  nəzərdə 

tutulub.  Bu  da  tələbələrin 

tədrisi 

yüksək 


səviyyədə 

mənimsəməsində  əhəmiyyətli 

rol oynayacaq. 

“Yeni  dərsliklər  nəşr 

olunub”

 

- Bu il tələbələr dərslik problemi 

ilə üzləşməyəcəklər ki?

-  Son  zamanlar  yeni  dərs-

liklərin  sayı  artıb.  Bizim  əksər 

kafedramızda  dərsliklər  ha-

zırlanaraq  çap  olunub.  Pato-

loji  fiziologiya  kafedrasında 

əvvəllər situasiyalarla bağlı və 

test  suallarına  dair  dərsliklər 

olub.  Dərsliklərimiz  bir  neçə 

il öncə həm kril, həm də latın 

əlifbası  ilə  çap  olunmuşdu. 

Yeniləşməyə  ehtiyac  oldu-

ğuna  görə,  kollektiv  son  tibbi 

nailiyyətlər  nəzərə  alınmaqla 

yeni  dərslik  hazırlayaraq  çap 

etdirib,  tələbələrə  tədris  olu-

nur. Doğrudur, bütün kafedra-

lar hələ ki, azərbaycan dilində 

dərsliklərlə əhatə olunmasalar 

da,  hesab  edirəm  ki,  yaxın 

gələcəkdə bu problem mütləq 

aradan  qaldırılacaq.  Amma 

demək olar ki, kafedraların  90 

faizi  tam  dərsliklə  təmin  olu-

nub. 

- Yüksək bal toplayan tələbələr 

sonralar 

tədris 

prosesində 

problemlərlə üzləşmir?

- Yüksək    balla univer siteti-

mizə  daxil  olan  tələbələrin 

demək  olar  ki  əksəriyyəti 

özləri ni  doğruldur.  Hazırda 

ka fedralarımız  da  tələbələrin  

qəbu luna  tam  hazırdır.  Hör-

mətli  rektorumuz  Əhliman 

müəl limin  göstərişi  ilə  ka-

fedralar  texniki  vasitələr  və 

raktivlərlə 

təchiz 


olunub. 

Təd risin  yüksək  səviyyədə 

aparılması,  keyfiyyət  göstə-

riciləri  isə  indən  sonra  müəl-

limlərin 

tələbələrə 

olan 

münasibətindən asılı olacaq. 



Tələbə 

çətinlikdən 

qorxmamalıdır...

Yeni  tədris  ilinin  başlaması 

ilə əlaqədar tələbələrlə də gö-

rüşüb,  onların  təəssüratlarını 

oxucularımızla  bölüşmək  qə-

rarına gəldik. Bizi ən çox ma-

raqlandıran isə yeni qəbul olan 

tələbələrin fikirləri idi. 

Hərbi  tibb  fakültəsinin  I  kurs 

tələbəsi  Mirmövsüm  Şixəliyev 

uşalıqdan  həkim  olmaq  ar-

zusunda  olduğunu  bildirir.  O, 

əvvəllər  stomatoloq  olmaq 

istəyib.  Böyüdükcə  fikrindən 

daşınıb.  Seçimi  hərbi  tibb 

fakültəsi  olub.  Bu  il  imtahan 

verərək  401  balla  universitetə 

qəbul  olub.  Dərslərin  çətin 

olduğunu  dilə  gətirən  Mir-

mövsüm  müəllimlərindən  ra-

zıdır.  Hesab  edir  ki,  tənbəllik 

etməsə, çətinlikləri arxada qo-

yacaq. 

Mirmövsimin  tələbə  yoldaşı, 



hərbi  tibb  fakültəsinin  I  kurs 

tələbəsi  Kamran  Yunisov  da 

dərslərin  çətin  olmasını  desə 

də,  yaxşı  oxuyan  tələbə  üçün  

bunun problemli hal olmadığı-

nı, çətinliyin onu qorxutmadığı-

nı bildirdi: “ Tibb Universitetinə 

527  balla  qəbul  olmuşam. 

Mən elə əvvəldən bura hazır-

laşmışam.  Bu  gün  Vətənimizi 

düşmənlərdən 

qoruyanlar 

bizim  cəsur  hərbçilərimiz  və 

əsgərlərimizdir.  Ona  görə  də 

qəlbimdən keçdi ki, Vətənimizi 

göz  bəbəyi  kimi  qoruyunların 

sağlamlığının  keşiyində  du-

rum.  Hesab  edirəm  ki,  mən 

bu addımı atmaqla qismən də 

olsa,  Vətən  qarşısında  borcu-

mu yerinə yetirmiş olaram”.  

I  müalicə  işi  fakültəsinin  I 

kurs tələbələri Aytac Həmido-

va, 


Dürdanə 

Yusifova, 

Şəms  Qurbanzadə,  Fidan 

Rüstəmzadə,  Raya  Əliyeva, 

Elvin  Mirzəyev  də    həkim  ol-

maq  arzusunda  olduqlarını 

bildirdilər.  Universitetə  qəbul 

olduqları  üçün  çox  seviniblər. 

Müəllimlərdən  və  tələbə  yol-

daşlarından  razılıq  etdilər. 

Qədəm  qoyduqları  bu  yeni 

həyatda özlərinə dost və rəfiqə 

də tapıblar. Savadlı həkim kimi 

universiteti  bitirmək  arzusun-

da olduğunu da bildirdilər. 

Fətəliyev  Məhərrəm  də  580 

bal  toplayaraq  stomatolo-

giya  fakültəsinə  daxil  olan 

tələbələrdəndir.  Ona  stoma-

toloq  olmaq  arzusunu  atası 

aşılayıb.  Məhərrəm  deyir  ki, 

atasının bu peşənin incəlikləri 

ilə  bağlı  söylədiyi  fikirlərin 

müsbət təsiri olub. Hesab edir 

ki,  bu  peşəni  müəllimləri  ona 

bir daha sevdirəcəklər. 



“Bu ölkəni və milləti çox 

sevdim”

Bəllidir  ki,  universitetdə  yerli 

tələbələrlə  yanaşı,  minə  ya-

xın  əcnəbi  tələbələr  də  təhsil 

alır. Biz onlarla da görüşməyə 

nail olduq. İran İslam Respub-

likasından  olan  II  müalicə-

profilaktika  fakültəsinin  3-cü 

kurs  tələbəsi  Saman  Möhtati 

Tibb  Universitetində  təhsil  al-

dığı  üçün  fəxr  etdiyini  bildirdi: 

“Bu  universitetdə  yaxşı  oxu-

maq  isə  tələbədən  asılıdır. 

Tələbə inkişaf  etmək istəyirsə, 

mütləq  çalışmalıdır.  Çün-

ki  burada  birmənalı  olaraq, 

tələbənin  biliklərə  və  təcrübi 

vərdişlərə  yiyələnmələri  üçün 

hər  cür  şərait  var.  Həm  kli-

nik,  həm  də  adi  dərsləri  nor-

mal  şəkildə  davam  etdiririk. 

Müəllimlərimizin  savadından 

və bizə göstərdikləri diqqət və 

qayğıdan tam razıyıq” 

Kərküklü Ömər Hamdi Cihad 

da S.Möhtati ilə eyni fakültədə 

oxuyur: 

“Burada 


oxumaq 

mənim  üçün  böyük  fəxrdir. 

Elə  uşaqlıqdan  həkim  olmaq 

istrəmişəm. Müəllimlərimizdən 

razıyam.  Azərbaycan  və  bu 

ölkənin  insanları  mənim  çox 

xoşuma  gəldi.  Əgər  universi-

teti bitirəndən sonra bir həkim 

kimi  məni  burada  saxlasalar, 

məmuniyyətlə razılıq verərəm. 

Hər şey qaydasındadı.”

Əlbəttə,  yeni  tələbə  üçün 

yeni şəraitə alışmaq müəyyən 

vaxt tələb edir. Dərslərin ağırlı-

ğı oxumaq və çalışmaq istəyən 

tələbəni  heç  vaxt  qorxutma-

malıdır.  Onlar  bir  şeyi  unut-

mamalıdırlar ki, nə qədər ağır-

lığa  qatlaşsalar  və  nə  qədər 

çalışsalar,  bir  o  qədər  yaxşı 

mütəxəssis  olacaq,  xalqına 

bir  o  qədər  xeyir  verəcəklər.                                        

Onlara yaxşı həkim olmalarını 

arzulayan



Qabil ABDULLAYEV

Fotolar Cənnətalı Çingizindir

S.ƏLİYEV:

“TƏDRİSİN YÜKSƏK SƏVİYYƏDƏ 

APARILMASI MÜƏLLİMLƏRİN TƏLƏBƏLƏRƏ 

OLAN MÜNASİBƏTİNDƏN ASILI OLACAQ” 

H

ər il olduğu kimi, bu il də sentyabrın 15-dən etibarən 

Respublikada  fəaliyyət  göstərən  orta  və  ali  təhsil 

müəssisələrində yeni tədris ilinə start verilib. Qızmar 

yay tətilindən qayıdan Azərbaycan Tibb Universitetinin tələbə 

şəhərciyində  də  bir  canlanma  var.  Tələbə-müəllimlərin  yeni 

tədris ilinə necə başladıqları və ümumiyyətlə universitetdə bu 

münasibətlə  hazırlığın  hansı  səviyyədə  olduğunu  öyrənmək 

məqsədilə tədris işləri üzrə prorektor, professor Sabir Əliyevin 

“Təbib” qəzeti üçün mövqeyini öyrənməyi lazım bildik: 

http://www.amu.edu.az

30 sentyabr 2015-ci il

6

Mütəxəssis sözü

 

                          

A

zan  səsini,  tibet  monaxlarının  ruha-

ni  musiqisini  və    qriqoryan  nəğməsini  

dinlədikdə  səsin,  süzülərək    döyünən  

bir    ton    əmələ    gətirdiyini    duyuruq. 

Fərqli musiqi alətlərinin səsləri  və  bir 

tonda  xor  oxuyan  insanların səsi də  

döyüntü  (ritmik  dalğa)  əmələ  gətirir,   

səslərin  və  alətlərin səsi  eyni ahəngli  

olursa  döyünmə  yavaşıyır,  fərqlənərək  

aralandıqda    isə    sürətlənir.    Bu,    ən  

maraqlı effektlərdən biridir 

      

  

  Tədqiqatçı  Pover  Monro  olmasaydı,  bu  ef-

fekt yəqin ki, təkcə  musiqiçilər  üçün  maraqlı 

olardı.    Elm  aləmində  bunun  geniş  yayılması-

na  baxmayaraq  səsin  hər  iki  qulaq  vasitəsi  ilə 

(sterofonik)  eşitdikdə    insanın  ovqatına  təsiri 

öyrənilməmişdir.  P.Monro  insanın  müxtəlif 

istiqamətlərdən  (sağ    və  sol  kanalla)  tezlikləri 

yaxın  səslərin  eşidilməsini  binaural  adlanan 

döyünmə və ya  binaural  ritm kimi  duyulduğu-

nu  kəşf  etdi. Bir qulaq tezliyi 330  dal/san  təmiz 

ton  eşidirsə, digəri  isə  335 dal/san tezlikdə eşi-

dir. Beyin yarım kürələri bu an bir yerdə işləyir 

və nəticədə  o döyünmənin tezliyi  335 – 330 = 

5 dal/san tezlikdə  eşidilir, bu  həqiqi  zahiri səs 

deyil,  əksinə  kabusdur.  Bu,  insan  beynində  iki 

eyniahəngli  işləyən  beyin  yarım  kürələrindən 

gələn  elektromaqnit  dalğalarının  sintezi 

nəticəsində  yaranır.  İnsan    bu  “səsləri”    eşidən  

zaman,  beyində  nə  baş  verir?.

İnsan  beyni  təbiətin  ən  böyük  sirridir.  Mil-

yardlarla  sinir  hüceyrələrinin  giqant  populya-

siyaları  və  sinir  əlaqələrinin   daha  çox  astra-

nomik  ədədlə sayı   təbii  inkişaf  edən  effektli 

neyronlararası      kombinassiyalar,    özü  -  özünü  

təsdiq    edən    formada    məxsusi  quruluşa  ma-

likdir.  İnsanın  motivasiyaların    proqramlaşdı-

rılmasında    və    davranışlarında,      mismar    ça-

lınması kimi sadə aktlardan elmi   hipotezlərin  

düşünülməsinədək,  mürəkkəb  şəxsiyyətlərarası   

əlaqələrin    və    ekzistensional      düşünmələrə  

qədər,  bu   proseslərin yaranmasının subyektiv  

obrazı,  real ilkin  təqdim  olunma  şəklində  da-

vam  edir. Bütöv  hər şey və  təbiətin  özü də, 

beynin  hakim  araşdırması nəzarətindədir. Psi-

xofizioloqlar  sinir  hüceyrələrinin  menbranın 

da  70-  80  mkv  elektrik    potensiallarını  aşkar 

etdi.  Menbran  potensialının    və    sinir    impuls-

larının    akson    boyunca    yayılması,      kaskat-

la  gücləndirilmiş      elektrik    siqnalı    vasitəsilə  

təchiz    olunmur,    bunu  adi    voltimetrlə  qeyd  

etmək  olur.  Neyronların    dinamiki    vəziyyəti 

yüngül  gecikmələrlə  elektrik qeydedicilərinin  

əqrəblərinə  ötürülür.  Beyin  qabığının elektrik 

fəaliyyəti  yuz  dəfələrlə  zəifdir. Bunu  ilk dəfə 

alman  psixiatrı  Hans Berqer öyrənmişdir.

Son  illərdə  elektroensefaloqrafiya  (EEQ) 

müayinə  üsulunun  kəşfi  beynin  bioelektrik  

fəaliyyətinin öyrənilməsinə imkan yaratdı. Baş 

beynin  ritmlərinin  tezliyi,    müəyyən  şəraitdə,  

məsələn: zəif  elektrik  cərəyanı impulsları,  işıq  

parıltısı  və  səs  şıqqıltısı,  işıq dalğalarının  tez-

liyi,  beyin  ritmlərinin təbii  tezliklərinə    uy-

ğundursa    eyni    ahəngli    olur.  Baş  beyində  qı-

cıqlara müvafik  8,0-25 hs  intervalda  tezliklər  

asanlıqla izlənir,  məşq  nəticəsində  bu   tezlik  

fasilələri   beynin  təbii   tezlik  diapazonuna-

can  genişləndiriir. Hal-hazırda beyində 5  əsas  

ritm ayırd edilir;  fikrin və düşüncənin  müxtəlif  

hallarında,  onların    özünə    məxsus    diapazonu 

və  tezliyi  üstün olur.  Bu dalğalardan  sürəklisi 

beta - ritmlərdir.   Ayıq  vəziyyətdə,  gözü  acıq  

ətrafı  seyr etdikdə  və  ya  cari  problemlərin  

həlli    üçün    fikrimizi      cəmləşdirdikdə,      dərk  

etdikdə    və    narahatçılıq,    qorxu,    təşviş  za-

manı  da  beynimizdə  14  -  40  hs,  (müasir    fikrə 

görə 100  hs  qədər) tezlikli beta   dalğalar üs-

tünlük   təşkil  edir. Depressiya, seçici diqqətin 

pis olması və informasiyanın yadda  saxlanması  

zamanı  beta  dalğalar  itir. İnsanların müəyyən 

qisminin beynində  böyük  həcmdə yüksək  tez-

likli    beta    və    çox    kiçik  həcmdə      alfa,    teta  

diapazonu  relaksasiya  dalğaların    üstünlüyü  

olmaqla    gərgin  vəziyyətdədirlər.  Onlar  siqaret  

çəkmək,  çox    yemək,    şirnikləşdirici    oyunlar,  

narkotikdən    və    alkoqollu      içkilərdən  asılı-

lıq  kimi tez -tez  səciyyəvi  davranışlar edirlər.  

Bunlar    belə  şeylərə  müvəffəq  olan    insanlar-

dır,  onlar    zahiri  qıcıqlara  qarşı  çox həssas 

və digərlərdən   fərqli olaraq,  daha tez  cavab  

verirlər.  Adi    hadisələr    onlara  həddən    çox  

stressli  görünür,  gərginlik  və  təşvişi   azalt-

maq  üçün  spirtli  içki  və  narkotikdən istifadə 

etməyə  məcbur  olurlar.  Gərginliyin  artması-or-

qanizmin  neyrotənziminin    pozulması  ilədir. 

Bu  insanların  beyninə  müxtəlif  təsirlər  beta 

fəallığın  həddini  aşağı  salır  və  uyğun  olaraq  

relaksasiyaedici   alfa  və  teta  ritmlərin faizlə 

miqdarını  artırır.

Amerikada    “Milli  Mental  sağlamlıq  institu-

tu” nun banisi Ph. Henri Adams və  Vaşinqton 

müqəddəs  Elizabet    qospitalının  «alkoqolizmin 

tədqiqat    proqramı»  üzrə      mütəxəssisləri,  qısa 

alkaqol inandırıcı təlqin   müşayiətləri  zamanı  

alfa – teta  relaksasiyasının  bir  mövsümündən  

sonra  ən  ağır  spirtli  içki  əyyaşları,  son iki  

həftə  ərzində alkoqola  tələbatın  səviyyəsini  55 

%  azaltdığını müəyyən etdilər. Doktor Adams 

bu  üsulla  bağlı  jurnalistlərə    belə  deyir,“  bu 

təsir  üsulu  çox  sadə,  hazırlanması,  istifadəsi 

əhəmiyyətli    və    effektlidir”,  hər    hansı    tibbi  

təhlükədən  və  əlavə riskdən  azaddır.  Təsdiqini  

tapmış bu  üsul  asılılıq  vəziyyəti  sindromunu  

kəskin  azaldır, dərin  relaksasiya  yaradır,  bu-

nunla da  kefləndirici  maddələrin  ( narkotik və 

alkoqol )  qəbulu  həvəsini  söndürür.

Gözümüzü  yumduqda,    fikirləşməyəndə  

zəifləyərək fəaliyyətsizləşdikdə  beyində  8 -13  

hs tezlikli alfa  dalğalar  aşkar edilir. Bu hal belə 

davam edərsə,  beyində  alfa  dalğalar   üstünlük   

təşkil  edir, bu xoş bir sakitlik halı alfa vəziyyəti  

adlanır.  Digər  tədqiqatçılar    göstərmişdir 

ki,  beyinə  təsir    zamanı  bəzi    məlumatların  

mənimsənilməsi  üçün  mükəmməl   nümunə,  bi-

zim  yaddaşımızda,  dəlillərin,  faktların,   yazılı  

məlumatların,  hansı ki, alfa  diapazonu fonunda 

həmin  an hazır  olmasıdır.  Şərqdə  təkbətək  vu-

ruşan  döyüşçülərdə  “usta  vəziyyəti”  deyilən 

bir  düşüncə  var   və  EEQ   müayinə   göstərdi 

ki,  bu an  insan  beynində  alfa  dalğalar daha 

üstündür.  Beyinin  alfa  fəallıq  fonunda  əzələ  

reaksiyasının  sürəti  adi  vəziyyətdən  on  dəfə  

yüksək  olur. Stressiz  sağlam  insanın   EEQ-

də  alfa  dalğalar  üstün olur.  Onların  azlığı, 

stressin, mükəmməl  olmayan  istirahətin  baca-

rılmaması  və  nəzərə  çarpan  öyrənilmə, beynin  

fəaliyyətinin  pozulmasını  və  xəstəliyi  təsdiq  

edir. “Alfa vəziyyətdə”  beynində   beta – endor-

fin  və  enkefalinlər  çox sintez olunur,  xüsusən 

bu  (narkotiklər)  sevincə,    istirahətə    və    ağrı-

nın  azalmasına  şərait yaradır.  Həmçinin   alfa  

ritmlər  özünə məxsus  şüurla, şüuraltı (instinq-

tiv)  əlaqəni  təmin  edir.  EEQ -fik   tədqiqatlarla  

müəyyən  edilmişdir  ki,  uşaq  yaşlarında  güclü  

ruhi sarsıntı  almış,  həmin  hadisələrin iztira-

bını  çəkən  insanların  beynində  alfa    dalğalar  

zəifləmiş olur. Analoji  səhnə, hərbi müdaxilələr 

və  ekoloji  fəlakətlər  nəticəsində  sarsıntılardan 

əziyyət  çəkən  insanların  beynin  bioelektrik 

fəaliyyətində müşahidə  edilir. Nə qədər ki, sen-

soer – hərəki ritmlər  alfa  diapazolu dalğaların 

öhdəsinə düşür, belə  aydın  olur ki, postravmatik  

sindromlu  insanlarda  nəyə görəsə  hissi   surət 

tamaşalarına  iradi yanaşma  çətinləşir (bunun,  

əsasında  ənənəvi,  dərmansız  psixoterapiya)  və  

ya  ekstrasensor  bacarıqlar  yaradılır.  Adi  hal-

da  insanlarda   alkoqola  və narkotikə  aludəcilik  

onunla  izah  edilir  ki, onlarda kifayət  miqdarda  

alfa  dalğalar  generalizə  olunmur.  Həmçinin 

narkotik    və    alkaqol    keflənmələri  zamanı 

beynində alfa ritmlərin  aktivliyi  kəskin  artır.  

Oyaq  halın yuxuya  keçən  anında  beyində  

dalğaların  tezliyi yavaşıyır  4 - 8 hs diapazonda  

teta  dalğalar aşkara  çıxır  və bu vəziyyət  mür-

gü  halı  adlanır.  Uşaqlarda bu gözlənilməz  və  

aydın  yadda  qalan  yuxu görmələrlə  müşahidə  

olunur.  Teta  vəziyyəti  ağlın  şüursuz    tutum   

hissəsinə  daxil  olmaqla sərbəst şüurda ayrı-ayrı 

təsəvürlərin qavranılması zamanı yaradıcılq ide-

yalarının qəfildən  şölələnməsidir. 

XIX  əsrdə    Frencmen    Mauri    belə    psixofi-

zioloji    vəziyyəti    hipnaqoqika    adlandırmışdır 

(yunanca hipnoz – yuxu,  aqnoqeous – isə  nəql  

edəndir). Hər Şərq fəlsəfi ezotrik şkalaya  görə  

(hipnoqoqiya)  əsrlərlə    yaradılaraq,    xüsusilə  

təkmilləşdirilərək   bu  vəziyyətə  çatmaq  üçün  

hazırlanmış    psixotexnika  və    rituallardan  

istifadə  olunmuşdur.  Şərq dininə görə  hipno-

qoqiyanın    istifadəsi    məhdudlaşdırılmır.  Belə  

məşhur  şəxsiyyətlər  Aristotel, Brams,  Pucci-

ni,  Vaqner,  Fransisk    Qoya,    Edqar    Alan    Po, 

Carlz    Dikkens,  Salvador  Dalli,    Henri    Ford, 

Tomas  Edisson  və  Albert  Eynişteyn  kimiləri   

hipnoqoqiyanı      öz    yaradıcılıqlarında    texni-

ka  kimi istifadə  etmişlər  və  bu barədə  hələ  

Aristotel  də  əsərlərində  yazmışdır.    Məsələn, 

Edisson  oz  kəşflərində  gərgin  iş  rejimdə  çalış-

mış və fikirlərində   çətinliklərə  qarşılaşdıqda  

mürgülədiyi anda əlində oynatdığı  xüsusi  metal  

şarin  qəfildən əlindən düşdüyü zaman gurultulu  

səsi  onu   yuxudan  oyadır  və  hansıki o, oyanan  

an çox  tez-tez  nisbi  proyektlərin  yeni  ideyaları  

üzərində  işləyirmiş.   

Yuxuda  və    huşsuz    vəziyyətdə    olduqda  

beyində  tezliyi 4 imp/s – dən  aşağı  olan  delta  

dalğalar  qeyd edilir. Müəyyən  insanlar  delta  

vəziyyətdə    olaraq      hissiyatlarını    itirmirlər, 

qanuni  olaraq    bu    dərin    trans    və      ya  “qey-

ri  -  fiziki    “vəziyyətlə    assosiasiya    olunur,  bu 

zaman    beynimiz    somatotrop    hormonu    if-

raz  edir,  intensiv  olaraq  bu özünü bərpa   və   

özünümüalicə   ilə  müşahidə  olunur. İnsan   bir  

şeylə  maraqlandığını  biruzə  verdikdə,  beyində 

- beta  fəallıqla yanaşı,  delta  dalğalar  da  artır.  

Beyin ritmlərinin  kompyuterlə analizləri,  ayıq  

vəziyyətdə  beyində  bütün  tezlikli diapazonla-

rın iştirakının olduğuna  imkan  yaratdı,  bey-

nin  iş  qabiliyyətinin  effektliyindən  asılı  ola-

raq  bu  an  beyin  yarımkürələrinin  simmetrik  

zonalarda  bütün  diapazoda dalğalar  daha  çox  

koqerentliklə  (sinxronluq) müşahidə  olunaraq 

qeyd    edilir.  EEQ  müayinə    üsulu    ilə    müasir    

dövrdə   uyğun  profildə  yerləşən  xəstəxanalar  

nevraloji  şöbə    və    tibbi  müəssisələr,  poliklini-

kalar,  bu    işlə  əlaqədar    elmi  tədqiqat  idarələri 

də elektroensefaloqrafik   laboratoriyasız  keçinə  

bilmir.  EEQ müayinəsi  baş  beynin  çox  saylı, 

üzvü,  ocaqlı  və  digər  zədələnmələri,  boğulma, 

zəhərlənmə,  şiş  prosesləri, epileptik, damar  tipli 

və  bir  neçə  ayrı  neyrogen, psixiki  xəstəliklərin  

diaqnostikası   üçün  çox vacibdir.   

Professor A. Kaplan psixiki  aktları  «səslərlə»  

araşdırmış    və    beyin    ritmləri  öyrənilmiş, 

həmçinin  Moskvada  RTEA  P.Anoxin  adı-

na  normal  fiziologiya  institutunda  akademik 

K.Sudakov    rəhbərliyi  ilə    daha  maraqlı  elekt-

rofizioloji    tədqiqatlar  aparılmışdır.  Son    za-

malar  alimlər      unikal    və    praktiki    çıxılmaz  

vəziyyətlə  qarşılaşmış, eksperimental  prosedur  

şəbəkələrdə  real   müşahidə edilən prosesi, tez  

uçan  və  gözəgörünməyən  psixi  fenomenləri: 

emosional vəziyyəti,  təfəkkür  proseduraları  və  

əqli simanı qeyd  etməklə  rastlaşmışlar və insan  

psixikasının  elementar  aktlarını  qeyd  edən ci-

haz  və alətlərdən  istifadə  etmişlər.    Neyronların  

istilik əmələgətirməsini də ölçmək mümkündür. 

Hal hazırda məsələn: pazitron - emision tomoq-

raf (PET), nüvə - maqnit rezonansı,  istilikgörmə  

və  s. belə  müayinə  metodlarından geniş istifadə 

olunur. Alimləri  düşündürən odur ki,  müxtəlif  

psixi  proseslər,  yaddaş,  diqqət,  xüsusən  koqne-

tiv  və  tanıma  əməliyyatları  EEQ səviyyəsində 

aşkar  ifadə  edilirsə  və  bunun  güclü  statis-

tik hədd səviyyəsində  əhəmiyyəti  daha  aydın 

qeyd  edilir. EEQ-da  təxmini  olan  dəyişiklər  

yəqin ki, əsl  həqiqətdə  psixiki  proseslərin  öz  

təbiətinə    müvafiq      yüksək    dinamikliyi    he-

sablana  əks    olunmasıdır.  EEQ    səviyyəsində 

oxşar  əməliyyatlar  əsas  qısamüddətli        siqnal-

ların  statistik  parametrinin  tənzimlənməsi  ilə    

müşahidə  olunur.

Professor B. Darxovski  EEQ ritmlərinin nisbi 

eyni   adlı seqmentlər şəklində həqiqi oxşarlığını 

və saniyənin  onda  biri  qədər  davam  etdiyini, 

EEQ-nin seqmentlərlə (ritm arası dalğa) oxşarlı-

ğını həqiqi   fizialoji  və  psixaloji  proseslərin  

funksional  strukturlarına  çox uyğun  gəlidiyini 

müəyyən  etdi.  Akademik    İ.Aşmarinin   

rəhbərliyi ilə  yeni  nootrop  preparatının  effek-

tinin  EEQ-nin alfa ritmin  seqmentlərinə kifayət  

amplitudada    özünəməxsus      pozitiv    təsiri 

(yaddaşın yaxşılaşması) və  həmin  seqmetdəki   

yüksək    amplitudlu    aktivliyə    bir    neçə    əks  

təsirləri  aşkar  edilmiş və Almanyadakı  Quber-

nator    universitetinin    klinikasında  insanlarda 

gecə  yuxusunun  funksional  blokunu  öyrənmək  

üçün  EEQ seqmentləri birgə tədqiq edilib. Yuxu 

fazaları   təcürbəli   ekspermentlərlə “əllə” təyin  

olunur  və  subyektiv  kriterilər  əsasında,  prak-

tiki  avtomatlaşma  şəklinə  gətirmək  olur.  Gecə 

qeyd olunan  EEQ-nin seqmentləri  qabaqcadan  

məlum  olmayan  obyektiv   həqiqətlərə  baxma-

ğa  imkan verir,  klassik  yuxu  fazaları   EEQ-nin  

sayına  uyğun  gəlir  və  yuxunun  digər  stadiya-

ları  üçün səciyyəvidir.  Bu  ondan  xəbər  verir 

ki,  yuxunun  dərin  fazalarında  ayıq  vəziyyətin  

qısa  zamanları  aşkar  edilir, hansı  ki,  insan  

tərəfindən  subyektiv  olaraq  müddətin qısa ol-

masına görə  əhəmiyyət  kəsb  etmir. 

  Hindistanda    Kampur    şəhərində  Texnaloji  

İnstitutun    tədqiqatçıları,  nəsililərlə    yoqa    ilə  

məşğul olanların   meditasiya  dövründə  EEQ-

də    seqmentlərin    strukturasında      hər    şeydən  

əvvəl ayıqlıq  vəziyyətində  yüksək   diapazonlu   

növbələşmələrlə,  qısa  seqmentli  alfa  (8-12 hs) 

və  teta  ritmlərin (3-6 hs) tezlikləri ilə  fərqini 

göstərmişlər.  İndi,    EEQ-nin    fenomenlərinə   

oxşar  görsənməsi  şüurun  vəziyyətinin  dövrü  

dəyişikliyindən  xəbər  verir  və bunların sis-

temli  öyrənilməsinə  gətirib  çıxarır.    

EEQ-də seqmentdən seqmentə keçmə anları, 

vaxta uyğun, bu sahələrdə cari işlərin razılaş-

dırılmasının təsdiq edilməsi ideyasını meyda-

na  çıxarır.  Belə    kombinasiyalarda  EEQ-nin  

qeydi:  alın,  mərkəz,  təpə,  gicgah,  ənsə  və    s. 

nahiyyələrdən daha  çox, məsələn 16 elektrodla  

120 kombinasiya  yaratmaq  olur.   Fərqli  funk-

sional  vəziyyət  üçün  müddətə və əməliyyata  

uyğun  EEQ  aparmalarında  vertikal  boyunca  

bu    kombinasiyaların  sinxron    portretini    ya-

ratmaq, seqmentlərin  sərhədlərilə  uyğun  gəlir. 

Araşdırılan  tədqiqatın  proyekti  çərçivəsində 

alimlər müxtəlif  psixi  gərginliklərə uyğun  ay-

dın  ifadə  olunan  maraqlı portretlər  almışlar. 

Beynin  stukturlarının  öyrənilməsi,  müxtəlif  

tapşırıqları  yerinə  yetirən insanlar da generalizə  

olunmuş  psixi  vəziyyətin  yüksək    həyəcan  

vəziyyətinə    uyğun    xüsusiyəti  barədə  maraqlı 

məlumatlar  aşkar  etdi.  Bunlar  nevrotik  və  psi-

xosomatik patologiyaların əmələ gəlməsində va-

cib rol oynayır və  bu tədqiqat işi təbabət ücün 

çox vacib nəticələrə gətirəcək. Psixi funksiyalar 

EEQ-nin spesifik     patterilərində   əks  olunur. 

Bunları    həmişə    fikirləşmək    olmur,  hansı  ki,  

öz  gücü ilə  tədqiqatçılara insan  psixikasının  

növbəti  sirrini cəm  şəkildə  açmağa imkan verir. 

Bu sahədəki  yüksək  nailliyyətlərə  baxmayaraq,  

ən  maraqlı  ekspermentlər, qalmaqallı  məsələlər  

hələ    öndədir.  Professor    Ə.Allahverdiyevin 

rəhbərliyi ilə bubertat  dövrdə baş beynin yaşa 

müvafik  inkişaf  tempi,  cinsiyyətə  uyğun  fərqi, 

həmçinin normal fiziologiya kafedrasının müdi-

ri  prof.A.Məmmədov  və  əməkdaşlarla  birlikdə 

tərəfimizdən  müxtəlif  funksional  vəziyyətlərdə 

və  davamlı  stresslə  yaranan  funksional  və  so-

matik  xəstəliklər zamanı öyrənilməsi və onların 

qeyri  ənənəvi  (musiqi  ilə)  dərmansız  korreksi-

yasında  seqmetlər  arası  vəziyyətlər,  teta-alfa 

relaksasiya  kimi  probləmlər  geniş  araşdırılaraq 

və çox maraqlı nəticələr əldə olunmuş, yerli və 

xarici  mətbuatda  dərc  olunub.  Müasir  dövrdə, 

tərəfimizdən  insanın  psixi  proseslərinin  ya-

radıcı    tənzimi    mexanizmlərinin    öyrənilməsi  

ekspermentləri    planlaşdırılıb.    Müasir  texniki  

vasitələrin    köməyi    ilə    hazırlanmış    və  proq-

ramlaşdırılmış    sistemlərlə    müayinə    olunan  

şəxslərin  funksional  münasibətləri  beyin  struk-

turları  ilə  qarşılıqlı  əlaqələrini sərbəst  surətdə  

modifikasiya  etməyin yolları öyrəniləcək.  Har-

dasa  bu  yolda   “iradə  azadlığı” nın  sirlərinin  

üstündən    pərdə    götürüləcəkdir:maraqlıdır, 

bu    metafizik    alleqoriyadırmı,    yoxsa    zərərli  

təmsildirmi,  yoxsa  real  psixofizioloji  proses-

dirmi?


Yüklə 313,36 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin