1
.
İngilis hərbi jurnalisti Skotlend-Liddelin Azərbaycan ordusu-
nun ünvanına dediyi xoşməramlı sözlərə görə xalqımız ilk
növbədə iki görkəmli sərkərdəmizə, 1918-ci ildə ordumuzun
təməl daşını qoyan Əli ağa Şıxlinskiyə və Səməd bəy Mehman-
darova borcludur. Nizami və döyüşən ordu yaradan hər iki
sərkərdə ilk hərbi nümayişin keçirilməsini, hərbi məktəblərin
açılmasını, hərbi geyim formasının təşkilini və başqa gərəkli
işləri həyata keçiriblər. İlyarım fəaliyyətdə olan Azərbaycan or-
dusu Lənkəranda bolşeviklərin üsyanını yatırdıb. Zəngəzurda,
Əsgəranda erməniləri məğlubiyyətə uğradıblar.
1919-cu ilin sonlarında Azərbaycan Respublikası üçün üç
təhlükə vardı: şimaldan ağqvardiyaçı general Denikin, Zəngəzur
və Qarabağdan daşnak erməniləri, ordunun daxilində isə bolşe-
vik təbliğatı. Bu təhlükənin ikisinin qarşısını hərbçi dəyanəti ilə
alan nazir Səməd bəy Mehmandarovu ən çox narahat edən “bol-
şevik” xəstəliyi idi. Qırmızı bolşeviklərin təbliğatı orduda oldu-
ğu kimi fəhlə-kəndli arasında da yayılmışdı. Bu təsir az da olsa
əsgər və zabitlərə də keçmişdi. Ona görə də nazir Səməd bəy
Mehmandarov əsgərlərlə görüşəndə təkrar-təkrar deyərdi ki,
qoşun torpağımızı yağılardan qorumaqdan ötrü vacibdir. Qoşu-
nun əsgəri siyasətlə maraqlanmalı, beynəlxalq aləmdə nələr baş
verdiyindən hali olmalıdır. Amma nə zabit, nə də əsgər heç bir
partiyanın, ya da cəmiyyətin qulu olmamalıdır.
1
RMDA, f. 894, siy. 10, iş 82, vər. 2-10
General Əli ağa Şıxlinski və silahdaşları
448
Bolşevizmə qarşı mübarizədə
Hökumətin fəaliyyətinin əsasında Azərbaycanın
müstəqilliyi durur və mən şübhə etmirəm ki, bol şe-
viklərin dağıdıcı cəhdlərinə qarşı zəruri tədbirlər
görüləcəkdir. Mən öz tərəfimdən bolşeviklərin Bakı
qarnizonu qoşunlarına partlayıcı təsirindən ehtiyat
edirəm. Belə ki, Bakı indi Zaqafqaziya bolşeviklərinin
fəaliyyət mərkəzi hesab edilir.
General Səməd bəy Mehmanda-
rovun Nazirlər Kabinetinin sədrinə
1919-cu il 21 aprel tarixli raportun-
dan.
Rotmistr İlyas Əliqulu oğlu Şahtaxtinskinin 29 iyun 1920-ci
ildə bolşeviklərə verdiyi istintaqın protokolundan:
“–…Hərbiyyə naziri Səməd bəy Mehmandarova gəldikdə deyə
bilərəm ki, o da bolşeviklərə və Sovet hakimiyyətinə düşmən kimi mü na-
sibət bəsləyirdi. Ona görə belə deyirəm ki, o, bolşevikləri həbs etdirərdi.
Məsələn, Babayev Cəfəri göstərə bilərəm, onu Mehmandarovun şəxsi
əmrinə əsasən təkadamlıq kamerada gündəlik bir parça quru çörək və
bir parça su ilə saxlayırdılar. Habelə Mehmandarovun bol şevizmdə əli
olanların hamısını həbs etmək və ciddi rejim altında saxlamaq barədə
sərəncamı da vardı”.
Həmin bolşevik Cəfər Babayev 1960-cı ildə “Canlı xatirələr”
adlı 69 səhifəlik bir kitabça nəşr etdirib. Onun xatirələrindən belə
məlum olur ki, Bakını və Azərbaycanı daşnak ermənilər, istilaçı
ruslar daha çox sevirmiş, nəinki müsavatçı azərbaycanlılar. Özü-
nü bolşevik qəhrəmanı kimi təqdim edən C.Babayevin oturub-
durduğu adamlar A.Mikoyan, S.Şaumyan, M.Babayan, T.Qəhrə-
manyan, Ə.Qarayev, R.Axundov və başqaları olub. Onun yazıla-
rında müsavatın əsgəri də, zabitləri də savadsız və amansız
təsvir edilir. Bircə epizodda Babayev həqiqətdən qaça bilməyib:
Şəmistan Nəzirli
449
“Bakının general-qubernatoru Murad Gəray bəy Tlexas dişlərini
qıcıdıb bolşevikin üstünə elə təpindi ki, səsinin zərbəsindən
pəncərələrin şüşələri cingildədi”.
Zənnimcə, general Tlexas vətənini düşmənə satmaq istəyən bol-
şevik Məmmədağa İbrahimovla sərt rəftar etməkdə çox haqlı idi.
Bütün bunlardan sonra 1919-cu il avqustun 15-də əsgəri
xidmətə çağırılan bolşevik C.Babayev yazır: “…Mənə hərbi çağı-
rış vərəqəsi gəldi. Müsavat ordusuna çağırıldım. Bir işə bax,
düşmən bildiyim, gecə-gündüz əleyhinə mübarizə apardığım
mü savat partiyasının ordusunda xidmət etmək üçün əsgər çağı-
rıldım. Mən kimə qarşı vuruşmağa göndərilirdim? Öz xalqıma
qarşımı? Mən bir ovuc bəyin, mülkədarın mənafeyini qorumaq
üçün müsavat ordusuna əsgər getməli idim.
Məni dəhşət götürmüşdü. Acığımdan az qala çağırış vərə-
qəsini cırıb, Bakıdan qaçmaq və ilim-ilim itmək istəyirdim. Mən
Bakı partiya təşkilatımızın rəhbərinə bu məsələni danışdım və
bildirdim ki, fərari olacağam.
– Yox, sən orduya getməlisən, – deyə Anastas İvanoviç Miko-
yan heç gözləmədiyim halda sözümü kəsib dilləndi.
Mən özümü saxlaya bilməyib tez cavab verdim:
– Nə üçün? 1918-ci ildə müsavatçılar məni Gəncə Hərbi Mək-
təbinə aparanda bolşevik partiyamız etiraz edirdi. Deyirdilər ki,
necə olursa olsun orduya getməməlisən. İndi isə…
– Bəli, o vaxt bambaşqa idi. Onda sənin inqilabi təcrübən yox
idi. Müsavatçılar səni yoldan döndərə bilərdilər. Sən indi ordu-
da əsgərlər arasında partiya təbliğatı apara bilərsən, onları
bolşeviklərin tərəfinə çəkməyi bacararsan.
Bir azdan məni Qusardakı dördüncü Tatar süvari alayına
yazdılar. Poqonu əlimə alanda elə bil ki, məni ilan vurdu. Onu
çiynimə vurmaq istədim. Elə o dəqiqə bu hərəkətim alay zabiti
Amloxvarinin gözünə dəydi. O mənə elə bir sillə çəkdi ki,
əlimdəki şeypur yerə düşdü… ”
Bolşevik “vətənpərvəri” C.Babayevin öz millətinə “xidməti”
göz qabağındadır. Hərbi nazir Səməd bəy Mehmandarov onu
General Əli ağa Şıxlinski və silahdaşları
450
həbs edib təkadamlıq kamerada bir parça quru çörək və bir par-
ça su ilə saxlamaqda tamamilə haqlı idi.
Burada S.Mehmandarovun “günahı” ondadır ki, gərək ideya
düşməni olan bolşevik C.Babayevi güllələtdirəydi. Onda xalqı-
mıza qara yaxanın, orduda zərərli bolşevik təbliğatı aparanın
heç olmasa biri də əskik olardı.
* * *
İstər Səməd bəy Mehmandarov, istərsə də Əli ağa Şıxlinski
uzunillik ordu həyatında siyasi partiya və qurumlardan uzaq ol-
muşlar. Onların ən ümdə vəzifəsi Vətəni, torpağı yağılardan qo-
rumaq üçün nizami qoşun yaratmaq idi. İyirmi səkkiz aprel çev-
rilişinin səhəri onları dindirən bolşevik çekistləri hər ikisinə:
“Hansı siyasi partiyanın və ya inqilabın mənafeyini müdafiə
edirsiniz? ” – sualını vermişdir.
General Səməd bəy Mehmandarovun cavabı: “Bütün ömrüm
boyu mən hər cür siyasətdən uzaq olmuşam”.
General Əli ağa Şıxlinskinin cavabı: “Hər bir inqilaba əks-
inqilab kimi yanaşmışam, heç vaxt belə şeylərə qoşulmamışam,
qoşulmazdım da…”.
Bolşeviklərin Azərbaycana hücumuna düz bir il qalmış və
onların ordudakı zərərli siyasətini əvvəlcədən hiss edən nazir
S.Mehmandarov 1919-cu il aprelin 20-də Nazirlər Sovetinin
sədrinə yazırdı: “Yaxşı olardı ki, Azərbaycan ordusundan azad
olunmuş rus zabitləri, etibarsız element kimi Azərbaycan hü-
dudlarından kənar ediləydi. Lakin ümumi siyasi vəziyyətin bu
məsələyə münasibətini bilmədiyimdən, xahiş edirəm, bu haq-
da mənə məlumat verəsiniz. Sizin qərarınızın nəticəsini
bilmək istərdim”.
Sovet hakimiyyəti illərində Səməd bəy Mehmandarov haq-
qında cəmi iki: 1946-cı il mayor Hacıağa İbrahimbəylinin “Səməd
bəy Mehmandarov” (18 səhifəlik) və 1977-ci ildə polkovnik, tarix
elmləri namizədi Əli Abbasovun “General Səməd bəy Mehman-
darov” (80 səhifəlik) kitabçaları nəşr olunmuşdur. İndiyənədək
Şəmistan Nəzirli
451
1918-1920-ci illərin sənədləri nə tarixçilərin, nə də S.Mehmanda-
rov tədqiqatçılarının sərəncamına verilmədiyindən şöhrətli ge-
nerallarımızın həmin illərdə daxilən hansı hisslər keçirdiyindən,
ən başlıcası, azərbaycanlı kimi vətəndaşlıq təəssübkeşliyindən
bixəbər olmuşuq.
Demokratiyanın sayəsində yeni açılan arxiv sənədləri arasın-
da ilk hərb nazirimizin çoxlu teleqramları, əmr və raportları işıq
üzü gördü. Bu sənədlər o vaxtkı ordumuz, zabit və əsgər heyə ti-
miz haqqında qiymətli məlumatlar verir.
* * *
Lənkəran qəzası sakinlərinə müraciətnamə
Vətəndaşlar!
Azərbaycan Respublikası Dövlətinin xahişi ilə mən Lənkəran qəza-
sına dəstə göndərirəm. Vətəndaş müharibəsinə birdəfəlik son qoymaq,
qayda-qanun yaratmaq, Sizi dinc əhaliyə əzab verən zorakı dəs tələrdən
və qatillərdən azad etmək işi bu dəstəyə tapşırılıb.
Azərbaycanın ayrılmaz bir hissəsi olan qəzada məskunlaşmış bütün
millətlərə ədalətli münasibət bəsləyən Azərbaycan qoşunları Sizə qa-
nun daşıyıcıları kimi göndərilirlər.
Silahlı qüvvələrin himayəsi ilə ölkənin bütün sahələrinin idarə
olun masında təcili mülki idarəetmə bərpa ediləcək. Mən əminəm ki, Siz
özünüz də Azərbaycan Respublikasının gələcək tamhüquqlu vətən daş-
ları kimi sülh şəraitində birgə yaşamağın möhkəm əsasının qoyulması
marağındasınız və görəcəyiniz bütün tədbirlər ölkədə qanun-qaydanın
bərpa olunmasında hökumətin bütün qanuni əmrlərinin könüllü surət-
də yerinə yetirilməsində və Azərbaycan Respublikası Dövlətinin nüma-
yən dələrinə öz xeyirxah münasibətinizlə imkan daxilində kömək lik
göstərəcəksiniz.
Bununla bərabər, Sizi əmin edirəm ki, Sovetlər, Komitetlər və ya
“Muğan Respublikası” adı altında heç bir sərbəst təşkilatların yaradıl-
masına yol verilməyəcək.
Lənkəran qəzasında yeganə – Azərbaycan Respublikası hakimiyyəti
tanınır və onun verdiyi qanunlara qulaq asmayan hər bir şəxs müharibə
dövrünün qanunlarına əsasən qiyamçı kimi məsuliyyətə cəlb olunacaq.
General Əli ağa Şıxlinski və silahdaşları
452
Dəstə rəisinin göstərişi ilə əhali silahları təhvil verməlidir, kim əmri
yerinə yetirməsə, hərbi-səhra məhkəməsinin sərəncamına veriləcək.
Xəbərdar edirəm ki, rus əhalisinə qarşı hər hansı bir zorakarlığa və
soyğunçuluğa yol verməyəcəyəm, çünki qəzada yaşayan başqa mil lət-
lərin nümayəndəsi kimi onları da Azərbaycan Respublikasının vətəndaşı
sayıram.
Amma rus əhalisinin şəxsiyyətinə və toxunulmazlığına təminat
verərək, mən onlardan da yerli hakimiyyətin verdiyi qanunların yerinə
yetirməsinə əməl etmələrini tələb edirəm.
Hər bir silahlı müqavimət ölüm cəzası ilə cəzalanacaq və belə hallar-
da qoşunlara amansız olmaları haqda əmr olunub.
Bu və ya digər bəhanələrlə xalqı ordu və hökumət əleyhinə qaldıran-
ları bu haqda xəbərdar edirəm.
Mən də öz növbəmdə dəstə rəisinə
1
əmr etmişəm ki, qoşunun əhaliyə
heç bir xətər toxundurmaması haqda ölçü götürsün və dinc əhaliyə qar-
şı hər cür zorakılıq göstərən günahkarlar ciddi cəzalansınlar.
Azərbaycan Respublikasının hərb naziri,
Tam Artilleriya generalı Səməd bəy Mehmandarov.
General-leytenant Məmməd bəy Sulkeviç.
23.07.1919-cu il, Bakı şəhəri
21 oktyabr 1919-cu il Lənkərandan teleqram
Lənkəran Şəhər duması əhalinin istəyi ilə 15 oktyabr tarixli yığın-
cağında hərb naziri general Səməd bəy Mehmandarovu Respublika
parlamentinə üzv seçmişdir.
Şəhər Dumasının üzvləri
1
General-mayor Həbib bəy Hacı Yusif oğlu Səlimov (1881-1920) – Ş.N.
Şəmistan Nəzirli
453
TÜRK İRSİNİ ÖYRƏDƏN GENERAL
Şöhrətli generalımız Səməd bəy Mehmandarovun 1918-1920-
ci illərdəki fəaliyyəti xalqımız qarşısında əvəzsizdir. Onun Milli
Ordunun yaradılmasındakı müstəsna rolu, 1918-ci il dekabrın
25-də Azərbaycan xalqına müraciəti, əsgər və zabit heyəti qarşı-
sında ata nəsihətli (həmin ili Səməd bəy Mehmandarovun 63
yaşı vardı – Ş.N.) çıxışları və nəhayət, güclü Vətən təəssübkeşliyi
qırx minə yaxın əsgəri olan nizami ordu yaratmağa səbəb oldu.
Səməd bəy Mehmandarov haqlı olaraq yazırdı ki, düşmənə
qarşı mübarizə tədbirlərindən biri də xalq içərisində sağlam mil-
li hisslərin yaradılmasıdır. Bu vəziyyət Azərbaycan Respublika-
sının yaranmaqda olan gənc ordusu üçün xüsusilə zəruridir. Yu-
xudan yenicə oyanmış xalqda sağlam, milli hissi oyatmalıyıq…
Xalq arasında türk irsinin milli hisslərini və vüqarını qaldırmaq
üçün xalqı, qoşunlarımızı onun tarixi keçmişi ilə tanış etməliyik.
Səksən ilə yaxın əl vurmadığımız 1918-1920-ci illərin arxiv
qovluqları açıldıqca bizə məlum olur ki, ilyarım fəaliyyətdə olan
Milli Ordu tariximiz çox zəngin olmuşdur. O da məlum olur ki,
hərb tariximizi zənginləşdirən tam artilleriya generalı Səməd
bəy Mehmandarovun və Əli ağa Şıxlinskinin rəhbərliyi ilə, onla-
rın silahdaşları general Həbib bəy Səlimovun, Məmməd bəy Sul-
keviçin, şahzadə Əmir Kazım Mirzə Qacarın, Cavad bəy Şıxlins-
kinin, Murad Gəray bəy Tlexasın, Əbdülhəmid bəy Qaytabaşı-
nın, Teymur bəy Novruzovun, Süleyman bəy Əfəndiyevin, to-
poqraf-general İbrahim ağa Vəkilovun misilsiz fəaliyyəti olmuş-
dur.
Port-Arturda, Birinci cahan savaşında və 1918-1920-ci illərdə
şərəfli döyüş yolu keçən general Səməd bəy Mehmandarovun
haqqında araşdırmalar apardıqca o illərin sənədlərində və
qəzetlərində onun çıxışlarına, nitqlərinə rast gəlmək olur.
Belə tarixi sənədlərdən bixəbər olduğumuza görə bəzi “sapı
özümüzdən” olan nadanlar keçmiş sərkərdələrimiz barədə artıq-
əskik danışırlar. Onlar hətta “hücuma” keçərək yazırlar ki, niyə
General Əli ağa Şıxlinski və silahdaşları
454
Mehmandarovun, Şıxlinskinin və başqa sərkərdələrimizin Na-
poleon, Kutuzov, Suvorov kimi müdrik fikirləri, hərbi-elmi
əsərləri qalmayıb. Bir sözlə, özümüzünkülərə qeyri-vətənpərvər
damğası vururlar. Onda belələrinə cavab vermək çox ağır və
əzablı olur. Bu müasir “vətənpərvərlərə” başa salmaq lazımdır
ki, totalitar rejim səksən ilə yaxın onların Aprel çevrilişindən
əvvəlki fəaliyyətinə “tamamilə məxfidir” möhürünü vurub. İndi
budur, aşkarlığın sayəsində səksən beş ildən sonra belələrinə ge-
neral Səməd bəy Mehmandarovun Azərbaycan Hərbiyyə Məktə-
binin ikinci buraxılışında, 1926-cı il sentyabrın 15-də elə diyi tari-
xi çıxışı cavab verir.
Həmin ili Azərbaycan Hərbiyyə Məktəbində Səməd bəy
Meh man darov topçuluqdan rusca, Əli ağa Şıxlinski isə Azər-
baycan dilində mühazirələr oxuyurdular.
Onlar həm də 1921-ci ildə öz təşəbbüsləri ilə yaratdıqları Bakı
Qarnizonu Hərbi-Elmi Cəmiyyətinin üzvü idilər.
Çıxış Azərbaycan oxucularına ilk dəfə təqdim olunur.
Azərbaycan hərbi məktəbinin ikinci buraxılışı haqqında
Yoldaşlar! Bu gün biz yeni qırmızı komandirlər kimi sizi
təbrik edirik.
Qırmızı komandir kimi siz daha müstəqil yola çıxdınız. Bu
müstəqil yolda sizi çətin və məsul iş gözləyir. Həmin işin baca-
rıqla və vicdanla yerinə yetirilməsi sizin tabeliyinizdə olan adam
-
ların döyüş hazırlığı səviyyəsindən asılıdır. Öz xidməti və döyüş
təcrübəmdən istifadə edərək sizin üçün bu əlamətdar gündə
həmin iş haqqında bir neçə söz demək istəyirəm.
Azərbaycan hərbi məktəbini qurtaran sizlər, yoldaşlar, möh-
kəm yadda saxlamalısınız ki, heç bir məktəb, hətta ali məktəb də
olsa, tam bilik vermir, gəncləri gələcək özünütək milləşdirməyə
hazırlayaraq buraxır. Bu cəhəti biz hərbi qulluqçular xüsusilə
yadda saxlamalıyıq, çünki, ümumiyyətlə, hərbi işdə, əsasən də
qüdrətli mübarizə vasitəsi olan artilleriyada öz əksini tapan
hərbi texnika böyük müvəffəqiyyətlərə nail olmuşdur.
Şəmistan Nəzirli
455
Texnika və taktika bir-birilə ayrılmaz surətdə əlaqədardır və
texnikanın inkişafı taktika sahəsində böyük dəyişikliklərə səbəb
olur. Daimi yeni hərbi-texniki kəşflər sayəsində artilleriya atə-
şinin gücü ilbəil artır, döyüşün üsullarını və taktiki xüsusiy-
yətlərini, hücum və müdafiə formalarını əsaslı surətdə dəyişdirir.
Buna görə də müasir tələblərdən geri qalmamaq üçün, yoldaşlar,
siz yorulmadan öz üzərinizdə ciddi çalışmalı, geri qalmamaq
üçün cari hərbi əməliyyatı diqqətlə izləməlisiniz, başqa sözlə,
yenə də öyrənmək və öyrənmək lazımdır. Bu tələblərə əməl etsə-
niz, siz öz yerinizə layiq olacaqsınız və tabeliyinizdə olanların
hüsn-rəğbətini qazanacaqsınız.
Texnikanın inkişafı və artilleriya atəşinin artan gücü ilə yana-
şı, mən deməliyəm ki, irəli getmək coşqunluğu ideyası ilə ruhla-
nan qoşunlarda əsas amil insandır, texnika isə ikinci dərəcəlidir,
çünki texnikanı da insan idarə edir.
Hərbi-elmi cəmiyyətdəki məruzələrimdən birində, yoldaşlar,
mən demişdim ki, hərbi iş yaradıcı işdir, bu işdə təcrübə və prak-
tikanın böyük əhəmiyyəti vardır, bu təcrübə və praktika bir çox
nəzəri müddəaları üstələməlidir. Bunu deməklə mən nəzəriy-
yənin əhəmiyyətini heç də azaltmıram, çünki hərbi sənət nəzəriy-
yəsi həmin praktikadan doğmuşdur. Əgər bu belədirsə, onda
baca rıq, təcrübə və praktikanı hansı vasitələrlə mənimsəmək olar?
Müharibə dövründə bacarıq və təcrübə şəxsi praktika ilə,
sülh dövründə isə sülh və müharibə dövrlərində göstərişlərini
rəhbər kimi qəbul etdiyimiz nizamnamələrini əsaslı surətdə
öyrənməklə, texniki tapşırıqla çölə çıxmaqla, ikitərəfli manevr-
lərlə, komanda heyətinin çöl təlimləri ilə, hərb tarixini öyrənməklə
və b. üsullarla qazanılır.
Bunları mən geniş izah etməyəcəyəm, öyrənilməsinə böyük
əhəmiyyət verdiyim hərb tarixi üzərində dayanacağam.
Hərb tarixini öyrənmək dünya görüşünü genişləndirir, tənqidə
qabil olan adamın zəkasını, fərasətini və bacarığını inkişaf etdi-
rir. Hərb tarixini öyrənməklə siz ovcunuzun içi kimi bu və ya o
tərəfin səhvini görürsünüz. Görürsünüz ki, nə etmək olar və nə
General Əli ağa Şıxlinski və silahdaşları
456
etməmək lazım deyil. Hərb tarixini öyrənməklə siz çox mürəkkəb
vəziyyətdən baş çıxarmaq, həmin vəziyyətə uyğun bu və ya digər
qərar qəbul etmək vərdişləri qazanırsınız. Hərb tarixini öyrən-
məklə siz qoşunların müharibədə çəkdikləri əziyyətlərin qarşısı-
nı almağa təminat verirsiniz.
Mən belə fikirləşirəm ki, hərb tarixini öyrənməyin əhəmiy-
yətini başa düşmək üçün bu deyilənlər də kifayətdir.
Buna görə də mən belə hesab edirəm ki, sizin özünüzü həsr
etdiyiniz sahədə müvəffəqiyyət qazanmağınız üçün hərb tarixi
kitabı hər bir hərbi qulluqçunun stolüstü kitabı olmalıdır.
Sizin hər bir müvəffəqiyyətiniz sizin keçmiş rəisinizi sevin-
dirəcək, çünki onlar sizin müvəffəqiyyətinizdə öz zəhmətlərinin
və öz məsləhətlərinin bir hissəsini görəcəklər.
Sizinlə vidalaşanda sizə demək istədiyim bunlardır. İndi isə,
yoldaşlar, mənim ən xoş və səmimi arzularımı qəbul edin.
Səməd bəy MEHMANDAROV
15 sentyabr 1926-cı il
İki il sonra səhhətinə görə istefaya çıxan general Səməd bəy
Mehmandarova dövlət yüz manat pensiya kəsmişdir. 1931-ci ilin
fevralın 12-də Bakıda vəfat edən S.Mehmandarov keçmiş Çəm-
bərəkənd qəbiristanlığında (indiki Şəhidlər xiyabanında – Ş.N.)
dəfn olunmuşdur. Sonralar – 1939-cu ildə bolşevik S.M.Kirova
heykəl qoyulanda həmin qəbiristanlıq dağıdılmışdır. O illərdə
generalın ailəsi sürgündə idi. Qəbri başqa yerə köçürülmədiyindən
yerlə yeksan edilmişdir.
* * *
Uzun müddət yad ölkədə – Rusiyada yaşayıb qulluq etməsinə
baxmayaraq, böyük sərkərdəmiz Səməd bəy Mehmandarov mil-
li hisslərdən, milli varlığından uzaqlaşmamışdır. O, 1892-1894-
cü illərdə “Novoye obozreniye” qəzetində “İslam dini və onun
əhəmiyyəti barədə”, “Necə edək?”, “Müsəlmanların geridə qal-
malarının səbəbləri”, “Şiələrin yeni misteriyaları”, “Müsəlman-
Şəmistan Nəzirli
457
ların öz-özlərinə işgəncə vermələri haqqında” və “Şiələrdə dini
misteriyanın mənşəyi” adlı silsilə məqalələri ilə çıxış etmişdir.
İslam dininin çox yayıldığı bir ölkədə ona tənqidi yanaşmaq,
əlbəttə, öz dövründə böyük cəsarət tələb edirdi. Özünün dini ba-
xışlarında ardıcıl və barışmaz olan Səməd bəy Mehmandarov ilk
növbədə xalq maarifini inkişaf etdirməyə və ruhani başçılarını
müftəxorluq azarından uzaqlaşmağa çağırırdı: “İslamın keç-
mişinə müraciət etmək, onun tarixini diqqətlə öyrənmək, bu
tarixdə diqqətəlayiq nə varsa hamısını toplamaq lazımdır”.
Polkovnik Səməd bəy Mehmandarov “Necə edək?” silsilə
mə qalələrində Quranın tərtib edilməsi tarixindən və Məhəmməd
Peyğəmbərin şəxsiyyətindən geniş söhbət açır. O yazır ki, Quran
üçün hamıdan əvvəl və hamıdan çox Məhəmməd Peyğəmbər ta-
rix qarşısında məsuliyyət daşıyır. Tarixi mənbələr göstərir ki,
Məhəmməd çox ağıllı, yaradıcılıq dühasına və gözəl danışıq
qabi liyyətinə malik bir adam idi. Həyat tərzində sadəlik, düzlük,
ədalətlilik, mərdlik, alicənablıq, hamı ilə rəftarında səmimilik və
bərabərlik dağınıq və pərakəndə ərəb qəbilələrini birləşdirən bu
din və dövlət islahatçısının xarakterik xüsusiyyətləri idi…
Məhəm məd Peyğəmbər ömrünün axırına kimi öz dövrünün ən
nəcib şəxsiyyətlərdən biri olaraq qaldı.
Həmin illərdə Varşava Hərbi Dairəsində qulluq edən polkovnik
Səməd bəy Mehmandarov “Tərcüman” qəzetinin redaktoru İsma-
yıl bəy Qasprinskidən, Qoridəki Zaqafqaziya Müəllimlər Seminari-
yasında müəllim işləyən ədəbiyyatşünas Firidun bəy Köçərlidən,
lənkəranlı müəllim Teymur bəy Bayraməlibəyovdan və tarixçi-alim
Əhməd bəy Cavanşirdən polemik cavablar almışdı.
Firidun bəy Köçərli Səməd bəy Mehmandarovu dinə tənqidi
münasibət bəslədiyinə və buna görə də guya dindarların hiss-
lərinə toxunduğuna görə tənqid etmişdi.
Firidun bəy Köçərli “Tərcüman” qəzetinin redaktoru İ.Qas-
prinskiyə “hücum” edir, onu Səməd bəy Mehmandarovun
“Necə edək?” məqaləsinə tənqidi münasibət bəsləməməkdə gü-
nahlandırırdı. “Tərcüman”ın abunəçisi kimi F.Köçərli həmin
General Əli ağa Şıxlinski və silahdaşları
458
qəzetin səhifələrində S.Mehmandarova həsr olunmuş məqaləni
oxumuşdu. Lakin İsmayıl bəy Qasprinski “Necə edək?” məqa-
ləsinin müəllifini nəinki tənqid etmişdi, hətta, “Novoye obozre-
niye” redaksiyasına göndərdiyi məktubda onun bəzi fikirlərinə
müəyyən qədər tərəfdar çıxmışdı.
Səməd bəy Mehmandarovun Məhəmməd Peyğəmbərin şəx-
siyyətindən müsbət danışdığına görə İsmayıl bəy Qasprinski
əvvəlki məktubundakı kimi onu hirslə tənqid etməyir, İslam di-
nini islah etmək məsələsində onun fikrinə şərik çıxır. O, Səməd
bəyə razılığını bildirib yazır ki, artıq İslam dini haqqında ümid-
siz məqalələr yazmır. Bu dindən barışdırıcı tonda danışır, müsəl-
manın cəhalətini və durğunluğunu müalicə etmək tədbirlərini
irəli sürür.
Səməd bəy Mehmandarovun həmin məqalələri yazdığı dövr-
dən yüz on ildən çox bir vaxt keçir. Lakin onlar bu günlərimiz
üçün də əhəmiyyətlidir. Həmin yazılarda qaldırılan məsələlər –
xüsusilə, xalqın geriliyini görən ziyalı “müsəlmanlara” mədəni
tərəqqi yolunu tutmaq vəzifəsini tövsiyə etməsi onun islam dini-
ni incəliklərinə qədər bilməsinə dəlalət edir. O, cəsarətli çıxışları
ilə müsəlman cəmiyyətindəki bəlalardan xalqı xilas etməyə çağı-
rır. Səməd bəy Mehmandarov təhsil və maarifdə qızların və
gələcək anaların təhsil almalarına xüsusi əhəmiyyət verirdi.
Müsəlman geriliyinin səbəbini İslamdakı bəzi ehkamların
məhvedici təsirində axtarırdı. O, Firidun bəy Köçərliyə cavab
məktubunda yazırdı ki, ayrı-ayrı şəxslər və silklər əksər hallarda
eqoist niyyətlərlə xalq kütlələri içərisində mövhumatın qorunub
saxlanılmasına və inkişaf etdirilməsinə çalışmışlar. Çünki onlar
öz nüfuzlarını, qüdrət və sərvətlərini həmin mövhumat hesabı-
na əldə etmişlər. Bunun da nəticəsində dini təmayüllər amansız
təhriflərə məruz qalmışdır.
Yad mühitdə yaşamasına və hərbiçi olmasına baxmayaraq
Səməd bəy Mehmandarov müsəlmanın tutulduğu azarı görür
və dərk edirdi. Şəxsi mənafeyini dövlət mənafeyindən üstün tu-
tanlara qarşı çıxış edərək vətəndaş yanğısı ilə qeyd edirdi ki,
Şəmistan Nəzirli
459
müsəlmanları bekar, müftəxor, pozğun intriqa azarına tutulmuş
geniş hüquq və güzəştlərə malik olan, hökumət yanında sözləri
keçən, lakin buna baxmayaraq, heç bir işdən yapışmayaraq öz
şəxsi mənafelərini güdən, ictimai və dövlət mənafeyini də öz
xeyirləri ilə ölçən, canlı, azad fikrin hər bir təzahürünə qarşı çı-
xan ləyaqətsiz qəyyumların (bəzi din xadimlərinin) pəncəsindən
xilas edə biləcək qüvvəni haradan tapmalı?
Dostları ilə paylaş: |