Seolitlər mikorməsaməli alümosilikat minerallar olub kommersial adsorbentlər



Yüklə 179,74 Kb.
Pdf görüntüsü
səhifə1/2
tarix07.04.2023
ölçüsü179,74 Kb.
#94372
  1   2
Seolit — Vikipediya



Seolit
Seolitlər mikorməsaməli alümosilikat
minerallar olub kommersial adsorbentlər
və katalizlər kimi istifadə olunur. Seolit
termini 1756-cı ildə İsveç mineroloqu
Aleks Fredik Kronstedt tərəfindən ixtira
olunub. Seolit yunan dilindən ζέω (zéō),
mənası yandırmaq və λίθος (líthos),
mənası daş deməkdir.


Seolitlər sulu alümosiliktlar olub,
tərkibində Ca və Na, bəzən isə Ba və K,
nadir hallarda isə Sr, Mg və Mn iştirak
edir.
[1]
 Kationların miqdarına görə
seolitlər bir-birindən fərqlənir. Seolitlərin
ümumi kimyəvi formulu (Na
2
K
2
, Ca, Ba)
[(Al, Si)O
2
]
n
•H
2
O.
Seolitlərin kristallik şəbəkələri alüminium-
silisium-oksigen tetraedrlərinin
karkaslarından ibarət olub, başqa karkas
quruluşlarından boşluğu molekulyar su
(seolit suyu) ilə dolmuş daha geniş
kanalların olması ilə fərqlənir. Ona görə
Seolit
Kimyəvi tərkibi


də ehtiyatla qızdırdıqda kristalın
strukturu pozulmadan su çıxa bilir, sonra
isə yenə də su öz yerini tutur. Bu halda
kristalın eynicinsliliyi saxlanılmasa da,
onun optiki xüsusiyyəti dəyişir.
Seolit qrupunun mineralları müxtəlif
dərəcədə öyrənilmişdir. A. Q. Betextin
şərti olaraq seolitləri 3 qrupa bölmüşdür:
1. şabazit (şabazit, levinit, lomantit və
b.);
2. natrolit-tomsonit (natrolit, skolesit,
tomsonit və b.);
3. heylandit və fillipsit (heylandit,
fillipsit, desmin və b.).


Seolitlər çöl şpatları, feldşpatoidlər üzrə
törəmə mineral kimi əmələ gəlir, effuziv
süхurların badamcıqlarını doldurur,
hidrotermal yataqlarda rast gəlir və
həmçinin cavan çökmə süхurlarda,
torpaqlarda ekzogen proseslər
nəticəsində əmələ gəlir. İsbat olunmuşdur
ki, seolitlər Sakit okeanın müasir dərin
sulu çöküntülərində vulkanik materialların
parçalanması nəticəsində (bütün
çəküntünün 20–30%-ni təşkil edir) əmələ
gəlir.
[1]
Paragenezisi


Seolitlər susuz alümosilikatlara nisbətən
aşağı bərkliyi, sıxlığı, sınma əmsalı ilə və
turşularla daha asan dağılması ilə
fərqlənir. Şlifdə bütün seolitlər rəngsizdir.
Adətən onlar tükvari, iynəvari, radial-şüalı,
pullu aqreqat formalarında rast gəlir,
bəzən lövhəvarı kristallar əmələ gətirir.
Müxtəlif sinqoniyada kristallaşır: əsasən
monoklinik və rombik (natrolit-tomsonit
qrupu və geylandit, fillipsit), həmçinin
triqonal (şabazit və b.) və nadir seolitlər
heksaqonal (erionit), tetraqonal
(aşkroftin) və kubik (foyazit)
sinqoniyalarda kristallaşırlar. Bütün
hallarda tam ayrılmaya malikdirlər.
Diaqnostikası


İkiləşmələri çox hallarda rast gəlir. Bütün
seolitlərdə ikiqat şüasınma aşağıdır –
sıfırdan 0,012-yə qədər. Əksərlərində isə
0,003–0,007 təşkil edir, ancaq
tomsonitdə 0,015-ə çatır.
[1]
Seolit qrupu minerallarının növləri sınma
əmsallarına, ikqiat şüasınmaya, optiki
xarakterinə (müsbət və mənfi növləri var),
optiki oxlar bucağına, sönmə bucağına,
uzanma işarəsinə görə bir-birlərindən
fərqlənir.
Başqa minerallardan seolitlərə ən çox
bənzəyən xalsedondur. O da seolitlər kimi
effuziv süxurların badamlarını doldurur və
radial-şüali quruluşa malikdir. Seolitdən o


aşağı sınma əmsalına (<1,53) görə
fərqlənir. Bundan başqa xalsedon üçün
opal və kvarsla birgə rast gəlməsidir.
İsveçin minerologiya sahəsindəki
tədqiqatçısından biri Kronştedt 200 il
bundan qabaq təbii seolitə "Qaynayan
daş" adını vermişdir. Seoiit latın ifadəsi
olub (ZeO-qaynamaq və Lithos-daş
deməkdir) sözlərindən götürülmüşdür.
Doğrudanda seolitləri odda qızdırdıqda
köpüklənməyə başlayır. Buna səbəb
seolitlərin tərkibinə daxil olan bir sıra
karbonatların parçalanması nəticəsində
əmələ gələn karbon qazıdır.
Seolitin mənşəyi, xassələri
və yataqları


Temperaturdan nəmişlikdən asılı olaraq
suyu buraxmaq, yenidən udmaq
qabiliyətinə malik olan, tərkibi və
xassələri oxşar olan iri minerallar
qrupuna, habelə, şüşə və sədəf parıltısına
malik olan karkas silikatlar sinifindən
natrium və kalsium sulu
alümosilikatlarına seolitlər deyilir. Təbii
seolitlər qələvi və qələvi-torpaq
elementlərinin kristallik qurluşa malik
alümosilikatların Ümumi şəkildə
seolitlərin formulası aşağıdakı şəkildə
yazılır. M
x/n
[(AlO
2
)
x
(SiO
2
)
y
]wH
2
O Burada-
M bir valentli (Na, K, Li) yaxud iki valentli
(Ca, Mğ, Ba, Zr) kationları n-kationun
yükünü w-su molekullarının sayını
göstərir. y/x-nisbəti isə seolit qurluşunun


xarekterindən asılı olaraq 1 ilə 5 arasında
dəyişir. Seolit karkasının ilkin quruluş
vahidi mərkəzində silisium və alüminium,
təpələrində isə oksigen atomları yerləşir,
bir-birilə oksigen körpüsü vasitəsilə
növbələşən tetraedr cütündən ibarətdir.
Mənşəyi
Mənşəyinə görə seolitlər hidrotermal,
ekzoqen, nadir halda metamorfik
minerallardır. Onlar vulkanik suxurların
badamcığlarında, qumluqlarda,
arkalarda, qneyslərin çatlarında və
boşluqlarda rast gəlirlər. Həcmcə çox
deyil lakin müxtəlifdir və bütün dünyada
məlumdur. Seolitləri süni yol ilə də alırlar.



Yüklə 179,74 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin